«Sabah» «Qarabağ» haqda qalmaqallı yazını sildi

"Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib.
 
Bu foto ilə bağlı Türkiyənin ən nüfuzlu qəzetlərindən olan "Sabah" qəzeti "Ezik kareoqrafi" başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.
Sabah.com.tr saytının baş redaktoru İsa Tatlıcan azxeber.com-a məsələ ilə bağlı açıqlama verib. O deyib ki, yazı saytdan silinib: "Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib".
O, eyni zamanda yazarla bağlı deyib ki, özü geniş açıqlama verəcək: "Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz".