Axtarış

The search found 105785 results in 0.037 seconds.

Search results

  1. Münhendə naməlum şəxs insanlara hücum etdi

    Almaniyanın Münhen şəhərində naməlum şəxs insanlara hücum edib.
    Muxalifət.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Bavariya paytaxtının polis idarəsi öz rəsmi “Twitter” hesabında yazıb.
    “Hücumun motivləri məlum deyil”, - deyə məlumatda bildirilir. 

    Muxalifet2 - 21-10-2017

  2. İrandan nüvə açıqlaması: Heç vaxt...

    Tehran heç vaxt nüvə silahının yaradılmasına və inkişaf etdirilməsinə cəhd etməyəcək. 
    Bu barədə İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi danışıb. 
    “İran nüvə silahına sahib olmamaq fikrinə sadiqdir. Təsdiqləyirik ki, heç vaxt, heç bir şəraitdə nüvə silahı yaradılması və inkişafına cəhd göstərilməyəcək”, - Arakçi deyib. 
    Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın İranla nüvə sazişini tərk etmək istəməsi barədə xəbərlər yayılmışdı. 

    Muxalifet2 - 21-10-2017

  3. ​Bakıda intihara cəhd - ÖZÜNÜ DAMDAN ATMAQ İSTƏDİ...

    Bakıda intihara cəhd olub.
    Muxalifət.az
    apa.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu, Atatürk prospekti 30/38 ünvanında 40 yaşlı kişi binanın damına çıxaraq intihara cəhd edib.
    O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. Məlum olub ki, həmin şəxs tikinti şirkətlərinin birindən ev alıb, lakin sənədlər saxta olub. Buna görə də intihar etmək istəyib. 

    Muxalifet2 - 21-10-2017

  4. ​Baqajdan beşbarmaq çıxdı

    Gömürük əməkdaşları sərhəddə soyuq silah aşkar ediblər.
    Muxalifət.az xəbər verir ki, Gömrük Komitəsinin yaydığı məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsvirləri görünüb. Bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajin içərisindəki şəxsi əşyaların arasında 2 ədəd "beşbarmaq" aşkar olunub.
    Faktla bağlı araşdırma aparılır. 

    Muxalifet2 - 21-10-2017

  5. Direktor toya nəmər əvəzinə diplom salıb - MƏHKƏMƏ

    Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədov barəsində cinayət işi açılsa da, onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

    Muxalifet3 - 21-10-2017

  6. İraq höküməti dialoq üçün BƏRZANİYƏ ŞƏRTLƏRİNİ AÇIQLADI

     İraq mərkəzi hökuməti IKBY ilə dialoqun başlaması üçün lazım olan bəzi şərtlərini təqdim edib.
     
    Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw” xəbər agentliyində yer alan məlumatlara görə, İraq hökuməti, İraq Kürd Regional Rəhbərliyi (IKBY) ilə dialoqun başlaması üçün lazım olan bəzi şərtlərini açıqlayıb.
    Bağdad rəhbərliyinin IKBY-yə təqdim etdiyi o şərtlər;

    Muxalifet - 21-10-2017

  7. Bərzani kürd diasporunu mitinqə çağırdı – “Yaşadığınız ölkələrin vətəndaşlarından yardım istəyin!”

    Azərbaycan dilindəki “Feysbuk” səhifəsi də onu dəstəklədi

    Muxalifet3 - 21-10-2017

  8. ​Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

    Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, bunu partiyanın başqanı Arif Hacılı deyib.
    O bildirib ki, buna səbəb BŞİH-in Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməməsidir.
    Qeyd edək ki, icra hakimiyyəti yürüşün göstərilən yerlərdə-"Elmlər Akademiyası" və "Azadlıq prospekti" metrostansiyalarının yaxınlığında deyil, Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda keçirilməsini təklif edib.

    Muxalifet3 - 21-10-2017

  9. Başqasının kartı ilə bankomatdan pulları oğurladı

    Bakı şəhər sakini olan bir şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib.
     
    O, ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib.
    Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.

    Muxalifet - 21-10-2017

  10. Ermənistan hərbçiləri qəzaya düşdülər – İKİ YARALI...

    Ermənistanda hərbçilər qəzaya düşüb.
     
    Ermənistan mətbuatı xəbər verir ki, hadisə bu gün saat 06:41 radələrində “M-2” avtomobil yolunun Sisyan-İrəvan sektorunun 7-ci km-də baş verib.
    Hadisə nəticəsində sürücü 1980-cı il təvəllüdlü S.H avtomobilin idarəetməsini itirərək dərəyə yuvarlanıb. Nəticədə, sürücü və avtomobildə olan 1981-ci il təcvəllüdlü E.X müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala aparılıblar./modern.az

    Muxalifet - 21-10-2017

  11. Səməd Seyidov yola salınır…- AVROPA ŞURASI QALMAQALI ONU BİTİRİR

    Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı bir gündə iki qətnamə qəbul etməsindən sonra yaranan gərginlik davam edir.
     

    Muxalifet - 21-10-2017

  12. Ermənistanda daha 2 hərbçi öldü - GÜLLƏLƏNMƏ...

    Ermənistan ordusunun iki həbrçisi ölüb.
     
