Axtarış

The search found 105785 results in 0.039 seconds.

Search results

  1. Azərbaycanlıların yaşadığı rayona xüsusi təyinatlılar yeridildi - GÜRCÜSTANDA

    Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna xüsusi təyinatlı polis dəstəsi gətirilib.
     
    Xüsusi təyinatlıların olduğu iki avtobus artıq rayonun mərkəzindədir.
    Əlavə polis dəstələrinin Marneulidə yerləşdirilməsində məqsəd seçki prosesi ilə bağlı yarana biləcək gərginliyin qarşısını almaqdır.
    Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir. Seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər./apa

    Muxalifet - 21-10-2017

  2. Kremlin “boz kardinalı” kürdlərin əsas ixrac neft kəmərini aldı – Müəmmalı sövdələşmə

    İraqın şimalında regional kürd administrasiyasının keçirdiyi müstəqillik referendumundan və Bağdadın buna cavab olaraq Kərkük şəhərini zəngin neft yataqları ilə birlikdə kürdlərdən geri almasının ardınca Rusiyanın dövlət “Rosneft” şirkəti sensasion açıqlama yayıb.
     
    Açıqlamada deyilir ki, kürd administrasiyası regionun əsas ixrac neft kəməri olan Kərkük-Ceyhan kəmərinin nəzarət səhm paketini “Rosneft”ə satılmasına dair saziş imzalayıb.

    Muxalifet - 21-10-2017

  3. Kataloniyanın muxtariyyəti ləğv edildi - MÜSTƏQİLLİK ARZUSU PUÇ OLDU...

    İspaniya hökuməti Kataloniya əyalətinin muxtariyyətini ləğv edib.
     
    Yerli mətbuatın yazdığına görə, rəsmi Madrid əyalətə münasibətdə ölkə Konstitusiyasının 155-ci maddəsini işə salıb.
    Bu maddəyə əsasən, İspaniya hökuməti Kataloniyada birbaşa idarəetməyə keçib. 
    Baş nazir Mariano Raxoy bildirib ki, Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar parlament seçkiləri keçiriləcək.

    Muxalifet - 21-10-2017

  4. AXCP fəalına 10 sutka həbs verildi

    Oktyabrın 18-də saxlanılan AXCP fəalı Rəcəb Hüseynov məhkəmənin qərarı ilə inzibati qaydada 10 sutka həbs olunub.
     
    Bu barədəTuran-a vəkil Əsabəli Mustafayev bildirib.
    Cümə günü ona məlum olub ki, R.Hüseynov Binəqədi təcridxanasında saxlanılır.
    Ancaq işin detalları - məhkəmənin nə zaman və hansı ittihamla həbs qərarı çıxarması hələlik məlum deyil.
    Müdafiə tərəfi həbs qərarından şikayət vermək niyyətindədir.
    AXCP Saatlı rayon təşkilatının Gənclər Komitəsinin fəalı Rəcəb Hüseynov oktyabrın 18-də Biləsuvarda saxlanılıb.

    Muxalifet - 21-10-2017

  5. UEFA Çempionlar Liqasının ən yaxşılarını SEÇDİ: siyahıda “Qarabağ” da var

    UEFA Çempionlar Liqasının ilk 3 həftəsinin ən yaxşı fotolarını yayımlayıb.
     
    Siyahıda təmsilçimiz “Qarabağ”ın forvardı Dino Ndlovunun "Atletiko Madrid"lə matçda çəkilmiş fotosu da yer alıb.

    Muxalifet - 21-10-2017

  6. ​“Türk vətəndaşı hər hansı bir erməni vətəndaşı ilə görüşüb, hər hansı bir məsələni müzakirə edə bilər... ”

    Bu, Azərbaycanın daxili hüquq qanunları ilə birbaşa əlaqəli olan bir nüansdır. Mən Azərbaycanın daxili qanunlarına bələd deyiləm.
    Bu sözləri  Azərbaycanın erməni işğalı altında olan Xankəndi bölgəsinə Azərbaycan tərəfindən izin almadan gedən türk vətəndaşları haqda danışarkən Türkiyənin keçmiş Gömrük və Ticarət naziri, hazırda Ədalət və İnkişaf Partiyasının rəhbərinin yardımçısı Hayati Yazıcı deyib.

