Axtarış

The search found 105793 results in 0.023 seconds.

Search results

  1. 19 yaşlı gənc bıçaqlandı - BƏRDƏDƏ

    Bərdə rayonunun Zümürxan kəndində bıçaqlanma hadisəsi baş verib.
    Publika.az xəbər verir ki, 1998-ci il təvvəlüdlü kənd sakini Quliyev Ayxan Nofel oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb.
    Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Quliyev baş nahiyəsi və sağ əlindən bıçaq xəsarəti alıb.
    Faktla bağlı araşdırma aparılır. (report)

    Muxalifet2 - 23-10-2017

  2. Bakıda kafedə kişi üstündə qadınlar arasında dava: YARALANAN VAR

    Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub.
    Hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib.
    Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib. Bundan qəzəblənən G.Novruzova qadına iradını bildirib və bu zaman tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə qarşı tərəf G.Novruzovanın başına qədəhlə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

    Muxalifet2 - 23-10-2017

  3. İntiharçı qadınlar hücum etdi - 13 ölü, 16 yaralı

    Nigeriyanın Mayduquri şəhərində 3 intiharçı-terrorçunun hücumu nəticəsində ən azı 13 nəfər ölüb. 
    Muxalifət.az trend.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində daha 16 nəfərin yaralandığı bildirilir. 
    Terrorçular partlayışı böyük restoranlardan birinin yaxınlığında törədiblər. Hücum edən intiharçı-terrorçuların qadın olduqları bildirilib. 
    Terakta görə məsuliyyəti heç bir terror təşkilatı üzərinə götürməyib. 
    Ehtimal olunur ki, partlayışların arxasında "Boko Haram" terror qruplaşması durur.

    Muxalifet2 - 23-10-2017

  4. ​ABŞ-da silahlı insident baş verib, ÖLƏNLƏR VAR

    ABŞ-ın Virciniya ştatında silahlı insident qeydə alınıb.
    “Gazeta.ru”nun verdiyi xəbərə görə, Aleksandriya şəhərində baş verən atışmada iki nəfər ölüb, daha biri yaralanıb. Yaralanan şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
    Polis hazırda insidentin səbəblərini araşdırır.

    Muxalifet2 - 23-10-2017

  5. Qatarla Bakıya gətirilən BİR NEÇƏ MƏHKUM BİLƏCƏRİDƏ QAÇDI

    Şirvanda cəza çəkən məhkumlardan bir neçəsi Bakıya gətirilərkən qaçıb.
    Muxalifət.az APA.az-a istinadən xəbər verir ki, həmin məhkumla Şirvandan Bakıya qatarla gətirilirmiş. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan bir neçəsi qaçmağa nail olub.
    Hazırda qaçan məhkumların axtarışı davam edir.

    Muxalifet2 - 23-10-2017

  6. Yolu keçən qadını AVTOMOBİL VURDU- BAKIDA

    Bakının Nərimanov rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    “Report” xəbər verir ki, 1976-ci il təvəllüdlü Səlimova Könül Saday qızı Ziya Bünyadov prospektində yolu keçmək istəyərkən onu minik avtomobili vurub.
    Yaralı ağır vəziyyətdə "təcili tibbi yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.
    Nərimanov Rayon Polis İdarəsi hadisəni törədən sürücünün izahatını alıb.

    Muxalifet2 - 23-10-2017

  7. ​Beyləqanda 26 yaşlı ruhi xəstə ÖZÜNÜ ÖLDÜRDÜ

    Beyləqan rayonunda ruhi əsəb xəstəsi özünü asıb.
    Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, rayon sakini 1991-ci il təvəllüdlü Cabbarlı Müşfiq Etibar oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.
    Ailə üzvlərinin verdiyi məlumata görə, M.Cabbarlı ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş və həmin xəstəliklə bağlı uzun müddət müalicə alıb.
    Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

