Axtarış
The search found 105793 results in 0.043 seconds.
Search results
Məhkəmədən Əfqan Muxtarlı ilə bağlı – QƏRAR
Jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan verilən apelyasiya şikayətinə baxılıb.
Bu gün Bakı Apelyasiya Məhkəməsində Əfqan Muxtarlının apelyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini barədə şikayəti təmin edilməyib.Muxalifet2 - 23-10-2017
“Exo”ya hücum edən: "O, hər gecə məni ehtirasa gətirirdi..." - VİDEO - YENİLƏNİB
Moskvada yerləşən “Exo Moskva” radiostansiyasının binasına hücum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxs əlindəki bıçaqla radio sədrinin birinci müavini və aparıcı Tatyana Felqenqauerə boğaz nahiyəsindən xəsarət yetirib. Aparıcıdan başqa hücumçunu xilas etməyə çalışan mühafizəçi də xəsarət alıb.
Polisdən verilən məlumata görə, cinayətkar tək olub və saxlanılıb.
Qadın jurnalist və mühafizəçi isə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
***Muxalifet3 - 23-10-2017
Keçmiş MTN polkovniki Mirəziz Əsgərov ifadə verib: "Günahsızam"
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M.Əzizov çıxış edib.Muxalifet2 - 23-10-2017
Bu sürücülər kəmər taxmaya bilər - QANUN
Azərbaycanda bəzi sürücü və sərnişinlərin avtomobildə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsinə icazə verilir.
“Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I bəndinin 6-cı hissəsinə əsasən, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir.Muxalifet2 - 23-10-2017
ŞƏRHSİZ: Kimlər cərimə olunacaq və nə üçün... - VİDEO
Son günlər avtomobil idarə edərkən danışan sürücülərin cərimə olunacağı haqda xəbərlər gündəmin başlıca mövzusuna çevrilib. Tanınmış KVN ustalarının bu və digər məsələlərə öz baxışları var. Buyurun, izləyin!
Muxalifet3 - 23-10-2017
Piyadanı vurub qaçan SÜRÜCÜ TUTULDU
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, oktyabrın 22-də saat 18.00 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub.
Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.Muxalifet2 - 23-10-2017
Səudiyyə və BƏƏ-nin BƏRZANİYƏ LOBBİÇİLİK FƏALİYYƏTİ – İFŞA OLUNDU
Kameralar qarşısında İKBY-nin qondarma referendumuna qarşı çıxan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin arxa planda lobbi fəaliyyəti yürütdüyü və sosial mediada işlər gördüyü ortaya çıxıb.
Məsud Barzaninin keçirdiyi qondarma referenduma ən başından bəri tam dəstək verən İsraillə yanaşı, son məlumatlara görə, Səudiyyə Ərəbistanı və BƏƏ-nin də bu işin içində olduğu təsbit edilib.
Məsud Barzani rəhbərliyindəki IKBY ötən günlərdə qondarma müstəqillik referendumu üçün İsrailin də tam dəstəyini alaraq hərəkətə keçmişdi.Muxalifet - 23-10-2017
Bakı-Quba yolunun kənarında KİŞİ MEYİTİ TAPILDI
Bu gün günorta saatlarında Bakı-Quba yolunun Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində, yol kənarında kişi meyiti tapılıb.
APA-nın şimal bürosunun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Həmin şəxsin Şabran rayon sakini,1957-ci il təvəllüdlü Səfər Həmidov olduğu müəyyənləşdirilib.
İkin ehtimala əsasən S. Həmidov ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.Muxalifet2 - 23-10-2017
Ərdoğan: Avstriyanın bu addımı rəzalətdir
Hamı bilsin ki, biz heç kimin oyuncağı deyilik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz kimlərinsə kefinə görə hərəkət edən qapı qulu olmayacağıq. Türkiyəni təhdidlərlə təsir altına alacaqlarını düşünənlər cahildirlər. Onlar tezliklə başa düşəcəklər ki, sanksiyalarla bizi diz çökdürə bilməzlər. Bu cür ucuz oyunlara imkan verməyəcəyik”, - Ərdoğan bildirib.
Türkiyə lideri həmçinin Avstriyada Türkiyəyə gəlmək istəyən insanların itlər vasitəsi ilə yoxlanılmasına sərt şəkildə etiraz edib və bunu “rəzalət” adlandırıb.Muxalifet2 - 23-10-2017
Usta iş yerində "laqonda" ilə əlini doğradı - TOVUZDA
Tovuz rayonunda bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Quliyev Ramil Rüstəm oğlu usta işlədiyi yerdə elektrik mişarı (laqonda) ilə işləyərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Hadisə nəticəsində mişar R.Quliyevin sol əlini doğrayıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb.Muxalifet2 - 23-10-2017
"Everton” baş məşqçisini İSTEFAYA GÖNDƏRDİ
İngiltərə Premyer Liqasında baş məşqçi istefası baş verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Everton” Ronald Kumanla yollarını ayırıb.
