““Qarabağ” “Atletiko”nun işini çətinləşdirdi” - Alonso

 ““Atletiko” böyük komandadır. Son illərdə bunu sübut edib”.
 
Bu sözəri Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan “Çelsi”nin futbolçusu Marko Alonso “Marca”ya müsahibəsində deyib.
O, digər rəqibləri olan Madrid klubu haqqında danışarkən onların “Qarabağ”a qarşı keçirdiyi oyunu xatırlayıb. Alonso Bakıdakı 0:0-lıq heç-heçəni “Atletiko” üçün çox pis nəticə adlandırıb: “Onların bu mövsüm işləri elə də yaxşı getmir. “Qarabağ”la Bakıdakı 0:0-lıq heç-heçə çox pis nəticə idi. Bu “Atletiko”nun işini çətinləşdirdi”.|qafqazinfo.az