Toxuculuq fabrikində 37 FƏHLƏ ZƏHƏRLƏNDİ
27-10-2017 14:12
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər
Türkiyənin Dənizli əyalətinin Merkezefendi rayonunun Kumkısık məntəqəsində bir holdinqə məxsus toxuculuq fabrikində təbii qaz sızması nəticəsində 37 nəfər zəhərlənib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır.