Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Peşmərgədən İraq ordusuna həmlə - Əks-əməliyyat
Peşmərgə qüvvələri Sincardan Dahuka gedən yolu bağlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İraq ordusu məlumat yayıb.
Peşmərgə hərbçisi Yunus Qoran isə kəşfiyyat məlumatı aldıqdan sonra belə bir qərar verdiklərini bildirib:
“Bizə gələn kəşfiyyat məlumatına görə, İraq ordusu Suriya sərhədindəki bəzi məntəqələri ələ keçirməyə hazırlaşır. Buna görə də Sincar-Dahuk yolunu bağladıq”.
Muxalifet2 - 22-10-2017
Müxalifətdən Bərzaniyə istefa tələbi
İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani və müavini Kosret Rəsul istefa verməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri kürd muxtariyyətinin müxalif hərəkatı – “Goran”nın sözçüsü Şoreş Haci jurnalistlərə açıqlamasında deyib.
“Xalqımız qanı ilə əldə etdiyi bir çox müvəffəqiyyəti itirdi. Peşmərgənin əzmi qırıldı. Bunların səbəbi keçmişdə uğursuz olan iqtidardan qaynaqlanır. Bu səbəbdən Bərzani və Rəsulun istefa etməsi mütləqdir”, - Haci bildirib.
Muxalifet2 - 22-10-2017
Ərdoğandan gənclərə: Məmur olmayın
Gənclər məmur olmaqla deyil, sahibkarlıqla maraqlansınlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gənclər Şurasında çıxışı zamanı deyib.
O bildirib ki, gənclər özlərinin potensialını əsla kiçiltməməlidir:Muxalifet2 - 22-10-2017
Hülusi Akar ABŞ-a səfər etdi
Türiyə Baş Qərargahını rəhbəri Hülusi Akar ABŞ-a səfər edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Akarın “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün bu ölkəyə getdiyi bildirilib.
Muxalifet2 - 22-10-2017
Polad Bülbüloğlu Rusiyada medala layiq görüldü
“Rus İfaçılıq Sənəti” Fondu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunu mükafatlandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.
Polad Bülbüloğluna fondun yaranmasının 25 illiyinə həsr olunmuş medalı “Rus İfaçılıq Sənəti” Fondunun prezidenti Valeri Vorona təqdim edib.
O, görkəmli sənətkarın Rusiya və dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq, musiqi üçün gördüyü işlərdən danışıb:
"Azərbaycan səfiri musiqi sənəti üçün olduqca böyük işlər görüb"Muxalifet2 - 22-10-2017
"Televiziyalar az qalıb ailələrin intim videosunu yayımlasın" - Rəşid Mahmudovdan ETİRAZ
"Onları efirə çıxarmaq olmaz. Az qalıb ailənin intim videolarını da efirdə yayımlayalar, ayıbdır!”
Muxalifet2 - 22-10-2017
Borut Pahor yenidən prezident seçildi
Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən növbəti prezident seçkilərində qalib gəlib.
Muxalifet.az xəbər verir ki, ilkin nəticələrə əsasən B.Pahor 56,2 faiz səs toplayıb.
Seçkilərdə 9 namizəd iştirak edib. Sloveniyada prezident 5 il müddətinə seçilir.
Muxalifet2 - 22-10-2017
Rusiya və Türkiyə sürücülər üçün vizasız rejim tətbiq edə bilər
Moskva Ankaranın bu təklifini müsbət qiymətləndirib
Rusiya Türkiyənin sürücülər üçün ölkələr arasında vizasız rejimin tətbiq edilməsi təklifini müsbət qiymətləndirir.
Bunu Rusiyanın energetika naziri, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Aleksandr Novak deyib.Muxalifet - 23-10-2017
Suriyada kürdlər ən iri neft yatağını nəzarət altına alıblar
Əl-Ömər yatağı əvvəl İŞİD-in nəzarəti altında olub
"Suriya Demokratik Qüvvələri" qruplaşmasının (SDQ) ərəb-kürd birləşmələri Suriyanın Deyr-əz-Zor əyalətində yerləşən Əl-Ömər iri neft yatağını nəzarətə götürüb.
“Report” xəbər verir ki, bu barədə SDQ-nin mətbuat xidmətinin məlumatında bildirilir.
Əl-Ömər Suriyanın iri neft yataqlarından biridir. O, bundan əvvəl İŞİD terror təşkilatının nəzarəti altında idi. Qruplaşma bu yataqdan əldə olunan neft satışı hesabına çox işlər görüb.Muxalifet - 23-10-2017
Azərbaycanlı tələbə otaq yoldaşını qətlə yetirib - KİYEVDƏ
O, birgə yaşadığı qıza 10 bıçaq zərbəsi vurub
Kiyevdə Azərbaycandan olan tələbənin iştirakı ilə qətl hadisəsi baş verib.
"Komsomolskaya Pravda – Ukrayna" xəbər verir ki, qətl kirayə mənzildə törədilib.
