Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
Türkiyə ordusu ABŞ-ın əsas qalasına hücuma hazırlaşır - FOTOLAR
İdlib əməliyyatına başlayan Türkiyə Afrin və Münbiçə müdaxiləyə hazırlaşır.
Türkiyə Afrin və Münbiçi təmizləyəcəyi təqdirdə, Suriya ilə 911 kilometrlik sərhəd xəttinin 511 kilometrliyinə nəzarəti ələ alacaq.
“Fərat qalxanı” əməliyyatının davamı olan bu prosesdə məqsəd sərhədi terrorçulardan təmizləmək, həmçinin, yaradılacaq “təhlükəsizlik bölgələrinə” suriyalıları köçürməkdir.
Ümumilikdə “Türkiyə qalxanı” adlandırılan əməliyyatda hər keçən gün irəliləyiş əldə olunur. Məlumata görə, Türkiyə ordusu Afrin və Münbiçə müdaxilə üçün ciddi hazırlıq görür.Muxalifet2 - 20-10-2017
Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər
Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər. Bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: "Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lizenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində həqiqətən də böyük problemlər yaşayırıq".
Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: "Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək".Muxalifet2 - 20-10-2017
Qəribə olay: MKİ iti işdən azad etdi
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində Lulu adlı it işə marağını itirdiyinə görə işdən azad olunub.
Bu barədə idarənin rəsmi saytında məlumat yer alıb. İtin partlayıcı qurğuların araşdırılmasına marağını itirdiyi, kinoloqların onu oyunlarla belə motivasiya edə bilmədiyi deyilir:
“İstintaq xidmətinin məşqçiləri üçün itlərin öz işini sevməsi mütləqdir. Bəzi hallarda onlar partlayıcı qurğuların axtarışı işinin onlar üçün olmadığını aydın başa sala bilirlər”.Muxalifet2 - 20-10-2017
Bərzani aylıq 5 MİLYONDAN MƏHRUM OLDU
Kərkükü itirən Bərzaninin, Peşmərgələr tərəfindən idarə olunan gündəlik 300 min barreldən artıq nefti itirdiyi bildirilir.
İraq Neft Nazirliyinin sözçüsü Asım Cihad, Anadolu Agentliyinə verdiyi açıqlamada, "IKBY-nin neft istehsalı və satışıyla bağlı şəffaf məlumat və ya statistika olmasa da, şimaldan gündəlik təxminən 800 min barel neft ixrac edirdi. Bunun 300 min bareldən çoxu Kərkükdəki Bəy Həsən və Avana neft sahəsindən çıxarılırdı", deyə bildirib.Muxalifet - 20-10-2017
Кто взорвал «панамское дело»?
В понедельник репортер газеты Malta Independent Дафна Каруана Галиция была убита в Мальте. Полиция пока не обнародовала каких-либо версий произошедшего, однако характер происшедшего — взрыв принадлежащего 53-летней журналистке автомобиля — наводит на мысли о заказном убийстве.
Сын мальтийской журналистки, погибшей в результате взрыва автомобиля, обвинил в произошедшем власти Мальты, которую он назвал мафиозным государством.Muxalifet3 - 20-10-2017
6 nəfəri öldürən milyonçu qızının polis bölməsindəki görüntüsü ölkədə hiddət yaratdı
Ukraynanın Xarkov şəhərində 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasını törədən milyonçu qızının polis bölməsindəki fotoları yayılıb.
20 yaşlı Alyona Zaitseva "Lexus" avtomobili ilə yolun sürət həddi 35 kilometr təyin edilən hissəsində 70 kilometr/saat sürətlə hərəkət edib. Polislər onun "Touareg" markalı avtomobil ilə yarışdığını iddia edir.
3 gün polis bölməsində nəzarətdə saxlanılan qız bu gün polislərlə mübahisə edərkən çox rahat davranıb və gülümsəyib.
Araşdırmalar davam etdirilir. İlkin ehtimallara görə, Alyonanı 10 il müddətinə həbs cəzası gözləyir.Muxalifet2 - 20-10-2017
Əlimizdən gələni edəcəyik ki... - MERKEL
Avropa İttifaqı Tehranla nüvə proqramı ilə bağlı razılaşmanın həyata keçirilməsinə sadiqdir.
Bu sözləri Almaniya Kansleri Angela Merkel deyib.
“Biz ABŞ konqresi ilə danışıqları davam etdirmək istəyirik. Razılaşmanı saxlamaq üçün əlimizdən gələni edəcəyik”, - kansler bildirib.
Merkel həmçinin İranın Yaxın Şərqdəki siyasətini kontrproduktiv adlandıraraq, Tehranın Yəməndəki vəziyyətə müdaxiləsini tənqid edib.Muxalifet2 - 20-10-2017
“Nar”-dan yenilənmiş “Günlük” paketləri
“Nar” öz abunəçilərinin hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmələri üçün müxtəlif sərfəli təkliflər irəli sürür. Fərqli “Günlük” paketləri məhz belə təkliflərdəndir. Məsələn, “Günlük 59 qəpik” paketi ilə hər gün ölkədaxili bütün zənglər üçün 25 dəqiqə və 100 MB internet əldə edən abunəçi gündəlik mobil rabitə xərclərini nəzarət altında saxlaya bilir. Bunun üçün *777#59#YES kodunu yığmaq kifayətdir.
Muxalifet3 - 20-10-2017
Rusiya və ABŞ-ın buna haqqı yoxdur - Slutskiy
Rusiya və ABŞ ikitərəfli münasibətləri daha konstruktiv etməyə müvəffəq olacaqlar.