    Muxalifet2 - 23-10-2017

  8. Biləcəridə yol kənarı ilə gedən qadını MAŞIN VURDU

    Bakının Binəqədi rayonunda yaşlı qadını avtomobil vurub.
    "Report"un xəbərinə görə, hadisə Biləcəri qəsəbəsində baş verib.
    1965-ci il təvəllüdlü Məmmədova Elnurə Novruz qızı yol kənarı ilə hərəkət edən zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
    Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet2 - 23-10-2017

  9. “Rusiyadan açıq şəkildə soruşulmalıdır ki...” - QÜDRƏT HƏSƏNQULİYEV

    “Azərbaycan heç bir halda öz təşəbbüsü ilə AŞ PA-dan çıxmamalıdır”
    Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞ PA) arasında yaşanan gərginlik parlamentin son iclasında da geniş müzakirə mövzusu oldu. Bir sıra deputatların sərt mövqeyinə rəğmən, parlament sədri hələlik rəsmi Bakının qurumu tərk etmək niyyətində olmadığını bəyan etdi. Müzakirələrin yekununda səslənən fikirlərin ümumi məcmusunun hazırlanıb sənəd halında AŞ PA rəhbərliyinə göndərilməsinə də qərar verildi.

    Muxalifet3 - 23-10-2017

  10. ​“Valyutadəyişmə məntəqəsi açmaq üçün şərtlər çox ağırdır” - DEPUTAT

    Əli Məsimli: “Son 10 ildə iqtisadiyyata ayrılan 130 milyard kreditin cəmi 30 milyardı qeyri-neft sektorunda səmərəli istifadə olunsaydı...”
     

    Muxalifet3 - 23-10-2017

  11. ​Türkiyədəki erməni deputatın tviti erməniləri ayağa qaldırdı

    Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının üzvü, erməni əsilli millət vəkili Marqar Yesayan xristianların Türkiyədə daha sərbəst yaşadığını bildirib.
    Axar.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” informasiya yayıb. Erməni mənşəli millət vəkili Marqar Yesayanın Tvitterdəki yazısı istifadəçilər, xüsusən ermənilər arasında qızğın müzakirələrə səbəb olub.
    “Türkiyədə doğulmaq ən böyük şansdır. Bir xristian olaraq sizi əmin edirəm ki, inancımızı və kimliyimizi ən azad şəkildə yaşaya bildiyimiz ölkə Türkiyədir”, - Yesayan yazıb.

    Muxalifet2 - 23-10-2017

  12. ​Ordu Türkiyə sərhədinə doğru İRƏLİLƏYİR

    Kərkük şəhərinin ardınca Qızıl Körpü və Quştəpə ərazilərini peşmərgə qüvvələrindən geri alan İraq ordusu digər tərəfdən Mosul sərhədi yaxınlığından Türkiyəyə doğru irəliləyir.
    Ordu Türkiyənin Habur sərhəd qapısına alternativ olaraq istifadə etməyə hazırlaşdığı Ovaköy xəttini tamamilə ələ keçirməyə hazırlaşır. Rəsmi Bağdad peşmərgə lideri Bərzaninin qaçış yolu olan Ovaköy yolunu təhlükəsiz hala gətirməyi palnlaşdırıb.

    Muxalifet2 - 23-10-2017

  13. 15 yaşlı qızı maşın vurdu- BAKIDA

    APA-nın məlumatına görə, paytaxtın Suraxanı rayonunda naməlum avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Nigar Həsən qızı Cəfərlini vuraraq qaçıb.
    N. Cəfərli xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 23-10-2017

  14. Şimali İraq bölünür: BƏRZANİ YOLA SALINACAQ

     Bərzaninin qeyri-qanuni referendumu Şimali İraqdakı nizamı pozdu
     

    Muxalifet - 23-10-2017

  15. Qaçan məhkumların kimliyi və nədə ittiham edildikləri məlum olub - YENİLƏNİB

    Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.
    APA-nın əldə etdiyi xəbərə görə, həmin məhkumla Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan ikisi qaçmağa nail olub.
    Hazırda qaçan məhkumların axtarışı davam edir.
     
