Axtarış

The search found 105793 results in 0.029 seconds.

Search results

  1. Türkiyənin 17 ölkədəki SƏFİRİ GERİ ÇAĞIRILDI

    Vəzifəsindən azad olunan diplomatlar Xarici İşlər Nazriliyinin sərəncamına götürülüb
    Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb.
    Türkiyə KİV-i xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazeta”da dərc olunub.
    Vəzifəsindən azad olunan diplomatların bir qismi Xarici İşlər Nazriliyinin sərəncamına götürülüb.
    Geri çağrılanlar arasında Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də var. O, ölkəsinin Belçikadakı səfiri təyin edilib.

    Muxalifet2 - 26-10-2017

  2. ​Dövlət büdcəsindən KİVDF-yə AYRILAN VƏSAİT ARTIRILACAQ

    Gələn ilin dövlət büdəsindən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq vəsaitin həcmi məlum olub.
    Muxalifət.az “Report”a istinadən xəbər verir ki, 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, KİVDF-yə növbəti il üçün 4 042 068 manat vəsait ayrılacaq. Bu rəqəm 2017-ci ildə 3 932 544 manat olub.
    Beləliklə, gələn il dövlət büdcəsindən Fonda 109 524 manat artıq vəsait ayrılacaq.

    Muxalifet2 - 26-10-2017

  3. ​Peşmərgə İraq ordusuna hücuma keçdi – QANLI TOQQUŞMA

    İraq ordusunun 16 oktyabrda başlatdığı əməliyyatdla Kərkükdən çıxarılan peşmərgə gücləri Kərkükün Altınkörpü qəsəbəsinə hücuma keçib.
    Peşmərgə İraq ordusunun qəsəbədəki mövqelərinə raket atəşləri atır.
    Səhər saatlarında başlayan hücumdan sonra yüzlərlə mülki şəxs qəsəbəni tərk edib.
    Hədəf Kərkük-Ərbil yolunda yerləşən Altınkörpünü almaq və Ərbilə olan təhlükəni sovuşdurmaqdır. Son məlumatlara görə, peşmərgə Mosul yolunu da bağlayıb./publika.az/

    Muxalifet2 - 26-10-2017

  4. ​Moskva Tiflisi ərazisindən imtinaya çağırdı

    Rusiya Gürcüstanı tez bir zamanda Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq olunmaması ilə bağlı razılaşmanı qəbul etməyə çağırır.
    Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, Tiflisin əsl konstruktiv işlə məşğul olmağının zamanı çatıb:

    Muxalifet2 - 26-10-2017

  5. ABŞ dəstəkli PKK-nın YENİ PLANI: HDP DƏ PLANIN BİR PARÇASIDIR

    PKK terror təşkilatı yeni bir plan həyata keçirməkdədir. Bu dəfə də planın içində PYD terror təşkilatı və HDP var.
     
    Artıq onlar maskalarını atıblar, hamısı əl-ələ son “kozır”larını oynamağa çalışırlar.
    Öcalanın üzərində qurulan bu plan birbaşa ABŞ-da hazırlanıb.
    Rakkada asılan Öcalan portretləri də yeni planın bir hissəsi idi.
    İŞİD Rakkanı təslim edəndən sonra meydanda Öcalanın portretləri ilə keçirilən bayram PYD-nin bir PKK olduğunun etirafı idi. Bu, həm də dünyaya  bir mesaj idi.

    Muxalifet - 26-10-2017

  6. Qaçan məhbuslardan biri tutuldu - RƏSMİ

    26 oktyabr 2017-ci il tarixdə Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə (23.10.2017) Bakı-Astara-Bakı dəmiryolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq, istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

    Muxalifet2 - 26-10-2017

  7. Mal-qara oğurluğu edən dəstə TUTULDU

    Qazaxda mal-qara oğuluğu edən dəstə saxlanılıb.
    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub.
    Rayonun Fərəhli kənd sakinləri Paşa və Həsən Əyyubov qardaşları RPŞ-yə müraciət edərək onlara məxsus 5 baş iribuynuzlu heyvanın oğurlandığını bildiriblər.
    Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

    Muxalifet2 - 26-10-2017

  8. ​DTX Milli Şuraya cavab verdi: “Siyasi görüşündən aslı olmayaraq bütün Azərbaycan vətəndaşları qorunur"

    Dövlət Təhlükəsizlik Xidməti Milli Şuranın oktyabrın 28-də keçiriləcək mitinqi zamanı terror cəhdinin qarşısını alması barədə bəyanatına şübhə ilə yanaşan müxalifət rəhbərlərinin KİV-ə açıqlamalarına reaksiya verib.

