Axtarış
The search found 105785 results in 0.036 seconds.
Search results
Əliyevlə Ərdoğan bir araya gəldi - FOTO
Türkiyənin İstanbul şəhərində D-8 Zirvə görüşü başlayıb.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başqaları iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbulda səfərdədir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başqaları iştirak edir.Muxalifet2 - 20-10-2017
Marneulidə silahlı hücum nəticəsində yaralanan 5 azərbaycanlıdan ikisinin vəziyyəti ağırdır
Hazırda onlar həkim nəzarəti altındadırlar
Gürcüstanın Marneuli rayonunda partiyanın seçki qərargahına silahlı hücum nəticəsində yaralanan 5 nəfərdən ikisinin vəziyyəti ağırdır.
"Report" "Kavkazskiy Uzel" internet-nəşrinə istinadən xəbər verir ki, bu barədə təcili-tibbi yardım bölməsinin həkimi Teya Zaridze bildirib.Muxalifet2 - 20-10-2017
Bankomatdan oğurluq edən şəxs tutuldu
Bakı şəhər sakini Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, həmin şəxs ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.Muxalifet2 - 20-10-2017
Azərbaycanda tələbə oğlanı öldürənlər... - FOTO
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində son bir neçə ayda şəxsiyyət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.
Muxalifet2 - 20-10-2017
Satıcı işlədiyi mağazadan 30 minlik oğurluq etdi
Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğurluq edilməsi barədə 10-cu Polis Bölməsinə müraciət edib.
Muxalifet2 - 20-10-2017
Sobçak Kremlin layihəsidir... - Rus siyasətçi
Kseniya Sobçak Kremlin layihəsidir və seçkinin saxtalaşdırılması üçün Moskvaya lazımdır.
Bunu “Obozrevatel” saytına açıqlamasında rus müxalif siyasətçi, eks-deputat Konstantin Borovoy söyləyib.Muxalifet2 - 20-10-2017
Bərzani minnətçi düşdü, ƏRDOĞAN RƏDD ETDİ
IKBY rəhbəri Məsud Bərzaninin, son çarə kimi araya hörmətli şəxsləri minnətçi salaraq prezident Rəcəb Tayyib Ərdoğanla görüş istədiyi, ancaq nəticə ala bilmədiyi ortaya çıxıb.
Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq Şimali İraqda müstəqillik referendumu keçirməklə 2014-də qanunsuz şəkildə ələ keçirdiyi Kərkük və ətrafını itirən, neftinin də üzdə 80 faizini İraq mərkəzi hökumətinə qoyub, qaçan IKBY sədri Məsud Bərzaninin prezident Ərdoğanla görüşmək istədiyi, ancaq qəti bir şəkildə rədd edildiyi ortaya çıxıb.Muxalifet - 20-10-2017
“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”
Milli Məclisin iclasında deputat Fazil Mustafa Azərbaycanın Avropa Şurasından çıxmasını təklif edən bəzi deputatların çıxışına münasibət bildirib.
Deputat deyib ki, bizdə mülki məsələlərlə bağlı məhkəmə qərarlarının icrasında problem var.
“Biz xırda məsələləri özümüz həll etməliyik. Bunlara Avropa Şurası neyləsin?”
F.Mustafa qeyd edib ki, biz bu cür çıxışlar zamanı diqqətli olmalıyıq.Muxalifet - 20-10-2017
“Belə getsə, Ramil Azərbaycanda itib-batacaq” - Rusiyalı məşqçi
“Mən 4 il “Zenit-2” komandasında işlədim. Bu müddətdə rəhbərliyim altında çox futbolçular oynadı. Onların aralarında ən istedadlısı Ramil Şeydayev idi”.
Bu sözləri “Zenit”in ikinci komandasının sabiq baş məşqçisi Vladislav Radimov deyib.Muxalifet - 20-10-2017
Sükanda danışmağa görə cərimə tətbiq etmək MÜMKÜN DEYİL
Avtomobildə diqqəti yayındıracaq söhbətə görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, bunu praktikada tətbiq emək demək olar ki, mümkün deyil.
Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.Muxalifet - 20-10-2017
Məhkumların son sözləri: Sevgi
ABŞ-da aparılan araşdırma nəticəsində edam cəzasına məruz qalan məhkumların son sözləri müəyyənləşdirilib.
31 ştatda qüvvədə olan edam cəzasına yalnız qətl hadisəsi törədənlər məruz qalır. Məhkumlara ölümdən əvvəl danışmaq hüququ verilir.
Edam cəzası verilmiş 500 nəfər arasında aparılan araşdırmada ən çox istifadə edilən sözün "Love" yəni "Sevgi" olduğu məlum olub. İkinci sırada isə "ailə" sözü yer alıb.Muxalifet - 20-10-2017
"Mercedes-Benz" yeni kupesini təqdim etdi
Məşhur tüninq atelyesi İMSA rəsmi olaraq yeni layihəsini təqdim etdi.
