Axtarış
The search found 105785 results in 0.182 seconds.
Search results
Rusiya: “ABŞ-ın İranla bağlı mövqeyi…”
ABŞ hələlik İranla bağlı razılaşmadan geri çəkilmədiyini elan etməyib, lakin Donald Trampın bəyanatlarının çoxu Vaşinqtonun mövqeyini sual altına qoyur.
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Biz başa düşürük ki, ABŞ-ın rəsmi olaraq razılaşmadan çıxdığı elan olunmayıb. Lakin Prezident Tramp tərəfindən irəli sürülmüş tələblərin mahiyyəti çox şeyi sual altına qoyur. Buna görə də indi məsləhətləşmə və təhlil, eyni zamanda müxtəlif variantların nəzərdən keçirilməsi zamanıdır”, - Ryabkov bildirib.Muxalifet2 - 21-10-2017
“Qızıl oğlan” mükafatına namizəd FUTBOLÇULARIN ADLARI AÇIQLANDI
İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var
Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb..
"Goal.com" xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var.
Bunlar Fransa yığmasının üzvləri – Killyan Mbappe (PSJ) ilə Usman Dembele (“Barselona”) və Braziliya millsinin futbolçusu Qabriel Xesusdur (“Mançester Siti”).
Mükafatın sahibinin adı oktyabrın 23-də açıqlanacaq.Muxalifet2 - 21-10-2017
Azərbaycan əleyhinə səs verən deputat danışa bilmir
Ankara Universiteti, İbn Sina Xəstəxanası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, millət vəkili Dəniz Baykalın səhhətinə dair açıqlama verib.
Muxalifət.az AzVision.az-a istinadən xəbər verir ki, Baykalın səhhətində minimal səviyyədə dəyişiklik olduğu bildirilir.
“Dəniz Baykalın səhhətindəki problem ciddiyətini qoruyur. Şüuru qapalı, ümumi durumu stabildir”, - xəstəxanadan verilən açıqlamada bildirilib.Muxalifet2 - 21-10-2017
Çin Myanmada müsəlman qırğınına DƏSTƏK VERDİ
Myanma ordusu və fanatik buddistlər tərəfindən Arakan müsəlmanlarına qarşı tətbiq edilən zorakılıq və şiddətə qonşu Çin dəstək verib.
Publika.az xəbər verir ki, Çin beynəlxalq toplumun və Birləşmiş Millətlər Təşkilatının “etnik təmizlənmə” adlandırdığı hadisələri “sülhü və sabitliyi qorumaq cəhdləri” kimi dəyərləndirib.
Çin İqtidar Partiyası Beynəlxalq Münasibətlər Komissiyasının sədr müavini Quo Yezhou məsələ ilə bağlı açıqlama verib:Muxalifet2 - 21-10-2017
ABŞ-dan “Öcalan” PORTRETLƏRİNƏ DAHA BİR AÇIQLAMA
ABŞ səfirliyi Rakkada asılan terrorçubaşı Öcalan portretiylə bağlı yeni bir açıqlama ilə çıxış etdi
Açıqlamada "Öcalan hörmətə dəyər bir şəxsiyyət deyil. PKK xarici terror təşkilatları siyahısında yer alan bir təşkilatdır. ABŞ terrorizmə qarşı mübarizədə Türkiyə ilə yaxın bir şəkildə əməkdaşlıq edir" ifadələri yer alıb.
Muxalifet - 21-10-2017
Dünyanın taleyini 5 ölkə təyin edir - ƏRDOĞAN
II Dünya müharibəsi arxada qaldı, bu gün başqa bir dünya var.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bütün dünyanın taleyini cəmi 5 dövlət həll edir. Dünya 5-dən böyükdür. Etirazımız ədalətə çağırışdan əlavə eyni zamanda mədəniyyətin harayıdır. Dünya 5-dir nə deməkdir? II Dünya müharibəsinin şərtləri bir yana, bu günün şərtləri bir yana. 5 ölkə dünyanın taleyini təyin edir, ağızlarından nə çıxırsa nəticə də o olur”, - Ərdoğan bildirib.Muxalifet2 - 21-10-2017
BOMBA HƏYƏCANI - İcra Hakimiyyətinin binası boşaldıldı
Rusiyanın Yekaterinburq şəhərində İcra Hakimiyyətinin binasındakı insanlar evakuasiya olunublar.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə rəsmi nümayəndəsi Valeriy Qorelıh bildirib.
