Axtarış
The search found 105785 results in 0.095 seconds.
Search results
Vəkil İlqar Məmmədovla görüşüb
Oktyabrın 20-də vəkil Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsində ReAL sədri İlqar Məmmədovla görüşüb.
Bu barədə vəkil bildirib. O deyib ki, İ. Məmmədov müəssisə rəhbərliyi tərəfindən yoxlamaya məruz qaldığından görüş bir az gec baş tutub: "İlqar Məmmədov dedi ki, bugünkü tərzdə yoxlama ilə 2015-ci ilin oktyabrında qarşılaşmışdı, sonra da onu müəssisənin vəzifəli şəxsləri döymüşdülər. O, bu gün baş verənləri xoşagəlməz hərəkətlər sayır".
Vəkil İ.Məmmədovun səhhətinin normal olduğunu deyib.Muxalifet - 20-10-2017
Niyə Azərbaycan bu quruma üzv olmasın? - Ərdoğan
Niyə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmasın, niyə Türkiyə olmasın?..
Muxalifet.az xəbər verir ki, bu sözləri apa-nın müxbirinin sualına cavabında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan D-8 təşkilatının İstanbulda keçirilən IX zirvə toplantısından sonra mətbuat konfransı keçirib.Muxalifet2 - 20-10-2017
Rakka Öcalan tərəfdarlarının əlinə keçdi - Hicazi
Rakkanın idarəçiliyi Öcalan portretini asan işğalçıların əlinə keçdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rakka Vilayət Şurasının rəhbərinin müavini Məhəmməd Hicazi deyib.
O bildirib ki, şəhərdə hakimiyyətin Rakka Mülki Məclisinə verilməsi tam işğal anlamına gəlir:
“Bu vilayətin uşaqları olan bizlər Rakkada idarəçiliyin bir işğal qrupdan digər işğalçıya – Öcalan portretini qaldıranlara keçdiyini düşünürük. ABŞ-ın məqsədi Rakkanı kürdlərin separatizm layihəsinə əlavə etməkdir”.
Muxalifet2 - 20-10-2017
S-400 Yaxın Şərqdə oyun qaydalarını dəyişdirir
Rusiyanın S-400 raket sistemləri Yaxın Şərqdə oyun qaydalarını dəyişdirir.
Muxalifet.az xəbər verir ki, bu barədə “Amerikan Nəşnl İnterest” nəşrinin yazarı Stefen Bryen öz məqaləsində qeyd edib.
S-400-lərin 400 km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğunu bildirən Bryen ABŞ-ın “Patriot” sistemlərinin isə yalnız 96 km-lik mənzilə sahib olduğunu vurğulayıb.
Bu səbəbdən o, ABŞ-ın S-400-lərə qarşı adekvat silahının olmadığını əlavə edib.
Muxalifet2 - 20-10-2017
Gürcüstanda yaralanan soydaşımız silahlı insident barədə danışdı
Gürcüstanın Marneuli rayonunda dünənki silahlı insident zamanı yaralanmış və artıq xəstəxanadan evə buraxılmış azərbaycanlılardan biri hadisə ilə bağlı danışıb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə insidentdən öncə heç bir hədə-qorxu olmayıb. İnsident zamanı heç nə görmədiyini qeyd edən azərbaycanlı atəş açılan zaman namizəd Ceyhun Çovdarov və tərəfdaşlarının görüş keçirdiyini qeyd edib. O, yalnız xəstəxanada digər şəxslərin də yaralandığı barədə məlumat alıb.Muxalifet3 - 20-10-2017
Güllələnən azərbaycanlı namizəd süni tənəffüs aparatına qoşuldu - GÜRCÜSTANDA
Gürcüstanın Marneuli rayonunda ötən gecə silahlı insident nəticəsində yaralanmış şəxslərin ikisi xəstəxanadan evə buraxılıb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, "Gürcü Arzusu" partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarovun vəziyyəti isə ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.
Xəsarət almış digər şəxslərin vəziyyəti isə stabildir.
Xəstəxanada keçirilmiş konsilium pasientlərin digər klinikaya köçürülməsinə ehtiyacın olmaması barədə qərar qəbul edib.Muxalifet3 - 20-10-2017
Poçt bağlamalarını robotlar çatdıracaq – ALMANİYADA
Bad-Hersfeld şəhərinin meri eksperimental infrastruktur layihəsinə yaşıl işıq yandırıb. Yaxın altı həftə ərzində DHL çatdırma xidmətinin poçtalyon və əməkdaşları robotlarla birgə işləməyə başlayacaq. Avtonom işləyən maşınlar şəhərin küçələrində sərbəst hərəkət edərək bağlamaları çatdıracaq.