    Muxalifet2 - 26-10-2017

  9. ​RUSİYA ABŞ-a NOTA VERDİ

    Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə San-Fransiskoda yerləşən Rusiya Baş konsulluğu arxivləri ilə əlaqədar baş verən hadisələrlə bağlı etiraz notası təqdim edib.
    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.
    Zaxarovanın sözlərinə görə, Baş Konsulluğun bəzi arxivləri rus tərəfinin razılığı olmadan araşdırılıb.
    “Şübhəsiz ki, Amerika tərəfinin bu hərəkətlərinə etiraz bəyanatı göndərilib, ABŞ səfirliyinə təqdim olunub, bizim şərhlərimiz Vaşinqtonda təkrarlanıb”, - Zaxarova deyib.

    Muxalifet2 - 26-10-2017

  10. VİDADİ ZEYNALOV: “Dövlət başçısıdan əfv diləyirəm”

    Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə iclası davam etdirilib.
    APA-nın verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda Vidadi Zeynalov çıxış edib. V. Zeynalov bildirib ki, özünü yalnız dövlət başçısının qarşısında günahkar bilir və ondan əfv diləyir:

    Muxalifet2 - 26-10-2017

  11. “Azərbaycanda MƏHDUDİYYƏTLƏR VAR” – Yohannes Han

     Yohannes Han: “Biz Azərbaycan vətəndaş cəmiyyətinə daha çox kömək etmək istəyirik, amma bu ölkədə məhdudiyyətlər var".
     
     Turanın məlumatına görə, bu barədə Qonşuluq və Genişlənmə Siyasəti üzrə Avropa Komissarı Yohannes Han oktyabrın 26-da Tallində Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyətləri konfransında çıxış edərkən bildirib.
    Ölkədə həbs edilmiş jurnalistlər və QHT nümayəndələri haqqında suala cavabda Han deyib ki, Brüssel həbsdə olanların taleyindən narahatdır.

    Muxalifet - 26-10-2017

  12. SON DƏQİQƏ! Rusiyayanın helikopteri dənizə düşdü

    Rusiyaya məxsus helikopter qəzaya uğrayıb.
    Trend-in məlumatına görə, helikopter Norveçin Şpisberqen adası yaxınlığında dənizə düşüb.
    Məlumata görə, helikopterdə 8 nəfər olub. 

    Muxalifet2 - 26-10-2017

  13. Mehman Əliyev Mətbuat Azadlığı mükafatçıları siyahısındadır

    "Sərhədsiz Reportyorlar" və TV5-Monde telekanalı bu il üçün Mətbuat Azadlığı mükafatının qalibinin adını noyabrın 7-də elan edəcək. Mərasim Strasburqda Demokratiya Naminə Ümumdünya Forumu çərçivəsində keçiriləcək.
     
    Prosedura əsasən cəmi üç laureat olacaq: jurnalist, bloger və media qurumu.
    Bu il "Sərhədsiz Reportyorlar" tərəfindən cəsarəti, peşəkarlığı, müstəqilliyi və söz azadlığına sadiqliyi nəzərə alınaraq 18 jurnalist, bloger və KİV seçilib.

    Muxalifet - 26-10-2017

  14. Pavel Şeremet mükafatı Əfqan Muxtarlının xanımına təqdim olunub

    Azərbaycanlı jurnalist, həbsdə olan Əfqan Muxtarlıya verilən "Pavel Şeremet jurnalist mükafatı-2017" onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim edilib.
     
    Təqdimetmə mərasimi Tallində keçirilən Aİ "Şərq tərəfdaşlığı" proqramının vətəndaş cəmiyyəti konfransı çərçivəsində baş tutub.
    Tədbirdə çıxış edən L.Mustafayeva deyib ki, Ə.Muxtarlının həbsi təkcə Azərbaycan üçün problem deyil.
    "Onun oğurlanmasına və həbsinə görə "Şərq tərəfdaşlığı" proqramına daxil olan başqa bir ölkə - Gürcüstan da məsuliyyət daşıyır", o vurğulayıb.