Layihə "Mercedes-AMG GT S" kupesi əsasında işlənib. Yeni model "RXR One Super GT" adlandırılıb.
Avtomobilin həm xarici görünüşündə, həm də texniki xarakteristikasında dəyişiklik edilib. Aqreqat 860 at gücü hasil edir. Mühəndislər kapotun altına 4. litr həcmli V8 tipli tvin turbo mühərrik yerləşdiriblər.
Yeni modelin çəkisi 300 kq azdır və məhdud sayda istehsal ediləcək./olke.azMuxalifet - 20-10-2017
İspan nəşri "Qarabağ"la bağlı "erməni” səhvini düzəltdi
İspaniyanın məşhur idman nəşri Mundo Deportivo "Qarabağ"la bağlı səhvini düzəldib.
Xatırladaq ki, nəşr "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırmışdı.Muxalifet3 - 20-10-2017
Rusiyadan ABŞ-a cavab: “Günahkarı içinizdə axtarın”
Rusiya heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib.
Muxalifet2 - 20-10-2017
100-dən çox İŞİD üzvünü öldürən 24 yaşlı tələbə qıza görə 1 milyon dollarlıq vəd - FOTOLAR
Coanna Palani - 24 yaşlı danimarkalı tələbədir. Onun qətli üçün 1 milyon dollar mükafat təyin edildi. Niyə? Kimdir Coanna Palani?
Coanna İŞİD-in 100-dən çox döyüşçüsünü öldürüb. O, İŞİD-ə qarşı İraq Kürdüstanının özünümüdafiə gücləri - peşmergə tərəfindən vuruşurdu.
Coanna iran-kürd əsillidir. O, Fars körfəzində müharibə zamanı İraqda qaçqınlar üçün ayrılan düşərgədə doğulub.
Coannanın 2 yaşı olanda ailə döyüş zonasından çıxmağı bacarır. O, ilk dəfə əlinə silahı 9 yaşında ikən götürür. Artıq 2014-cü ildə Danimarkada kolleci atır və Suriyaya yola düşür.Muxalifet2 - 20-10-2017
Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri qəbul etdi
Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.Muxalifet3 - 20-10-2017
Bərzaniyə ağır zərbə: ALTUNKÖRPÜNÜ DƏ İTİRDİ
İraq ordusu Kərkükün 45 km şimalında yerləşən Altunköprü qəsəbəsinə İraq mərkəzi hökumətinə bağlı təhlükəsizlik qüvvələri ilə Haşdi Şabi qoşunları təhlükəsizliyi təmin etmək məqsədilə girdi.
İraq ordusu Peşmərgəyə Altunkörpü qəsəbəsini tərk etməsi üçün 2 saat möhlət verib.
İraq qüvvələri bu gün üç saatlıq ağır döyüşdən sonra IKBY-nin əlindəki mübahisəli son bölgə olan Altunköprpünün nəzarətini tamamilə ələ keçirdi. Şəhərə girən İraq qüvvələri hökumət binalarına İraq Mərkəzi Hökuməti bayrağını asıb.Muxalifet - 20-10-2017
Mixeil Saakaşvili Ukrayna parlamentinin qarşısına yeni aksiya təyin etdi
O, bununla bağlı “Facebook” səhifəsində çağırış edib
“Sizi oktyabrın 22-də saat 12-də (Ukrayna vaxtı ilə - “Report” ) Radanın binası yaxınlığında “İslahat maydanı”na dəvət edirik”.
“Report” xəbər verir ki, bunu Ukraynanın “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
“Oliqarxlar üzərində “Poroşenkodan sonra Ukryana” adlı qələbə planını müzakirə edəcəyik”, - o əlavə edib.
Hazırda Ukrayna Ali Radasının binası qarşısında bir neçə yüz nəfər etiraz aksiyası keçirir.Muxalifet2 - 20-10-2017
“Elə bil, lotoreya oynayırlar” - SPİKER
Avropa Şurasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Məncə, bu doğru addım deyil”.
Muxalifət.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.Muxalifet2 - 20-10-2017
İspaniya Kataloniya parlamentini buraxır
İspaniya hökuməti və müxalif Sosialist İşçi Partiyası Kataloniyada yanvar ayında növbədənkənar parlament seçkisinin keçirilməsi barədə razılaşıblar.
Bunu İspaniyanın TVE televiziyasına açıqlamasında müxalif partiyanın rəsmi nümayəndəsi Karmen Kalvo söyləyib. Onun sözlərinə görə, bu, Kataloniya muxtariyyətinin ləğvi çərçivəsində görülən tədbirlərdən biri olacaq.
Qeyd edək ki, dünən İspaniya hökuməti Kataloniya muxtariyyətinin ləğvi prosesinin başlanacağını bəyan edib.Muxalifet2 - 20-10-2017