Rusiya və Türkiyə sürücülər üçün vizasız rejim tətbiq edə bilər

Moskva Ankaranın bu təklifini müsbət qiymətləndirib
 
Rusiya Türkiyənin sürücülər üçün ölkələr arasında vizasız rejimin tətbiq edilməsi təklifini müsbət qiymətləndirir.
Bunu Rusiyanın energetika naziri, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Aleksandr Novak deyib.
"Biz Türkiyə vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsini müsbət qiymətləndiririk. Xidməti pasport sahibləri və ağır yük daşıyan nəqliyyat vasitələri sürücülərinin vizadan azad edilməsi üzrə təklif artıq Rusiya Daxili İşlər Nazirliyinə təqdim olunub. Prosesin tezliklə tamamlanacağı məsələsində nikbinik", — deyə "Anadolu" nazirin sözlərini sitat gətirib.
O, həmçinin qeyd edib ki, iki ölkə arasında mal dövriyyəsi il ərzində 30% artıb./report