Axtarış

The search found 105793 results in 0.035 seconds.

Search results

  1. ​Кто лучше: мэр футболист или мэр физик - НАШ ВЫБОР

    На прошедшей неделе, бывший капитан сборной Грузии по футболу Каха Каладзе одержал победу на выборах мэра Тбилиси. По итогам подсчета голосов, со всех 737 избирательных участков в Тбилиси Каладзе набрал 51,06 процента голосов. За кандидата от правящей партии «Грузинская мечта» проголосовали более 203 тысяч человек.

    Muxalifet3 - 23-10-2017

  2. Bakıda gənclərə narkotik satan aptek belə ifşa olundu - VİDEO

     Bakıda artıq necə vaxtdı gənclərin ölüm mənbəyinə çevrilən aptek haqqında mediada məlumatlar yayılmaqda davam edir. Lakin ağ ölüm bəlasına görünən o ki, nə aptek sahibləri nədə aidiyyatı qurumlar tədbir görmürlər.
     

    Muxalifet - 23-10-2017

  3. Yol qəzasında xəsarət alan şəxs öldü - GORANBOYDA

    O, yerləşdirildiyi xəstəxanada bu gün dünyasını dəyişib
    Goranboy rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

    Muxalifet2 - 23-10-2017

  4. Feysbuk paylaşımı HƏBSXANALIQ ETDİ

    İsrail polisi Fələstinli bir adamı feysbuk paylaşımının yanlış tərcümə edilməsi səbəbindən nəzarətə alıb.
    O, sadəcə sosial şəbəkədəki hesabında ərəb dilində “sabahınız xeyir” yazıb. Lakin bu ifadə ivrit dilinə “onlara hücum edin” kimi tərcümə edilib.
    Adı açıqlanmayan adam bu ifadəni buldozerin yanındakı şəkli ilə paylaşıb.
    Yerli polis ölkə mediasına bu məlumatı təsdiq edib və həmin şəxsin tikintidə işlədiyini, məsələ aydınlaşandan sonra isə azadlığa buraxıldığını deyib.

    Muxalifet2 - 23-10-2017

  5. ​Britaniyadan açıq mesaj: HƏDƏF BU ÖLKƏDİR

    Tezliklə, Şimali Koreya ballistik raketləri ABŞ-a çatacaq.
    Bunu Britaniya Beynəlxalq Əlaqələr İnstitutunda (Chatham House) çıxışı zamanı Britaniya Xarici İşlər naziri Boris Conson söyləyib.
    “Şimali Koreya indiyə qədər 19 raket və 6 nüvə sınağı keçirib. Artıq Şimali Koreyanın öz kursunu dəyişdirmək vaxtı çoxdan keçib. Beynəlxalq ictimaiyyət bu ölkəni nüvə silahından azad etmək haqqında fikirləşməlidir. Qonşularından heç birinin Şimali Koreya ərazisinə iddiası yoxdur”, - deyə o bildirib.

    Muxalifet2 - 23-10-2017

  6. Müsavat BŞİH-nin qarşısında piket keçirəcək

    Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya verilən məlumata görə bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
     
    3 noyabr 2017-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti binası qarşısında etiraz piketinin keçirilməsi barədə qərar qəbul olunub.

    Muxalifet - 23-10-2017

  7. Siyəzən məhbuslarının işgəncə iddiası araşdırılmadı

    Qəniyev Nizaminin, Şəkərov Zaurun və Bəgişov Coşqunun Siyəzən rayon polis idarəsində işgəncə, qeyri insani və insan ləyaqətini alçaldan rəftara məruz qalmaları ilə bağlı şikayətləri üzrə baş prokurorun 1-ci müavini Rüstəm Usubov 31 avqust 2017- ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edib.
     
    Siyəzən məhbuslarına işgəncə edilməsi faktına dair cinayət işinin başlanması barədə vəkilin qaldırdığı vəsatət ləğv edilib. Bu barədə məhbusların vəkili Elçin Sadıqov məlumat yayıb.

