FETÖ-nün əsas adamlarından biri HƏBS OLUNDU

Türkiyənin Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının apardığı istintaq tədbirləri çərçivəsində saxlanılan Enes Özcan çıxarıldığı ilk məhkəmə prosesində həbs olunub.
“Milliyet”in verdiyi məlumata görə, Fətullahçı Terror Təşkilatının (FETÖ) əsas adamlarından biri olan E. Özcan  F. Gülənin ölümündən sonra təşkilata rəhbərlik etməsi gözlənilən Mustafa Özcanın oğludur.