Muxalifet3 - 20-10-2017
Nazir müavini əsəbləşdi: Bu, sizə heç yaraşmadı...
Türkiyə Baş nazirinin müavini Fikri İşıq Gebze bölgəsində yol qovşağı inşasında yaşanan gecikmə səbəbindən tikinti şirkətinin səlahiyyətli nümayəndəsinə sərt etirazını bildirib.
Muxalifet.az xəbər verir ki, nazir şirkət nümayəndəsinə bu gecikmənin nəzərə alınacağını deyib.
“Sizə heç yaraşmadı. Sizin kimi şirkət 6 aya bu işi həyata keçirə bilmədi. Sizi bir yerə qeyd etdik. Mənə izah etməyin. Şirkət istəsəydi, 6 aya bu işi bitirərdi. Burada 24 saat işlənilməli idi. Sizə heç yaraşmadı. Rəhbərə söyləyin”, - deyə İşıq sərt xəbərdarlıq edib.Muxalifet2 - 20-10-2017
Siçovul gənc qıza hücum etdi və... - VİDEO
Vyetnamlı qız Xayfon şəhərində uçuq-sökük zirzəmidə iri siçovulla mübarizə aparıb.
Publika.az xəbər verir ki, Sei Maz əlindəki süpürgə ilə zirzəmini süpürmək istəyib. Müvazinətini itirərək zirzəmiyə yıxılan qız siçovulu görüb qışqırıq atır.
Yoldaşları ona kömək etmək əvəzinə həmin anları lentə alaraq gülməyə başlayıblar.
Həmin maraqlı kadrları təqdim edirik:Muxalifet3 - 20-10-2017
İslam Kərimovun pulları ABŞ-a qismət olacaq - 550 MİLYON DOLLAR...
ABŞ və Hollandiya Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus 800 milyon İsveçrə frankı (784 milyon dollar) məbləğində pulun böyük hissəsini əldə edə bilərlər.
Virtualaz.org İsveçrənin “Le Temps” nəşrinə istinadən xəbər verir ki, həmin pullar İsveçrə banklarından birində dondurulub.Muxalifet3 - 21-10-2017
Azərbaycanda əri tərəfindən evə kamera qoyulub iki kişi ilə tutulan qadın danışdı: "13 yaşımda məni zorla..." - VİDEO
Salyan rayonunda ərinə xəyanət edərkən yaxalandığı deyilən qadın danışıb.
GoldNews.az xəbər verir ki, qadın ərə getdiyi ailənin ona zülm etdiyini bildirib.
"Bu adam məni 13 yaşımda zorla qaçırıb. Mənim 13 yaşım olanda qaynatam, qaynanam məni zorla pambıq yığmağa gondərib. Məni döyə-döyə işlədirdilər. Boşanmışıq, uşaqlarına aliment belə vermir".
Xatırladaq ki, Salyan rayonunda Azərbaycanda ər arvadını xəyanət edərkən yaxalayıb.Muxalifet3 - 20-10-2017
800 milyardlıq kapital: Ağ Ev Putinlə savaşı necə qazanacaq?
Rusiya böyük dövlət hesab edilir. Buna səbəb beynəlxalq ictimaiyyətin Rusiyanın Ukraynaya qarşı aqressiyası və Krımın anneksiyasını ciddi cəzalandırmaqdan imtina etməsidir.
Muxalifət.az xəbər verir ki, bu sözlər isveçli iqtisadçı Andres Aslundun ABŞ-ın “Atlantik Konsul” təşkilatının saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Moskva ciddi cəzalardan yalnız məhdud sanksiyalarla yaxasını qurtara bilib.Muxalifet2 - 21-10-2017
Yaxın Şərqin AMERİKALI QATİLİ - Sensasion FAKTLAR
ABŞ İraqı işğal edəndən sonra bu ölkəyə təyin etdiyi müstəmləkə valisi Brett Mcgurk, o tarixdən bu yana bölgənin qanını sorub. 14 ildə ABŞ-ın şiələrlə sünniləri bir-birinə salan siyasətini yürüdən, PKK-ya bir terror dövləti qurmaq üçün hər şeyi edən Mcgurk, Yaxın Şərqdə 3 milyon insanın ölümünə səbəb olub.
Brett Mcgurk, aradan keçən 14 ildə, bir cinayət şəbəkəsinin liderinə çevrildi.
Muxalifet - 21-10-2017
Lombardlar əhalini necə aldadır?