    Muxalifet2 - 21-10-2017

  7. SEPAH generalının Tələbani ilə məxfi danışıqları açıqlandı - Röyter

    İran İnqilab Keşikçiləri Qvardiyası – SEPAH-ın “Qüds” korpusunun komandiri, general Qasım Süleymani ilə bağlı yeni məxfi məlumatlar ortaya çıxıb.
     
    Röyter Kərkük şəhərinin peşmərgə güclərindən azad edilməzdən öncə Qasım Süleymaninin məxfi görüşlər keçirdiyini açıqlayıb.
    Teleqraf.com xəbər verir ki, Kərkük hadisələrindən əvvəl general Qasım Süleymani bir neçə dəfə Kürdüstan Yurdsevərlər Birliyinin üzvüləri ilə görüşüb.

    Muxalifet - 21-10-2017

  8. ​İspaniya Kataloniya hökumətini istefaya göndərdi – Təcili

    İspaniya hökuməti konstitusiyanın 155-ci maddəsinin yerinə yetirilməsi barədə qərar qəbul edib.

    Muxalifet2 - 21-10-2017

  9. ​“Qarabağ”a “əzik” deyən jurnalistdən SENSASİON PAYLAŞIM – “Erməni olmaq şərəfdir” – FOTOFAKT

    “Sabah” qəzetində “Ezik kareoqrafi” başlığı ilə xəbər yazan jurnalistin daha bir erməni xisləti üzə çıxıb.
    Muxalifet.az A24.az-a istinadən xəbər verir ki, “Qarabağ”ı təhqir edən jurnalist Mevlut Tezelin daha bir iyrənc paylaşımı üzə çıxıb. O, 15 aprel tarixində (Aprel döyüşlərindən sonra və 24 aprel Qondarma Erməni Soyqırımının ildönümünə bir neçə gün qalmış) Tvitter hesabında paylaşım edərək, ermənilərə olan sevgisini bildirib:

    Muxalifet3 - 21-10-2017

  10. "Məscidlərə divan tutan Ermənistan İslam dövlətləri ilə necə dost ola bilər?"

    İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda keçirilən Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması ölkəmizin dünyada artan siyasi və iqtisadi nüfuzunun nəticəsdir.
    Muxalifet.az xəbər verir ki, bunu trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

    Muxalifet2 - 21-10-2017

  11. ​Ərinə xəyanət edən siyasətçi qətlə yetirildi

    Almaniyada Azad Demokratik Partiyasının (FDP) üzvü olan siyasətçi Korneliya Yehle qətlə yetuirilib.
    Muxalifet.az xəbər verir ki, avtomobildə Korneliyadan başqa, əri və sevgilisinin də cəsədi olub.
    Qadın siyasətçinin həyat yoldaşı Markes Yehlenin onu və 26 yaşlı sevgilisi Yannik adlı gənci öldürdükdən sonra intihar etdiyi bildirilir.
    Cinayət yerində iki bıçaq və odlu silah tapılıb.
    Hazırda faktla bağlı araşdırma aparılır.

     

    Muxalifet2 - 21-10-2017

  12. ​Firəngiz Ulutürk: "Qorxurdum ki, başına bir iş gələr"

    Bu gün Azərbaycanın azadlıq şairi Xəlil Rza Ulutürkün 85 yaşı tamam olur.

    Muxalifet2 - 21-10-2017

  13. Saakaşvili Poroşenkonu silahdaşlarının oğurlanmasında ittiham edib

    Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonuüç silahdaşının oğurlanmasını təşkil etməkdə günahlandırıb.
    O, bu barədə "Facebook" səhifəsində yazıb.
    "Mənim dostum, hərbçi, Donbasdakı müharibənin qəhrəmanı David Makişvili, həmçinin mənim keçmiş mühafizəçim və sürücümü küçədə, Poroşenkonun şəxsi sərəncamına əsasən bütün qanunları pozaraq oğurlayıblar", — deyə Saakaşvili yazıb.

    Muxalifet3 - 22-10-2017

  14. Müxalifət prezidentin istefasını tələb edir - YÜRÜŞ

    Belarusun paxtaxtı Minskdə şənbə günü 200 nəfərə yaxın insan yürüş edərək 1994-cü ildən bəri keçmiş Sovet respublikasına rəhbərlik edən prezidentin istefesına çağırış ediblər.
    Belarusun və Avropa İttifaqının bayraqlarını dalğalandıran müxalifət fəalları prezident Aleksander Lukaşenkonun vəzifəsini tərk etməsini tələb ediblər. Onlar bu yaxınlarda qəbul edilən qanunları da tənqid ediblər. Həmin qanunların arasında vətəndaşların əmək mübadiləsi reyestrindən qeydiyyatdan keçməli olduqları, əks halda isə ağır cərimə ödəməli olduqları haqqında qanundur.

