Axtarış
The search found 105785 results in 0.042 seconds.
Search results
Avropada türklərə ÖLÜM TƏHDİDİ: “İntiqam” andı içdilər və... – Türkiyəyə qarşı YENİ HÜCUM
PKK üzvləri Avropada türklərə qarşı “intiqam” hücumları edəcəklərini bəyan ediblər.
Terror qruplaşmalarının Avropadakı üzvləri açıqlamalarında “Türk mərkəzləri, AKP və MHP-yə bağlı qurum və təşkilatlar hədəfədir, Avropa bu hücumların qarşısında dayana bilməyəcəklər” deyə bildiriblər.
Ötən həftə Avropanın müxtəlif şəhərlərində 20-yə yaxın aksiya keçirən PKK üzvləri “daha da radikal olacağıq” mesajını verib.Muxalifet2 - 20-10-2017
Gecə göyə baxın - Möhtəşəm şou olacaq
Dünya əhalisi oktyabrın 21-də ecazkar Orionida meteor yağışını izləyə biləcək.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Akademiyadan bildirilib ki, meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə ediləcək.
Bu səma şousunu şənbə gününə keçən gecə səma aydın olan zaman, Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq.
Astronomik hadisəni Yerin bütün sakinləri müşahidə edə biləcək. Orionun aydın göründüyü Şimal yarımkürəsi ölkələrində isə insanları daha gözəl mənzərə gözləyir.Muxalifet2 - 20-10-2017
Qadının mağazadan oğurluğu anbaan kameralara düşdü - VİDEO
Bakının Binəqədi rayonunda oğurluq baş verib.
ARB TV xəbər verir ki, 8 mkr ərazisində yerləşən marketlərdən birində qeydə alınan hadisə kameralara düşüb. Qadın alıcı mağazada olan şampun və kremlərə baxır, daha sonra isə heç kimin onu görmədiyini düşünərək götürdüklərini cibinə qoyur.
Mağaza sahibi deyir ki, qadının şübhəli hərəkəti onun diqqətini çəkib. Lakin digər müştərilərə xidmət edən zaman xanım dükanı tərk edib.Muxalifet2 - 20-10-2017
Pensiya və maaşlar artacaq
2018-ci ilin büdcə xərclərində sosial yönümlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman və sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz faiz olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 147,9 manat və ya 2,2 faiz çoxdur.
Muxalifet2 - 20-10-2017
Tale Heydərov «milyonerlər məhəlləsi»ndəki evinin sənədini itirib – FOTOFAKT
Bakının “milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində “Qəbələ” idman klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus mənzilin xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi itib. Ölkə.az xəbər verir ki, T.Heydərov sözügedən sənədin etibarsız sayılması üçün “Xalq” qəzetinin bugünkü sayında elan yerləşdirib.
Muxalifet3 - 20-10-2017
HƏSƏNOVUN 7 MİLYONLUQ “SƏHVİ” və ŞÜBHƏLİ TENDERLƏRİ – Hesablama Palatası açıqladı (Yenilənib)
Auditlə əhatə olunan dövrdə (nəzarət tədbiri 2015-ci ilin aprel-dekabr ayları və 2016-cı ili əhatə edir) satınalma metodu üzrə 9 mln. 747 min 888,59 manat (o cümlədən 2015-ci il üzrə 6 mln. 561,551 min manat və 2016-cı il üzrə 3 mln. 186,337 min manat) məbləğində 95 satınalma müqaviləsi (o cümlədən 2015-ci il üzrə 62 müqavilə və 2016-cı il üzrə 23 müqavilə) imzalanıb. Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib.
Muxalifet2 - 20-10-2017
Miqrasiya Məcəlləsinə dəyişiklik edildi – BƏZİ SƏNƏDLƏR...
Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Muxalifet.az "Report”-a istinadən xəbər verir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilib.
Belə ki, məcəllənin 53-cü - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər) maddəsində nəzərdə tutulan bəzi sənədlər tələb olunmayacaq.Muxalifet3 - 20-10-2017
“LƏNKƏRANSKİ”nin VARİDATI UĞRUNDA SAVAŞ GEDİR - “Qanuni oğru”lar nəyi bölmək istəyirlər?
Ötən ilin avqust ayının 18-də Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qatili və sifarişçisi tapılmasa da, onun maliyyə imperiyası uğrunda savaş yeni mərhələyə daxil olub. Sirr deyil ki, kriminal aləmdə miras uğrunda mübarizə həmişə olub. Hansısa nüfuzlu “qanuni oğru” öldürüldükdən sonra onun nəzarət etdiyi maliyyə mənbələri kriminal savaşları daha da alovlandırır.
Muxalifet2 - 20-10-2017
Maltalı jurnalisti öldürən bomba uzaqdan idarə olunub
Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Daphne Caruana Galizia-nın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub.
Hökumət sözçüsü bu ehtimalın Mosta şəhərinin yaxınlığındakı Bidnica rayonunda baş vermiş avtomobil partlayışının ilkin istintaq nəticələri əsasında müəyyən edildiyini deyib.
Daphne Caruana Galizia siyasətçiləri korrupsiyada ittiham edən bloquna görə məhşur idi.
Bununla yanaşı bir grup jurnalist Maltanın paytaxtı Valettada yürüş keçirərək qətlin onları qorxutmayacağını deyib.Muxalifet3 - 20-10-2017
İran Suriyanı öz forpostu edir - İSRAİL
İran İsrailə qarşı Suriyanı öz forpostuna çevirmək istəyir.