“Bu gün Sverdlovski vilayətində hüquq-mühafizə orqanlarına Yekaterinburqda yerləşən müxtəlif müəssisələrə bomba qoyulması ilə bağlı bir neçə anonim zəng daxil olub”, - deyə Valeriy Qorelıh qeyd edib.
Onun sözlərinə görə, hazırda bütün zənglər araşdırılır.Muxalifet2 - 21-10-2017
Maltada öldürülən jurnalistin Azərbaycanla BAĞLANTISI... – Qətlin arxasındakı SİRR PƏRDƏSi!
Bazar ertəsi günü “Malta İndependent” qəzetinin reportyoru Dafna Karyuna Maltada qətlə yetirilib. Hələlik, polis bununla bağlı hər hansı versiya səsləndirməyib, lakin hadisənin xarakterri – 53 yaşlı jurnalist xanıma məxsus avtomobilin partlaması – sifarişli qətl gümanını doğurur.
Avtomobil partlaması nəticəsində həlak olmuş maltalı jurnalistin oğlu baş verənlərlə əlaqədar mafiya dövləti adlandırdığı Malta hakimyyətini ittiham edib.Muxalifet3 - 21-10-2017
Gürcüstan parlamentinin komitə sədri: "Marneulidə vəziyyət süni şəkildə gərginləşdirilir"
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda səsvermə prosesi zamanı gərginlik yaşanıb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, rayonun 58 saylı seçki məntəqəsində müxalif “Avropalı Gürcüstan” partiyası fəalının hakim “Gürcü Arzusu” Partiyasının nümayəndələri tərəfindən fiziki təzyiqə məruz qaldığı bildirilir.
Hadisə ilə bağlı “Avropalı Gürcüstan” partiyasının liderlərindən olan Giqa Bokeriya Marneuliyə səfər edib. O, faktla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacağını bildirib.Muxalifet2 - 21-10-2017
Yeni Çernobl faciəsinə az qaldı – Şok proqnoz
2020-ci ilə qədər Ukraynada yerləşən atom elektrik stansiyalarından birində yeni Çernobl faciəsinin baş verməsi ehtimalı 80 faizdir.
Axar.az xəbər verir ki, bu barədə “Energy Research & Social Science” (ERSS) analitikləri proqnoz veriblər.Muxalifet2 - 21-10-2017
İsrail Suriyanı VURDU
İsrail qırıcıları Suriya ərazisinə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə Suriya ordusunun komandanlığı bəyanat yayıb.
Qeyd olunur ki, İsrail Qolan yüksəkliklərində Kuneytra əyalətinə zərbələr endirib.
Eyni zamanda İsrail ordusu Suriyaya məxsus artilleriyanı məhv etdiyini bildirib.Muxalifet2 - 21-10-2017
İngiltərə millisinin qapıçısı QARƏT OLUNDU
Qarətçilər Co Hartın telefonunu, pul qabını və saatını alıblar
Futbol üzrə İngiltərə millisinin və “Vest Hem” klubunun qapıçısı Co Hart qarət olunub.
“The Sun” qəzeti xəbər verir ki, hadisə paytaxt Londonda, “Vest Hem”in təlim-məşq bazasının yaxınlığında baş verib.
Qarətçilər avtomobilinə əyşləmək istəyən futbolçuya yaxınlaşaraq onu silahla tədid edərək telefonunu, pul qabını və saatı alıblar. Cinayətkarlar dərhal hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, iki ay əvvəl J.Hartın dəyəri 100 min funt sterlinq olan avtomobili oğurlanıb.Muxalifet2 - 21-10-2017
FETÖ-nün əsas adamlarından biri HƏBS OLUNDU
Türkiyənin Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının apardığı istintaq tədbirləri çərçivəsində saxlanılan Enes Özcan çıxarıldığı ilk məhkəmə prosesində həbs olunub.