    Erməni KİV-i xəbər verir ki, hərbçilər Aram Xaçatryan (1998-ci il) və Qraç Avetisyanın (1997) ölümünə səbəb kimi silahdan ehtiyatsız istifadə etmə göstərilir. Eyni gündə bənzər hadisələrin baş verməsi daha çox Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqladığı səbəblərə deyil, quraşdırdığı ənənəvi nağıllara oxşayır.

    Muxalifet - 21-10-2017

  13. «Sabah» «Qarabağ» haqda qalmaqallı yazını sildi

    "Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib.
     
    Bu foto ilə bağlı Türkiyənin ən nüfuzlu qəzetlərindən olan "Sabah" qəzeti "Ezik kareoqrafi" başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.

    Muxalifet - 21-10-2017

  14. Ölüm yatağında olan meymunun hərəkəti hamını KÖVRƏLTDİ - VİDEO

    Ölmək üzrə olan və bir müddətdir hərəkətsiz vəziyyətdə yatan 59 yaşlı şimpanze hamının təəccübünə səbəb olub.
     
    Yemək və sudan imtina edən Mama adlı meymunun öləcəyini öyrənən köhnə baxıcısı Jan van Hooff meymunu görməyə gəlib. Biologiya professoru olan Hooff Mamanı 1972-ci ildən bəri tanıyırdı. Mama əvvəlcə onu səsləyən Janı tanımır, daha sonra isə kim olduğunu başa düşərək reaksiya verməyə başlayır.

    Muxalifet - 21-10-2017

  15. Bakıda daha bir "Gelandewagen" QƏZASI: məşhur ekstrasens... - FOTO

    Məşhur ekstrasens Nadim Əhmədov qəzaya uğrayıb.
    Muxalifət.az Metbuat.az-a istinadən xəbər verir ki, ekstrasensin idarə etdiyi "Mercedes Benz Gelandewagen" markalı avtomobil yararsız hala düşüb.
    Qeyd edək ki, Bakıda baş vermiş qəza zamanı Nadim Əhmədov heç bir xəsarət almayıb. 

    Muxalifet2 - 21-10-2017

  16. "Sinəsinə oturduq" - İranlı tələbəni öldürən dəstə üzvləri - VİDEO

    İranlı Saman Mohtatinin meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub.

    Muxalifet.az ARB TV-yə istinadla xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev və İmişli rayon sakini Ceyhun Talıblı tutularaq istintaqa cəlb olunublar.

    Muxalifet3 - 21-10-2017

  17. ​Türkiyə ordusu PYD-yə qarşı hərəkətə keçdi

    PYD terror təşkilatının terrorçu lider Abdulla Öcalanın şəkilləri ilə Rakka şəhərindən paylaşdıqları görüntülər təşkilatın PKK ilə birbaşa bağlantısını əyani formada sübut edib. Lakin Türkiyə Silahlı Qüvvələri (TSK) bu görüntülərə cavabsız qalmayıb.
    Təşkilatın “koridor” xəyalını “Fərat qalxanı” və İdlib əməliyyatları ilə boşa çıxaran TSK İdlib və Azez bölgələrindəki mövqelərini möhkəmləndirmə işlərini başa çatdırıb.

    Muxalifet2 - 21-10-2017

  18. “Çelsi”-“Qarabağ” matçında möhtəşəm sürprizlər olacaq - AÇIQLAMA

    Ötən gün Türkiyənin “Sabah” qəzetinin yazarı Mövlud Tezel “Qarabağ” futbol klubunun azarkeşlərini təhqir edən yazı yazmışdı.
    Publika.az xəbər verir ki, yazar bir neçə “Qarabağ” azarkeşinin təşkil etdiyi plakatı ələ salaraq “dünyanın ən əzik və gülməli” xoreoqrafiyası adlandırmışdı.
    Bu yazı bütün “Qarabağ” azarkeşlərini və sosial şəbəkə istifadəçilərini hiddətləndirdi. İstifadəçilər yazının fotosunu paylaşaraq müxtəlif haştağlar açdı və yazının saytdan çıxarılmasına nail ola bildi. 

    Muxalifet2 - 21-10-2017

  19. ​Jurnalistlərin olduğu helikopter gölə düşdü

    Keniyada jurnalistlərin olduğu helikopter qəzaya uğrayıb.
    Trend-in məlumatına görə, helikopterdə 4 jurnalist olub. Onların taleyi məlum deyil.
    Helikopter ölkənin mərkəzi hissəsində gölə düşüb. Hazırda helikopterin və itkin düşənlərin axtarışları aparılır. 

    Muxalifet2 - 21-10-2017

  20. ​“Qarabağ”ı təhqir edən yazar üzr istədi

    “Sabah” qəzetinin yazarı Mövlud Tezel ötən gün “Qarabağ” azarkeşlərinin açdığı pankartı təhqir edən yazısına görə üzr istəyib.
    Muxalifət.az xəbər verir ki, yazar tvitter hesabından paylaşım edərək bütün Azərbaycan xalqından və azarkeşlərdən üzr istəyib:
    “Yazım diqqətli oxunarsa, bu sadəcə xoreoqrafiya barədə əylənəcli bir yazıdır. Əgər Azərbaycan və Qarabağ xalqını üzmüşəmsə, üzr istəyirəm”. 

    Muxalifet2 - 21-10-2017

Pages