    Muxalifet - 23-10-2017

  8. ​Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirildi

    "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
    Muxalifət.az APA.az-a istinadən xəbər verir ki, iş üzrə "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin 27 əməkdaşı dindirilib.
    Onlar adlarına götürülmüş kreditlə bağlı ifadə veriblər.

    Muxalifet2 - 23-10-2017

  9. Deputat oğlunun şəriki Azərbaycana ekstradisiya olunacaq

    Elnur İbrahimov Rusiyadan sığınacaq istəyibmiş
     
    Rusiya Ali Məhkəməsi deputat Elmira Axundovanın oğlu Həbib Axundovun dostu və şəriki Elnur Rauf oğlu İbrahimovun şikayətinə baxıb. Elnur İbrahimov İnterpol xətti ilə axtarışda idi.
     
    Vətəndaşlardan 8 milyon manat toplanıb

    Muxalifet - 23-10-2017

  10. ​Zakir Həsənov Yankauskasa erməni təxribatından danışdı

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 23-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Kestutis Yankauskas ilə görüşüb.

    Muxalifet2 - 23-10-2017

  11. Avropa Şurasının baş katibi Əli İnsanova məktub göndərib

    Avropa Şurasının baş katibi Torbörn Yaqland həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova məktub göndərib.
     
    Bu barədə keçmiş nazirin vəkili Toğrul Babayev Turan-a bildirib.
    Vəkilin sözlərinə görə, Yaqland məktubunda Əli İnsanovla bağlı məsələnin daim Avropa Şurasının diqqətində olduğunu yazıb. Həmçinin bildirilib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası departamenti Məhkəmənin Əli İnsanovla bağlı qərarının icrası üçün ardıcıl iş aparır və bu barədə Avropa Şurası baş katibini məlumatlandırır.

    Muxalifet - 23-10-2017

  12. Avropa Komissiyasından Kataloniya açıqlaması

    Avropa Komissiyası Kataloniya böhranının həlli istiqamətində İspaniya hökumətinin konstitusiya tədbirlərini tam dəstəkləyir.
    Muxalifet.az xəbər verir ki, bu barədə oktyabrın 23-də Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas jurnalistlərin Kataloniyada keçirilən referenduma Madridin cavabı, xüsusən konstitusiyanın 155-ci maddəsinin işə salınması barədə suallarını cavablandırarkən bildirib.

    Muxalifet2 - 23-10-2017

  13. ​İraq kürdləri fürsəti əldən verdilər - Erməni ekspert

    ABŞ-ın pis durumda qoyduğu İraq kürdləri müstəqil dövlət qurmaq fürsətini yenidən qaçırdı.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyadan olan erməni ekspert Gevorq Mirzayan bildirib.
    Mirzayan bildirib ki, yaşanan böhran Rusiya, İran və İraqın maraqlarına xidmət edib.
    İraqlı kürdlərin böyük xəyallar bəslədiyini, ordu, neft, pul sahibi olduğunu və Ərbilin bölgənin ən güclü oyunçularından olduğunu xatırladan Mirzayan bu gün isə Bağdadın hakimiyyətin kimdə olduğunu bütün dünyaya göstərdiyini vurğulayıb.
     

    Muxalifet2 - 23-10-2017

  14. Avropa Məhkəməsi 7 azərbaycanlının şikayətini araşdırır

    Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 7 şikayəti araşdırmağa başlayıb. Həmin şikayətlər mülkiyyət və sərbəst hərəkət etmək hüququnun pozulması iddiaları ilə bağlıdır.
     
    Bu haqda AİHM-in saytı məlumat verir.
    Məlumatda qeyd edilir ki, məhkəmə şikayətlərlə bağlı Azərbaycan hökumətinə aydınlaşdırıcı suallar göndərib.
    Məhkəmənin araşdırdığı 6 şikayətdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib.