“Milliyet”in verdiyi məlumata görə, Fətullahçı Terror Təşkilatının (FETÖ) əsas adamlarından biri olan E. Özcan F. Gülənin ölümündən sonra təşkilata rəhbərlik etməsi gözlənilən Mustafa Özcanın oğludur.
Muxalifet2 - 21-10-2017
AŞ PA Fikrət Hüseynlinin həbsindən NARAHATDIR
Avropa Şurası Parlament Assambleyasının İnterpolda qanun pozuntuları məsələləri üzrə xüsusu məruzəçisi Bernd Fabritius Ukraynada saxlanılan jurnalist, Niderland Krallığının vətəndaşı Fikrət Hüseynli ilə bağlı bəyanatla çıxış edib.
Muxalifet - 21-10-2017
"Niyə “Mixo” oldum, anlamıram" - SAAKAŞVİLİ
Ukraynalılar həmişə mənim adımı təhrif edir.
Bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili danışıb.
Saakaşvili bütün həyatı boyu hər kəsin onu “Mişa” adlandırdığını, yalnız ukraynalıların ona “Mixo” dediyini vurğulayıb.
“Birdən-birə niyə Mixo oldum, anlamıram. Çünki onlar bunun qəribə səslənməsi üçün belə bir karikaturalı gürcü imici yaratmaq istəyirlər”, - Saakaşvili deyib.
Muxalifet2 - 21-10-2017
Enerji layihələrinin maliyyələşməsində insan haqları və demokratiya nəzərə alınmalıdır - Emin Hüseynov
Bu günlər Amerikada səfərdə olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov vətəndaş hüquqları fəallarının beynəlxalq maliyyə qurumları ilə keçirdiyi görüşlərdə iştirak edir.
Emin Hüseynov Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə bildirib ki, səfərinin əsas məqsədi Dünya Bankının illik toplantısına qatılmaqdan ibarətdir.Muxalifet - 21-10-2017
Müsavatda seçki keçirildi: heç kim səs toplaya bilmədi
Bu gün Müsavat Partiyasında boş qalan Məclis və MNTK üzvlüyünə seçkilər keçirilib.
Bu barədə Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov bildirib.
Qeyd edək ki, boş qalan Məclis və MNTK üzvlüyünə seçki prosesi Yadigar Sadıqovun sədri olduğu Seçki komissiyası nəzarət edib.
Maraqlıdır ki, heç kim seçilmək üçün yetərli səs toplamayıb.
Muxalifet - 21-10-2017
“Qarabağı və “Qarabağ” klubunu çox sevirik” - Məşhur türkiyəli məşqçi
“Qardaşlığımıza ziyan gətirəcək addımlar atmaq olmaz”.
Bu fikirləri Türkiyənin məşhur məşqçisi Yılmaz Vural Türkiyənin “Sabah” qəzetinin “Qarabağ” klubunun azarkeşləri ilə bağlı yaydığı yazıya münasibətində bildirib.Muxalifet - 21-10-2017
Saakaşvili Hikmət Cavadovla MİTİNQ ŞƏHƏRCİYİNDƏ - VİDEO
Dünən Gürcüstanın sabiq prezidenti, Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili etirazçıların Kiyevdə Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyində olub.
O, etirazçılarla görüşüb və söhbət edib.Muxalifet - 21-10-2017
Çavuş əsgəri güllələyib: Orduda HƏRC-MƏRCLİK – Ermənistanda
Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altındakı Qarabağ ərazisində daha iki erməni əsgər ölüb.
Hadisə dünən - oktyabrın 20-də baş verib. İlkin məlumatlarda Aram Xaçatryan (1998-ci il təvəllüdlü) və Qraç Avetisyanın (1997-ci il təvəllüdlü) silahdan istifadə qaydalarının pozulması nəticəsində ölümcül güllə yarası aldığı bildirlirdi.
Ermənistan mətbuatı artıq faktla bağlı yeni məlumat yayıb.
Bildirlir ki, 19 yaşlı Aram Хаçatryanın güllələnməsinə görə saxlanılan var.Muxalifet - 21-10-2017