Müsavatda seçki keçirildi: heç kim səs toplaya bilmədi
21-10-2017 16:25

Bu gün Müsavat Partiyasında boş qalan Məclis və MNTK üzvlüyünə seçkilər keçirilib.
Bu barədə Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov bildirib.
Qeyd edək ki, boş qalan Məclis və MNTK üzvlüyünə seçki prosesi Yadigar Sadıqovun sədri olduğu Seçki komissiyası nəzarət edib.
Maraqlıdır ki, heç kim seçilmək üçün yetərli səs toplamayıb.