Axar.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutskiy söyləyib. Onun sözlərinə görə, iki nəhəng nüvə gücünün beynəlxalq əlaqələri neqativ olduqda bu, təhlükəlidir və bütün dünyaya təhdiddir:
“İki nüvə gücünün bir-biri ilə pis əlaqədə olmağa və münaqişələri növbəti nəsillərə buraxmağa haqqı yoxdur. Əminəm ki, Moskva ilə Vaşinqton arasında daha konstruktiv əlaqələr qurmağa və bir sıra regional münaqişələrin həllinə müvəffəq olacağıq”.Muxalifet2 - 20-10-2017
Gömrükdə külli miqdarda QIZIL TUTULDU
Gömrükdə 2 kiloqram 106 qram qaçaqmal qızıl zinət əşyaları aşkarlanıb.
Gömrük Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Türkiyədən Azərbaycana gələn Türkiyə Respublikası vətəndaşının idarə etdiyi “İveco 440 S” markalı, 34 KL 4479 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Muxalifet2 - 20-10-2017
Tramp baş diplomatını Körfəzə göndərdi
ABŞ-ın Dövlət katibi Reks Tillerson 5 iyundan başlayaraq, bu günə qədər davam edən Qətər böhranını həll etmək üçün Körfəz turuna çıxıb.
Bu gün Səudiyyə Ərəbistanına səfər edən Tillseron daha sonra Qətərə gedəcək.
Körfəz səfərindən sonra isə Tillersonun Pakistana, Hindistana, ardınca Cenevrəyə gedəcəyi gözlənilir.Muxalifet2 - 20-10-2017
Bakıda həyət evlərindən OĞURLUQ EDƏNLƏR ƏLƏ KEÇDİ
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlığa, xüsusən qeyri-aşkar şəraitdə mülkiyyət əleyhinə törədilən cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov cari il oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilinin pəncərisinin sındırıldığını, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizorun oğurlandığını bildirib.Muxalifet2 - 20-10-2017
“Zeynal Tarquliyev məni təhqir etdi və Kəmaləddin Heydərovun da ünvanına bəzi sözlər işlətdi...” – PREZİDENTƏ MÜRACİƏT
Ucar rayon sakini Məmmədov Mehman Məhəmməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən müəllif yazır:
Muxalifet3 - 20-10-2017
Jirinovski: Türkiyə, İran və Azərbaycan kimi ölkələr…
Azərbaycan, Rusiya və İran prezidentlərinin istənilən görüşünü alqışlayıram. Ümid edirəm ki, üçtərəfli görüşlər əməkdaşlığın gücləndirilməsinə və yeni qarşılıqlı faydalı razılaşmalara gətirib çıxaracaq.
Bunu Report-a Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycan, Rusiya və İran prezidentlərinin noybarın 1-də Tehranda keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.Muxalifet2 - 20-10-2017
ABŞ-n RakkadaKI “PKK SİRRİ” ORTAYA ÇIXDI - terrorçu geyimli amerikalı əsgərlər...
Hollandiyalı müharibə müxbiri Hans Jaap Əlibaba-san, ABŞ Xüsusi Qüvvələrinin ona məxsus kamera qeydlərini zorla sildirdiyini bildirib.
Əlibaba-san özünə məxsus kamera qeydlərində ABŞ əsgərlərinin YPG-lilər kimi geyindiyini göstərən kadrların mövcud olduğunu irəli sürüb.
Əlibaba-san Twitter-də verdiyi bəyanatda hadisənin Rakkada baş verdiyini ifadə edib.Muxalifet - 20-10-2017
Moskvada ermənilərlə taciklər arasında kütləvi dava
Moskvanın Kantemirovsk küçəsində 20-dən Ermənistan və Tacikistan vətəndaşı arasında kütləvi dava olub.
AzVision.az “360” telekanalına istinadən xəbər verir ki, insident nəticəsində bir nəfər xəsarət alıb. Ona hadisə yerində yardım edilib.
Davada iştirak edən iki Tacikistan, iki Ermənistan və bir Gürcüstan vətəndaşı saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.Muxalifet2 - 20-10-2017
Həkimlər: “Nəqliyyatda yaşlı adama yer vermək ziyandır”
İctimai nəqliyyatda yaşlı adamlara oturmaq üçün yer vermək onların sağlamlığına zərər vurur. Novator.az-ın məlumatına görə, bir qrup britaniyalı həkim belə qənaətə gəlib.
Muxalifet2 - 20-10-2017
Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub - SUMQAYITDA
Ölkəmizdə rəsmi səfərdə olan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.
Muxalifet3 - 20-10-2017
“PETYA YEYİN” – Ukraynada unikal etiraz və Saakaşvilinin İNQİLAB PLANI
Ukraynada Ali Radanın önündə etiraz aksiyası keçirən müxalifət qüvvələri maraqlı addım atıblar.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, etirazçılar “Petya yeyin” şüarı səsləndirərək, Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus “Roşen” qənnadı fabrikinin istehsal etdiyi “Petya” şokaladı yeyiblər.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixael Saakaşvili Ukraynaya qayıdandan sonra müxalifət partiyaları və ictimai birliklər iqtidara qarşı davamlı aksiyalar keçirirlər.Muxalifet2 - 20-10-2017
Deputatdan kredit borcu olanlarla bağlı maraqlı təklif
“Kreditə görə həbs edilənlərə xərclənən vəsaitlə 2 min ailəni mənzillə təmin etmək olar”
Muxalifet3 - 20-10-2017