    Muxalifet3 - 22-10-2017

  15. “Ukraynanın xilası üçün 70 gün bəs edər” — Saakaşvili

    Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Kiyevdə Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyində olub.
     
    M.Saakaşvili ona dəstək olanları birliyə çağırıb. O, birlikdə güclü olduqlarını deyib.
    M.Saakaşvili çıxışı zamanı Ukrayna dövlətini və xalqını xilas edəcəyini vurğulayıb. Onun sözlərinə görə, yeni hazırladığı plana əsasən “70 gün ərzində Ukraynanın xilası” gerçəkləşəcək.

    Muxalifet - 22-10-2017

  16. "Azərbaycan hakimiyyəti əvvəlki iqtisadi siyasəti bərpa edir" - EKSPERT

    2018-ci ilin büdcə layihəsi, eləcə də son zamanlar baş verən iqtisadi hadisə və proseslərin təhlili göstərir ki, Azərbaycan hakimiyyəti neft bumu dövründəki köhnə siyasəti bərpa edir.
    Bu barədə Qubad İbadoğlu Facebook hesabında yazıb.
    Q. İbadoğlu sonra fikrini belə əsaslandırır:

    Muxalifet - 22-10-2017

  17. İraq ordusunun yeni hədəfi açıqlandı: Tak-Tak neft bölgəsi

    İraq ordusu Ərbil şəhərində doğru irəliləyişini davam etdirir.
     
    Bununla bağlı İraq Baş naziri Heydər əl-İbadi açıqlama verib.
    O bildirib ki, ordu Ərbilin şimalına 2 kilometr qalmış əməliyyatları dayandıracaq:
    "Hazırda İraq ordusu Tak-Tak neft bölgəsinə daxil olmağa hazırlaşır"./teleqraf.com

    Muxalifet - 22-10-2017

  18. Kim Çenin ölüm fərmanı yazılıb - Puşkov

    Kim Çen İnin ölüm fərmanı yazılıb.
     
    Bu sözləri rusiyalı senator Aleksey Puşkov Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo Şimali Koreya lideri Kim Çen İnin anidən öləcəyi təqdirdə səssiz qalacaqlarını söyləməsinə münasibət bildirərkən deyib.
    “MKİ direktorunun sözləri tək mənaya gəlir: Kim Çenin ölüm fərmanı hazırdır. Liderlər birdən-birə yoxa çıxmaz. Digər bir məsələ təhdidin göz qabağında olmasıdır”, - Puşkov söyləyib./axar.az

    Muxalifet - 22-10-2017

  19. ​93 yaşlı diktatorla bağlı qərar dünyanı ayağa qaldırdı - SENSASİYA

    Dünya Səhiyyə Təşkilatı Zimbabve lideri Robert Muqabeni xoşməramlı səfir təyin etmək qərarından vaz keçib.

    Muxalifet.az xəbər verir ki, təşkilat yaydığı açıqlamada artan tənqid və etirazlardan sonra belə bir qərar verdiklərini açıqlayıb. DST-nin bu qərarından geri addım atmasında bəzi mədəni qurumların və qərb ölkələrinin rəsmilərinin də rol oynadığı bildirilib.
    Qeyd edək ki, 93 yaşlı Muqabe 37 ildir hakimiyyətdədir və onun yaratdığı diktatura rejimi tez-tez tənqid olunur.
     

    Muxalifet2 - 22-10-2017

  20. Saakaşvilidən prezidentə ağır sözlər: Satılmış...

    Ukrayna Təhlükəsizlik Xidməti və Milli Qvardiyası ləğv edilməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ali Rada yaxınlığında keçirilən mitinqdə çıxışı zamanı deyib.
    “O, Milli Qvardiya deyil, satılmışların qvardiyasıdır. Ona görə yaradılıb ki, baş satılmışı (Pyotr Poroşenko nəzərdə tutulur) xalqdan qorusun. Həmçinin Təhlükəsizlik Xidməti buraxılmalı və əvəzinə peşəkar kəşfiyyatçılar yerləşdirilməlidir. “Havayıyeyənlər” kənarlaşdırılmalıdır”, - Saakaşvili bildirib.
     

    Muxalifet2 - 22-10-2017

Pages