    Muxalifet - 23-10-2017

  15. ​Ən təhlükəli virusların reytinqi

    Kibertəhlükəsizlik sahəsindəki mütəxəssislər ən təhlükəli ziyanverici proqram təminatının reytinqini dərc ediblər.
    Muxalifet.az xəbər verir ki, müvafiq araşdırmanı “Global Threat Impact Index” şirkətinin analitikləri aparıblar.
    “Locky” adlanan pul tələb edən virus ziyanverici proqram təminatı reytinqinə başçılıq edir. Pul tələb edən bu virus 11,5 faiz şirkətin kompüterlərinə yoluxub. Ötən ay adıçəkilən virusun hücumlarının sayının artığı qeydə alınıb.

    Muxalifet2 - 23-10-2017

  16. ​Xızıda 28 ədəd partlamamış sursat aşkarlanıb

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Agentlik tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə gündəlik operativ məlumat yayıb.

    Muxalifet2 - 23-10-2017

  17. ​Avropada fahişəliyin qanuni və qeyri-qanuni xəritəsi üzə çıxdı — SİYAHI

    İnternet şəbəkəsində Avropadakı qanuni və qeyri-qanuni fahişəliyin xəritəsi ortaya atılıb.
    Muxalifet.az xəbər verir ki, xəritənin müəllifi kartoqraf Ceykob Meriandır. O, Avropada fahişəliyə icazə verilən və fahişəliyin qadağan edildiyi, seks alveri ilə məşğul olanlara maksimal cəza verilən yerləri qeyd edib.
    Böyük Britaniya, İspaniya və İtaliyada fahişəlik qanunidir. Amma nəzarət edilmir. Amma fahişəxanalar qanuna ziddir. Avstriya, Almaniya, Yunanıstan, Macarıstan Latva, Niderland, İsveçrə və Türkiyədə fahişəliyə icazə verilir və hökumət tərəfindən nəzarət edilir.

    Muxalifet2 - 23-10-2017

  18. ​ Ukrayna-Rusiya sərhədində atışma: Bir nəfər yaralandı

    Ukraynadan Rusiya sərhədinə keçən bir nəfər yaxalanıb.
    Muxalifet.az xəbər verir ki, ələ keçirilən şəxs nəzarətdən qaçmaq istəyib və atəş açıb, bu zaman həmin şəxs özü qarşıdurma zamanı yaralanıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
    FSB 31 yaşlı bir nəfərin 2 tapança və 5 əl qumbarası ilə sərhədi keçməyə cəhd etdiyini bildirib.
     

    Muxalifet2 - 23-10-2017

  19. ​Telefon oğruları yaxalandı - DİN

    Oktyabrın 20-də metronun “Elmlər Akademiyası” stansiyası ərazisində xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir gənc iki naməlum şəxsin mobil telefonunu alaraq qaçdığını bildirib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a bildiriblər ki, polis əməkdaşları dərhal həmin şəxsləri təqib edərək yaxalayıb və şöbəyə gətiriblər.
    Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər məhkum edilmiş Kənan Əliyev və Əli Həsrətov olduqları məlum olub.

    Muxalifet2 - 23-10-2017

  20. ​Azərbaycan Rəşid Kosayevi axtarışa verdi – FOTO

    İnterpol sənəd saxtalaşdırmaqda təqsirləndirilən Azərbaycan vətəndaşını axtarışa verib.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, 1980-cı il təvəllüdlü Rəşid Kosayev barəsində cinayət işi başlanılıb, lakin o, istintaqdan yayınıb.
    Məhkəmə tərəfindən R.Kosayev barəsində həbs qətimkan tədbiri seçilib və onun axtarışa verilməsi barədə qərar çıxarılıb.
    Həmin qərar əsasında da İnterpol tərəfindən R.Kosayev barəsində beynəlxalq axtarış elan edilib.

    Muxalifet2 - 23-10-2017

Pages