​Nazirlik əməkdaşı bıçaqlandı - BAKIDA

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun Neftçilər stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni taksi sürücüsü törədib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidir