“Qarabağı və “Qarabağ” klubunu çox sevirik” - Məşhur türkiyəli məşqçi

 “Qardaşlığımıza ziyan gətirəcək addımlar atmaq olmaz”.
 
 Bu fikirləri Türkiyənin məşhur məşqçisi Yılmaz Vural Türkiyənin “Sabah” qəzetinin “Qarabağ” klubunun azarkeşləri ilə bağlı yaydığı yazıya münasibətində bildirib.
 “İki qardaş ölkənin əlaqələrinə zərər gətirən yazılar yazmaq qətiyyən olmaz. Azərbaycan insanının bizi necə sevdiyini Bakıda səfərdə olarkən gördüm. Bu, sevgini zəiflədəcək yazılar onları üzür və dərindən sarsıdır. Türkiyədə milyonlarla Azərbaycanı sevən var. Dünən sosial şəbəkələrdə də “Sabah” qəzetində gedən yazıya əsaslı və tutarlı cavab verildi. Məncə, bu reallığa “Sabah”ın rəhbərliyi gələcək yazılarında diqqət edəcəklər”.