Rusiyada və Qazaxıstanda lombardların fəaliyyəti ilə bağlı ayrıca qanun qəbul edilib. Azərbaycanda isə lombardların fəaliyyətini tənzimləyən qanunvericilik aktı yoxdur.
Bu sözləri iqtisadçı ekspert Samir Əliyev ölkədə fəaliyyət göstərən lombardların vəziyyəti ilə bağlı movqe.az-a danışarkən deyib. Ekspert bildirib ki, bu gün ölkədə lombardlara tələbat artıb. Bu da banklarda kredit şərtlərinin ağırlaşması ilə bağldır:Muxalifet2 - 21-10-2017
ABŞ-PKK İTTİFAQINDAN ORTAQ QƏTLİAM - Şok faktlar
Suriyanın Rakka şəhəri ABŞ-PKK tərəfdaşlığının şou meydanına çevrildi. ABŞ İŞİD-i geri çəkməklə, tamamilə Ərəblərdən ibarət olan şəhəri PKK-ya təslim etdi. İyun ayından bu yana Rakka 4 min 500 dəfə bombalanıb. 35 məscid, 6 xəstəxana, 53 məktəb yerlə bir edilib. Zamanında İraq Mosulunda baş verən “ssenari” ilə indi də Rakka şəhər yox edilir.
ABŞ dəstəkli PKK/PYD-li terrorçular Rakka küçələrində şou düzəltdi.
Muxalifet - 21-10-2017
Nazirdən döyüş tapşırığı: dərhal və qətiyyətlə...
Bu gün Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin komandirləri və digər məsul zabitlər də cəlb olunub.Muxalifet2 - 21-10-2017
İraq ordusu peşmərgəni DARMADAĞIN ETDİ - TOPLAR İŞƏ DÜŞDÜ
İraq ordusu ilə peşmərgə qüvvələri arasında Ərbil şəhərinin 60 km yaxınlığında silahlı qarşıdurma yaşanıb.
İraq ordusunun Qızıl Körpü qəsəbəsini nəzarət altına almasının ardınca peşmərgə qüvvələri Kərkük-Ərbil yolunda səngər quraraq yeni mövqeyə keçmişdilər. Ordu birliklərinin bu mövqelərə yaxınlaşmasına peşmərgələr silahla cavab veriblər.
Qarşıdurma əsnasında İraq tankları peşmərgələri ağır toplarla atəşə tutub. Nəticədə peşmərgənin canlı qüvvələri dağıdılıb və maşınları yanıb.Muxalifet2 - 21-10-2017
Azərbaycanlılara təzyiqlər olduğu iddia edilir - GÜRCÜSTANDA SEÇKİLƏR
Müxalif “Avropalı Gürcüstan” partiyası hakim “Gürcü Arzusu” partiyasını azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda seçki prosesinə müdaxilədə ittiham edib.
APA-nın yerli bürosunun məlumatına əsasən, “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Əhməd İmanquliyev deyib ki, hakim partiyanın nümayəndələri bir neçə seçki məntəqəsində yerli seçicilərə təzyiq göstərirlər.Muxalifet2 - 21-10-2017
Müdafiə Nazirliyinin qarşısında atışma - İRƏVANDA
Dünən Ermənistanın paytaxtı İrəvanda atışma baş verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün təxminən 18:00 radələrində, Ermənistan Müdafiə Nazirliyinin inzibati binası yaxınlığında, naməlum şəxs yanında olan qaz tapançasından İrəvanın Avan inzibati rayon sakini, 37 yaşlı E. Lilitə atəş açıb.
Hadisə yerinə gələn əməliyyat qrupu tapançadan atılan güllənin gilizini aşkarlayıb. Hazırda, hadisə ilə bağlı araşdırma aparılır. E.Lilit adlı şəxsin Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı olub-olmaması barədə məlumat verilmir.Muxalifet2 - 21-10-2017
PKK/PYD-nin Rakkadan Afrinə yolu kəsildi: TSK TƏLƏSİ HAZIRDIR
ABŞ-ın dəstəyi ilə Rakkanı ələ keçirən PKK/PYD-nin mühasirəyə alınan Afrin bölgəsinə terrorçuların transfer edilməsi niyyəti TSK-nin son həmləsi ilə boşa çıxdı. TSK-nın İdlib və Azezde yerləşməsi tamamlandı.
Terror təşkilatı PYD-nin Öcalanın şəkilləri altında Rakkadan paylaşdığı görüntülər və verdiyi həyasız bəyanatlar PKK ilə PYD-nin üzvi əlaqəsini bir daha ortaya qoydu. Türk Silahlı Qüvvələrinin (TSK) buna cavabı isə birmənalı oldu.Muxalifet - 21-10-2017