Ölkə çempionatının IX turunda öz meydanında “Arsenal”a böyük hesabla (2:5) məğlub olan Liverpul klubunda rəhbərlik hollandiyalı mütəxəssisi istefaya göndərib. Hazırda 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşan “Everton”da boş qalan posta ən real namizəd Devid Moyes göstərilir.Muxalifet2 - 23-10-2017
“Türkiyə türkcəsi Azərbaycan dilini necə “zibilləyə” bilər?”- SABİR RÜSTƏMXANLIDAN ETİRAZ
Sabir Rüstəmxanlı
Azərbaycanın xalq şairi
Müstəqil dövlətdə Ana dilimizin taleyi ilə bağlı sovetlər dönəmindəkinə bənzər ciddi bir təhlükə olmasa da dil məsələsi gündəmdən düşmür və ən müftəlif səviyyələrdə müzakirə olunur. Ana dilimizin dövlət dili kimi istifadəsi və inkişafı ilə bağlı bir neçə rəsmi sənəd və proqram da qəbul edilmişdir.Muxalifet3 - 23-10-2017
Sərt mübarizə aparmalıyıq – Millət vəkili
Millət vəkili Qənirə Paşayeva İstanbulda Türkiyənin və bəzi türk xalqlarının QHT nümayəndələri və ziyalıları ilə görüşüb.
Axar.az xəbər verir ki, Türk Dünyası Araşdırmalar vəqfini ziyarət edən millət vəkili burada təşkilatın rəhbərliyi, gənclər təşkilatı, bir sıra tanınmış ziyalılar, yazarlar və araşdırmaçılarla görüşüb.
Q.Paşayeva bildirib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir türk insanı bu gün Azərbaycanın yanında olmalıdır:Muxalifet2 - 23-10-2017
GİZLİ KƏRKÜK MÜQAVİLƏSİ:Tələbani ailəsi müstəqil Kürdüstan ideyasını öldürdü - TƏHLİL
Karolin Qlik
“Jerusalem Post” (İsrail)
İranlılar tərifə layiqdir. Onlar oyun oynamırlar. Prezident Donald Trump İrana qarşı yeni ABŞ siyasətinin konturlarını əks etdirəndən bir neçə saat sonra, İranın yüksək vəzifəli rəsmiləri İraq və Suriyada yalnız ABŞ-ı alçaltmayıb, həm də strateji balansı İranın xeyrinə dəyişdirməyə başlayıblar.
“Qüds” qvardiyasının komandanı Qasim Süleymani İraqın Kərkük şəhərində məskən salıb.Muxalifet3 - 23-10-2017
Azərbaycan millisinin heyəti açıqlandı
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində çıxış edəcək komanda 20 futbolçu ilə mübarizə aparacaq.
Muxalifet2 - 23-10-2017
Abadi Ankaraya gedir
İraq Baş naziri Heydər Abadi Ankaraya rəsmi səfər edəcək.
Türkiyə mətbuatı səfərin oktyabrın 25-də baş tutacağını yazıb.
Hələ ki, səfər zamanı hansı məsələlərin müzakirə olunacağı açıqlanmır.Muxalifet2 - 23-10-2017
Azərbaycanlı kişi ginekoloqdan rekord qıran VİDEO
Moskvada doğum evində çalışan azərbaycanlı ginekoloqun videosu sosial şəbəkələrdə baxılma rekordu qırır.
Muxalifet.az Medicina.az-a istinadən xəbər verir ki, 68 saylı doğum evində doğuş sancıları çəkən pasiyentin kişi həkimi ilə sanki klubdaymış kimi rəqs etməsi görənləri heyrətə gətirib.
Videoda ginekoloq Ruslan Xanbutayevin doğuş sancısı çəkən pasiyenti Mariya Malışevaya yaxınlaşdığı, onun ağrılarını azaltmaq üçün palatada az qala diskoteka effekti yaratdığı əks olunub. Daha sonra R. Xanbutayev hamilə pasiyenti ilə enerjili rəqs etməyə başlayıb.Muxalifet3 - 23-10-2017
“Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…”- İcra başçısı şəhid xanımını qapıdan qovub
Başçının müavini isə cavab vermək əvəzinə, əməkdaşımıza qəzəbləndi: "Siz müstəntiqsiniz?”
"Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…”. Bu sözləri Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil Əliyevin xanımına deyib.
Şəhidin xanımı Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub:Muxalifet - 23-10-2017
Bakıda qaçan məhbuslara görə 3 NƏFƏR CƏZALANDIRILDI
Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin azı üç əməkdaşı istintaqa cəlb edilib.
Report-un əldə etdiyi məlumata görə, hadisədən sonra həmin şəxslərdən izahatlar alınıb. Hazırda istintaq tədbirləri davam etdirilir.Muxalifet2 - 23-10-2017
Kriminal avtoritetlər qaçıb, yoxsa qaçırılıb ?- İddialara rəsmi cavab
Ədliyyə Nazirliyi Penitensiar Xidməti qaçan məhkumlarla bağlı yayılan iddialara münasibət bildirib.
Bildirək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış Əli Ağami müşayiət altından qaçıblar.Muxalifet - 23-10-2017