Usta laqonda ilə boğazını kəsib - MİNGƏÇEVİRDƏ

Hadisə şəhərin Aydın Məmmədov küçəsində baş verib
 
Mingəçevir sakini laqonda ilə iş görərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Hadisə şəhərin Aydın Məmmədov küçəsi 6/2, mənzil 36 ünvanında qeydə alınıb.
Evində təmir işləri aparan usta Həsənov Rauf Sultan oğlu laqonda ilə ehtiyatsız davranaraq çənə və boğaz nahiyələrini kəsib. Yaralı təcili xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti sabitdir.