    ***
    Bakıda qaçan məhbusların adları məlum olub.
    Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

    Muxalifet3 - 23-10-2017

  16. ​13 gənc “şeytanpərəstliyə” görə HƏBS EDİLDİ

    İran paytaxtı Tehranda restoranda keçirilən banketə qatılan daha 13 qız və oğlan həbs edilib.
    Kult.az xəbər verir ki, Tehran hüquq-mühafizə qüvvələri rəsmiləri mediaya açıqlamasında gəncləri şeytanpərəstliyə meyillilikdə günahlandırıb:
     “Onlar özləri ilə şeytanpərəstlik nişanələrini daşıyırlar və hazırda polis bölməsində dindirilirlər”.
    Qeyd edək ki, İran rəsmiləri bir çox hallarda vaxtlarını birlikdə keçirən metal musiqi qruplarının tərəfdarlarını “şeytanpərəstlər” adlandırır.

    Muxalifet2 - 23-10-2017

  17. ​Yaponiyada "Lan" fəlakəti - 5 ölü, 85 yaralı

    Yaponiyanın üzləşdiyi "Lan" qasırğası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Trend-in məlumatına görə, daha 85 nəfərin isə qasırğa nəticəsində müxtəlif xəsarətlər aldığı bildirilib.
    Fukuoka şəhərində 63 yaşlı kişi üzərinə ağac aşması nəticəsində ölüb. Kisivada şəhərində isə bir qadın sel sularında qərq olan avtomobilin içində ölüb.
    Fukusima prefekturasında 81 min sakin təxliyə barədə xəbərdarlıq alıb.

    Muxalifet2 - 23-10-2017

  18. İşdən çıxarılan qadın “AzinTelekom”u məhkəməyə verdi

    O, işinə bərpa olunmasını istəyir
    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-dəki vəzifəsindən çıxarılan şəxs MMC-ni məhkəməyə verib.
    “Report”un xəbərinə görə, Həyat Xəlilova əvvəlki işinə bərpa olunmasını istəyir.
    Birinci instansiya məhkəməsi vətəndaşın şikayətini təmin etməyib. Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

    Muxalifet2 - 23-10-2017

  19. Azərbaycanda risklər atlası hazırlanır

    "Azərbaycanda risklər atlası hazırlanır".
    Bu sözləri Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə “Şəbəkə İdarəetmə Sistemləri və Seysmologiya üçün Analitik Alətlər üzrə Təlim” adlı Beynəlxalq konfransında çıxışı zamanı deyib.
    F.Tağızadə bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlanan atlasda seysmoloji aktiv zonalar müəyyən ediləcək: "Bu atlasda texnogen risklərin səviyyəsi müəyyən ediləcək. Hesab edirik ki, atlasda risklərin müəyyən edilməsi çox əhəmiyyətlidir. Çünki xüsusən tikinti işləri aparılarkən bu risklərin əvvəldən bilinməsi vacibdir”.

    Muxalifet2 - 23-10-2017

  20. MOSSAD AGENTLƏRİ BƏRZANİNİ QORUYACAQ

    İsrail, İraq Ordusunun Kərkük əməliyyatından sonra yeni hazırlıqlara başlayıb. Netanyahu hökümətindən Bərzaniyə dəstək açıqlamaları ard-arda gəlir.
     
    Açıqca “Bərzanini qoruyacağıq” deyirlər
     
     İsrailin kəşfiyyatının başçısı Yisrael Katz, İraq Ordusunun keçirdiyi əməliyyatlara qarşı bəyanat verib.
     İraqın şimalında Bərzani rəhbərliyinin keçirdiyi referenduma açıq bir şəkildə dəstək olan İsrail, indi də küncə sıxışdırılan Bərzaninin arxasında durmağa davam edəcəklərini deyirlər.

    Muxalifet - 23-10-2017

Pages