Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. Dəniz Baykal ölüm ayağında: Prezident Ərdoğan məşhur cərrahı Ankaraya göndərib

    Ankara Universitetinin İbn Sina xəstəxanasında müalicə alan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın ölümü ilə bağlı xəbərlər yayılıb. Musavat.com xəbər verir ki, 3-cü dəfə əməliyyat olunan Dəniz Baykalın beyin ölümü keçirdiyi bildirilib. Bununla bağlı Türkiyənin “Habertürk” qəzetinin yazarı Sevilay Yılmaz iddia irəli sürüb.

    Muxalifet3 - 18-10-2017

  2. Putin Netenyahu ilə kürd referendumunu müzakirə etdi

    Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
    Kremlin mətbuat xidmətinin yaydığı açıqlamada liderlərin Suriya, İranın nüvə proqramı ətrafında vəziyyət, İraqdakı kürd referandumunun nəticələri və ikitərəfli münasibətləri müzakirə etdikləri bildirilib. 
    Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. 

    Muxalifet2 - 18-10-2017

  3. ​BƏRDƏDƏ DƏHŞƏT – 25 yaşlı gənc özünü yandırdı

    Bərdə rayonunda 25 yaşlı gənc özünü yandıraraq intihar edib.
    “Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Məmmədli kəndi ərazisində baş verib.
    Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu bildirilir.
    Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirlib.

    Muxalifet3 - 18-10-2017

  4. Bakıda qanunazidd dini ayinlər icra edən şəxslər saxlanıldı

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə oktyabr 17-də “Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və “İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.

    Muxalifet2 - 18-10-2017

  5. ​İspaniya Kataloniyaya görə 12 milyard itirəcək

    Kataloniya böhranı gələcəkdə İspaniyanın ümumdaxili məhsulunun 12 milyard dollar azalmasına səbəb olacaq.
    Bu barədə informasiyanı “El Pais” qəzeti yayıb. Qəzet ölkənin itkilərinin çoxluğunun Kataloniya konfliktinin nə qədər davam edəcəyindən asılı olduğunu bildirib.
    Qeyd edək ki, Kataloniya böhranı artıq 1 aydan çoxdur davam edir. Muxtar vilayət İspaniyanın tərkibindən ayrılmağa çalışsa da, Madrid buna izn vermir. Kataloniya ümumilikdə İspaniya ÜDM-sinin 20%-ni təşkil edir.

    Muxalifet2 - 18-10-2017

  6. 2-ci sinif şagirdi əməliyyatda öldü

    Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.
    "Report" xəbər verir ki, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.
    Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.
    Yaxınları iddia edir ki, narkoz çox verildiyi üçün uşaq ölüb.
    Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.
    Faktla bağlı araşdırmalara başlanılıb.

    Muxalifet2 - 18-10-2017

  7. ​Tacikistanda əxlaq əməliyyatı: bütün homoseksuallar...

    Tacikistan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi ölkədə yaşayan gey və lezbiyanların siyahısını tərtib edib.
    Qeydiyyata alınanlardan 319-nun homoseksual kişi, 48-nin isə lezbiyan olduğunu bildirib. Rəsmi Düşənbənin homoseksuallara qarşı apardığı bu əməliyyat “Əxlaq” və “Təmizlik” adlandırılıb.
    Rusiya mediasının yazdığına görə, homoseksualların qeydiyyata alınmasına əsas səbəb kimi onların HİV infeksiyasına yoluxma riskinin çox olması göstərilib.

    Muxalifet2 - 18-10-2017

  8. Rusiya və Türkiyə "pomidor razılığı"na gəldilər

    RF və Türkiyə pomidor tədarükü barədə prinsipial razılığa gəliblər.
    Trend-in məlumatına görə, bunu Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri, energetika naziri Aleksandr Novak deyib.
    O qeyd edib ki, dekabrın 1-dən etibarən Rusiya bazarına Türkiyənin 4 müəssisəsindən 50 min ton həcmində pomidor göndəriləcək:
    "Hazırda bununla bağlı normativ-hüquqi baza hazırlanır".

    Muxalifet2 - 18-10-2017

  9. Belarus: “Belarus və Rusiya orduları Avropanın qarantıdır”

    Belarus və Rusiya orduları Avropanın stabilliyinin zəmanətçisidir. 
    Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Andrey Ravkov söyləyib. Ravkov həmçinin bir müddət öncə Belarus və Rusiyanın birgə keçirdiyi “Qərb-2017” təlimini yüksək dəyərləndirib. 
    Qeyd edək ki, “Qərb-2017” təlimi sentyabrın 14-dən 20-nə qədər olan müddətdə keçirilib. Təlimdə 12,7 min hərbçi iştirak edib.

