Bərzani kürd diasporunu mitinqə çağırdı – “Yaşadığınız ölkələrin vətəndaşlarından yardım istəyin!”

Azərbaycan dilindəki “Feysbuk” səhifəsi də onu dəstəklədi

Şimali İraq Regional Kürd İdarəsinin rəhbəri Məsud Bərzani ABŞ və Avropada yaşayan kürdlərə üz tutaraq, “İraq mərkəzi hökumətinin sanksiyalarının ləğv edilməsi üçün qanuni və dinc nümayişlər keçirməyə” çağırıb.
Hurriyyet.org xəbər verir ki, Bərzaninin ofisindən verilən yazılı açıqlamada deyilir: “ABŞ və Avropada yaşayan kürdləri, xalqımıza dəstək üçün qanuni və dinc nümayişlər keçirməyə çağırıram. Düşdüyümüz blokadanın götürülməsi üçün yaşadığınız ölkələrin vətəndaşlarından yardım istəyin”.
“Azərbaycan kürd gəncləri” adlanan “Feysbuk” səhifəsi də Bərzaninin bəyanatını oxucularına çatdırıb.