Bildirilir ki, gənc oğlan və qız birgə yaşayıblar. Hadisə zamanı oğlan qıza 10 bıçaq zərbəsi vurub. Onun həyatını xilas etmək mümkün olmayıb./reportMuxalifet - 23-10-2017
Usta laqonda ilə boğazını kəsib - MİNGƏÇEVİRDƏ
Hadisə şəhərin Aydın Məmmədov küçəsində baş verib
Mingəçevir sakini laqonda ilə iş görərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Hadisə şəhərin Aydın Məmmədov küçəsi 6/2, mənzil 36 ünvanında qeydə alınıb.
Evində təmir işləri aparan usta Həsənov Rauf Sultan oğlu laqonda ilə ehtiyatsız davranaraq çənə və boğaz nahiyələrini kəsib. Yaralı təcili xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti sabitdir.Muxalifet - 23-10-2017
Gürcüstanda bələdiyyə seçkilərinin nəticələri açıqlanıb
Hakim partiya seçkilərdə qalib gəlib
Bazar günü Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 21-də yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.
Nəticələrə görə, "Gürcü arzusu" hakim partiyası seçici səslərinin 55,73%-ni qazanıb.Muxalifet - 23-10-2017
"Qalatasaray" "Fənərbaxça" derbisində qalib müəyyənləşməyib
Matçda qapılara qol vurulmayıb
İstanbulun "Türk Telekom – Əli Sami Yen" stadionunda keçirilən "Qalatasaray" – "Fənərbaxça" derbisində qalib müəyyənləşməyib.
Türkiyə Superliqasının 9-cu turu çərçivəsində baş tutan matçda qapılara qol vurulmayıb.
"Qalatasaray" oyunu 10 nəfərlə başa vurub. 73-cü dəqiqədə Yunes Belanda ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Bu matçdan sonra "Qalatasaray" 23 xal ilə liderliyini qoruyub, "Fənərbaxça" isə 15 xalla 6-cı yerdə qərarlaşıb.
Türkiyə - Superliqa. 9-cu turMuxalifet - 23-10-2017
Üç qadın kamikadze özünü partladıb - NİGERİYADA
Nigeriyanın şimal-şərqində, Mayduquri şəhərində üç qadın kamikadze özünü partladıb.
“AFP” agentliyinin verdiyi xəbərə görə, nəticədə azı 13 nəfər ölüb, 16 nəfər yaralanıb.
Məlumata əsasən, Borno ştatının paytaxtında ilk partlayış restoranlardan birinin qarşısında törədilib. Bundan dərhal sonra qadın kamikadzelərdən daha ikisi üzərilərində olan partlayıcı qurğuları işə salıb.
Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.Muxalifet - 23-10-2017
Türkiyə azarkeşlərindən Azərbaycana dəstək
Ötən gün “Trabzonspor” -“Bursaspor” qarşılaşmasında hər iki komandanın azarkeşləri Azərbaycanın “Qarabağ” klubluna dəstək olaraq A4 vərəqlərinə yazılmış eyni adlı plakat nümayiş etdiriblər.
“Sabah” qəzetinin yazarı Mövlud Tezelin “Qarabağ” azarkeşləri haqqında yazdığı aşağılayıcı yazıya etirazlarını bildirən Türkiyə klublarının tərəfdarları hər zaman Azərbaycanın yanında olduqlarını bildiriblər.Muxalifet - 23-10-2017
"Bizə Avropanın dəstəyi lazım deyil" - TRAMP
ABŞ-a İrana qarşı sanksiyaların mümkün gücləndirilməsi üçün Aİ-nin dəstəyi lazim deyil.
Muxalifet.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donalda Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, avropalılar İranla ticarət əlaqələri quraraq pul qazanmağa davam edə bilərlər.Muxalifet - 23-10-2017
Putinin iqamətgahına reyder hücumu: baş prokurorun oğlu, Mahmudov və digərləri...
Rusiyada baş prokuror Yuri Çaykanın oğlanlarından birinin də daxil olduğu reyderlər qrupu Moskva ətrafında bir hissəsi prezidentin Novo-Oqaryevo iqamətgahına aid olan torpaq sahəsini ələ keçirməyə cəhd edib.
Bu barədə rusiyalı bankir, Putinin yaxın dostu olmuş və “Kremlin kassası” kimi tanınan, hazırda mühacirətdə olan Sergey Puqaçov “Dojd” telekanalına müsahibəsində deyib.Muxalifet - 23-10-2017
Nazirlik əməkdaşı bıçaqlandı - BAKIDA
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun Neftçilər stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni taksi sürücüsü törədib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidirMuxalifet2 - 23-10-2017
İranda ZƏLZƏLƏ
İranda 5,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi Məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların ocağı 10 km. dərinlikdə yerləşib.
Zəlzələnin episentri İranın Minab şəhərindən 83 km. şimalda qeydə alınıb.Muxalifet2 - 23-10-2017
Yeniyetmə balta ilə yoldan keçənlərə HÜCUM ETDİ
İsveçrədə, 17 yaşlı yeniyetmə yoldan keçənlərə balta ilə hücum edib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Trend-in xarici mətbuata istinadla verdiyi məlumata görə, hadisə Flums kommunasında baş verib. Qeyd olunur ki, yeniyetmə hadisə yerindən qaçıb, başqa bir yerdə yenidən insanlara hücum edib və polis tərəfindən tutulub.
Yaralananların dəqiq sayı və onların vəziyyəti barədə məlumat verilmir.Muxalifet2 - 23-10-2017