Bunu ABŞ Müdafiə naziri Ceyms Mettislə görüşü zamanı İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib. Onun sözlərinə görə, Tehran Suriyada öz hava və dəniz bazalarını açmaq istəyir:
“İranın Suriyadakı daimi hərbi mövcudluğu qəbuledilməzdir. Biz öz maraqlarımızı daim bu istiqamətdə müdafiə edəcəyik”.Muxalifet2 - 20-10-2017
MTRŞ bir neçə telekanala lisenziya verdi
Milli Televiziya və Radio Şurası bəzi televiziyalara lisenziya verib.
MTRŞ-dan Publika.az-a verilən məlumata görə, bununla bağlı qərar qurumun bugünkü iclasında qəbul edilib.
İclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.Muxalifet2 - 20-10-2017
Mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldı
Siyəzən və Tovuz rayonlarında mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 21-də naməlum şəxslər Siyəzən rayonunda İsgəndər İsgəndərova məxsus mağazanın şüşəsini sındıraraq obyektə daxil olub, oradan pul, tütün məmulatları və digər əşyalar oğurlamaqla zərərçəkənə ümumilikdə 2400 manat ziyan vurublar.Muxalifet2 - 20-10-2017
Şimali Koreyada həyat necədir? - VİDEO
Müxtəlif vaxtlarda Şimali Koreyadan qaçanlar bu ölkədə həyat, inanclar və məişət kimi mövzularla bağlı suallara cavab verir. Buyurun, izləyin.
Muxalifet3 - 20-10-2017
Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı vacib hadisədir
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı vacib hadisədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, ilk gündən bu layihənin reallaşdırılmasının vacibliyinə inandığını vurğulayıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi oktyabrın 30-da Bakıda keçiriləcək.Muxalifet2 - 20-10-2017
Azərbaycanlıların şəhərində əslində nə baş verir? - Yeddi güc ÜZ-ÜZƏ
Kərkük işğaldan azad edildi, lakin bu prosesdə xaos yaşandığı da diqqətdən qaçmır. Bir tərəfdə Bərzani və Tələbaninin partiyaları və onlara bağlı perşmərgələr, həmçinin, PKK terrorçuları, digər tərəfdə, İraq ordusu, İrana bağlı Haşdi Şabi gücləri və türkmanlar. Bütün bunlarla yanaşı, İŞİD terrorçularının da bölgədə olduğu deyilir. Maraqlıdır, Türkiyə Kərkük əməliyyatının harasındadır?
Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı Kərkük ətrafında baş verənləri araşdırıb.
Kərkük əslində kimə bağlı olmalıdır?Muxalifet2 - 20-10-2017
Pxenyan üçün ölüm-qalım məsələsi - NÜVƏ SİLAHI
Şimali Koreyanın müdafiə olunmaq üçün nüvə silahına ehtiyacı var.
Bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyindən informasiya yayılıb.
“Şimali Koreyanın nüvə silahına malik olması “ölüm, ya qalım” məsələsidir”, - XİN-in bəyanatında deyilir.
Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreyanın 2018-ci ilin sonunda nüvə silahına malik olacağı barədə informasiya yayılmışdı.Muxalifet2 - 20-10-2017
Sürücü sükan arxasında danışa bilməz? - Polisdən növbəti açıqlama
Baş Dövlət Yol Polisi İdarəsi son günlər sürücülərin sükan arxasında söhbət etməsi hallarına cərimə tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirib.
Muxalifet2 - 20-10-2017
İsrail “Kürdüstan” üçün HƏRƏKƏTƏ KEÇDİ
İsrailin baş naziri Benyamin Netanyahu “Kürdüstan” üçün dünya liderləri nəzdində lobbi fəaliyyətinə başladı.
Netanyahu İraq ordusunun Kürd regionlarına yönəlik hücumları qarşısında Kürdlərə dəstək tapmaq üçün dünya liderləri nəzdində lobbi çalışmalarına başlayıb.
Bu məqsədlə Netanyahu Almaniya baş naziri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Xəbərə görə, İsrail Beynəlxalq Təhlükəsizlik Müşaviri önümüzdəki həftə ABŞ rəhbərliyi ilə görüşəcək.Muxalifet - 20-10-2017
Siyasi məhbusların müdafiəsi həftəliyi keçiriləcək
Siyasi Məhbusların Müdafiəsi Mərkəzinin oktyabrın 20-də keçirilən toplantısında cəzaçəkmə müəssisəsində həbsdə məhbuslar Bayram Məmmədov, Qiyas İbrahimov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəmana qarşı qeyri-insani münasibət qınanılıb.
Toplantıda siyasi məhbus ailələri, hüquq müdafiəçiləri, bir sıra siyasi partiyaların təmsilçiləri iştirak ediblər.Muxalifet - 20-10-2017
“Bu bankda böyük məbləğdə pulu olanlara deyirlər ki, puldan imtina et” - ƏKRƏM HƏSƏNOV
"Ləğv prosesində olan “Bank Standard” QSC-nin müflis olmasında iştirak etmiş Bankın İdarə Heyətinin sədr müavini Orxan Xubanov Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) müşavir vəzifəsinə təyin edilib.Bu, qeyri-adi haldır”.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bunu “Bank Standard”ın Kreditor Komitəsinin bu gün keçirilən iclasında Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.Muxalifet3 - 20-10-2017