    Muxalifet - 26-10-2017

  15. ​Tramp: Çin bizə kömək edir, Moskva isə mane olur

    ABŞ Prezidenti Donald Tramp Rusiyanı Şimali Koreyanın nüvə arsenalını artırmasına qarşı mübarizəyə əngəl törətməkdə günahlandırıb.
    Bu barədə Donald Tramp yerli televiziyalardan birində çıxışı zamanı danışıb.
    Ağ Ev lideri Şimali Koreya məsələsinin həll olunmasının qarşısında duran əsas əngəl kimi Vaşinqtonla Moskva arasındakı münasibətlərin pisləşməsini göstərib.
     “Çin bizə yardım edir, Rusiya isə tamamilə əks istiqamətdə gedir. Əldə etdiklərimizə də zərər vurur”, - Tramp deyib.

    Muxalifet2 - 26-10-2017

  16. ReAL-a qurultay üçün yer verilmədi

    Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs Qrupunun Respublikaçı Alternativ Partiyasının təsis qurultayının keçirilməsi üçün yer ayrılması ilə bağlı müraciətinə rədd cavabı verib.
    Bu haqda ReAl Hərəkatının məlumatında deyilir.

    Muxalifet - 26-10-2017

  17. YENİ NƏSLİ NECƏ YETİŞDİRMƏLİ?! – Aynur Talıblı yazır

    Türk yurdunu, obasını qoruyan ərlər, igidlər və xanımlar, xatunlar var olduqca, Turk yurdu var olacaq. Hər zaman bunun önəmini anlamalı və bu bilinclə yaşamalıyıq. Fəqət son zamanlar istər yetişmə tərzi, istərsə də mənəvi cəhətdən olsun, bizlər və yeni nəsillərimiz xarici təsirlərlə öz kökümüzdən uzaqlaşdırılırıq. Əmin ola bilərsiniz ki, bu sonda nəticə olaraq heç də xoş bəhrələr verməyəcəkdir. Başqalarının olmayan "mədəniyyətini" təqlid etmək həm atalarımıza, həm də şanlı türk millətimizə qarşı ədəbzislik olar ki, zatən  təqlid edilməyə çalışılan mədəniyyət ədəbsizliklərlə doludur.

    Muxalifet3 - 26-10-2017

  18. ​​​Bərdədə SİLAHLI ŞƏXS SAXLANILDI

    Əldə edilmiş əməliyyat məlumatı əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Abbasovu  idarə etdiyi “Mitsubishi” markalı avtomobillə birlikdə saxlayaraq Polis Şöbəsinə gətiriblər.
    DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı onun üzərindən nömrəsi silinmiş “Naqan” tipli tapança, 1 ədəd patron və 1,9 qram heroin aşkar edilib.
    “Mitsubishi” markalı avtomobilə baxış keçirən polis əməkdaşları oradan “F-1” qumbarası, 1 ədəd bıçaq və 1 ədəd dəmir ling də aşkar edərək götürüblər.

    Muxalifet2 - 26-10-2017

  19. Avropa parlamenti “erməni soyqırımı”nı inkar etmək hüququnu tanıyıb

    Ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsi “Perinçek İsveçrəyə qarşı” işi üzrə qərar çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, “erməni soyqırımı”nın inkar edilməsi söz azadlığı çərçivəsində mümkündür.
     
    AİHM-in saytında bildirilir ki, məhkəmə qərara alıb ki, 1915-ci il Osmanlı imperiyasında “erməni soyqırımı”nın inkar edilməsinə qadağa Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulmasıdır.
    AİHM-in baxdığı iş türkiyəli siyasətçi, İşçi Partiyasının lideri Doğu Perinçeklə İsveçrə hakimiyyəti arasında mübahisəyə dair olub.

    Muxalifet - 26-10-2017

  20. BBC BMT-yə İrandan şikayət edib

    "The Telegraph" yazır ki, BBC 150-dək əməkdaşına qarşı İranda "milli təhlükəsizliyə qəsd" ittihamı ilə başlanmış təhqiqatla əlaqədar bu ölkədən Birləşmiş Millətlər Təşkilatına şikayət edib.
     
    Korporasiya BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi David Kaye-yə ünvanlanmış şikayətində yazır ki, bu təhqiqatdan əvvəl İranın hakimiyyət orqanları jurnalistləri BBC ilə əməkdaşlıqdan çəkindirmək məqsədilə onlara qarşı "aramsız təhdid və qısnama kampaniyası" aparırdı.

    Muxalifet - 26-10-2017

Pages