    Muxalifet2 - 18-10-2017

  10. Ərbil bunlardan məhrum oldu - ƏRDOĞAN

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bərzani rejiminə qarşı tətbiq edilən sanksiyalar barədə açıqlama verib.
    Bu barədə “Yeni Şəfəq” informasiya yayıb.
    "Yuxarıdan qida, geyim, dərman və s. daha gəlməyəcək. Hava sahəsi bağlanılıb. Artıq Ərbildən təyyarə qalxmayacaq, çünki ən vacib hava sahəsi bizik”, - Ərdoğan bildirib.
    Qeyd edək ki, Türkiyə İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumunun nəticələrini tanımır.

    Muxalifet2 - 18-10-2017

  11. ​“Mitinqə getdiyim üçün nazirliyə çağırılmışdım” - ƏMƏKDAR ARTİST

    Akademik Milli Dram Teatrının ("Azdrama") aktyoru, əməkdar artist Abbas Qəhrəmanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Muxalifet2 - 18-10-2017

  12. Soros öz fonduna 18 milyard verdi

    Amerikalı milyarder Corc Soros özünün Açıq Cəmiyyət Fonduna 18 milyard dollar yerləşdirib.
    Bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet bununla Açıq Cəmiyyət Fondunun ABŞ-da Bill və Melinda Qeytslər Fondundan sonra ikinci ən zəngin fond sırasına yüksəldiyini bildirib.
    Qeyd edək ki, Sorosun Açıq Cəmiyyət Fondu dünyanın bir sıra ölkəsində qadağan olunub. Buna səbəb kimi bu fondun həmin ölkələrdə rəngli inqilablar hazırlaması göstərilib.

    Muxalifet2 - 18-10-2017

  13. ​300 nəfərin öldürüldüyü terrorun əsl hədəfi türk bazası olub - Kəşfiyyatçı DETALLARI AÇIQLADI

    Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişuda 300-dən artıq insanın ölümü ilə nəticələnən terror aktının əsas hədəfi Türkiyənin bu şəhərdəki hərbi bazası olub.
    Bu sözləri “Amerikanın səsi” radiosuna Somalinin Milli Kəşfiyyat və Təhlükəsizlik Bürosunun adını açıqlamayan rəsmisi deyib.
    Kəşfiyyat zabiti qeyd edib ki, hücumdan əvvəl və sonra ortaya çıxan məlumatlar türk hərbi bazasının hədəf olduğunu təsdiqləyir.
    Onun sözlərinə görə, bu baza Somalinin təhlükəsizlik qüvvələri üçün əsgər yetişdirir: “Buna görə də terrorçular məhz bu bazanı hədəf almaq istəyir”.

    Muxalifet2 - 18-10-2017

  14. “MÜSAVATIN QƏRARGAHI NƏZARƏTƏ GÖTÜRÜLÜB” – Mətbuat xidməti

    Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib.
     
    Bu barədə APA agentliyinə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək.

    Muxalifet - 18-10-2017

  15. Çexiyada 7 minə yaxın həkim tətil edir

    Çexiyada yeddi minə yaxın həkim əmək haqlarının artırılması tələbi ilə birgünlük tətil elan edib.
    Trend-in məlumatına görə, həkimlər həmçinin onların inzibati öhdəliklərinin azaldılmasını tələb edir. Həkimlərlə həmrəylik olaraq 400-ə yaxın aptek də yarım saat müddətinə işini dayandırıb.
    Tibb işçiləri gün ərzində yalnız təcili yardım üçün işi bərpa edə biləcəklərini bəyan ediblər.

    Muxalifet2 - 18-10-2017

  16. Qəddafinin oğlu siyasətə qayıdır - ŞOK SƏBƏB

    Liviyanın devrilən lideri Muammər Qəddafinin oğlu Seyfülislam Qəddafi siyasətə qayıdır.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, o, Liviyanı xilas etmək niyyəti ilə siyasətə dönüş edəcəyini bildirib.
    Qəddafi ailəsinin vəkili Xalid Əl Zaidi mediaya bu barədə açıqlama verib:
    “Liviyadakı mövcud vəziyyət, dialoq əksikliyi və gedişata istiqamətlənmiş yanlış anlaşılmalar Seyfülislam Qəddafinin siyasətə dönməsini və ölkədəki tərəflər arasında siyasi həll tapmağa çalışmasını zəruri edir”.

    Muxalifet2 - 18-10-2017

  17. ABŞ-dan Azərbaycan məmurlarına SANKSİYA ÇAĞIRIŞI

    Tramp Administrasiyası Azərbaycanda insan hüquqlarının pozulması və korrupsiya hallarının cəzalandırılması üçün Maqnitski Qanunundan istifadə etməlidir.
     
     Bu barədə ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kozlariç və ABŞ Dövlət Katibinin müavini Devid Kramerinin American İnterest nəşrində dərc olunmuş məqaləsində deyilir.

    Muxalifet - 18-10-2017

  18. Müsavatçılar Elçibəyin qəbrini ziyarət etdilər

    Bu gün Müstəqili Günü ilə əlaqədar Müsavat Partiyasının bir qrup fəalı Fəxri Xiyabanda milli azdalıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin qəbrini ziyarət ediblər.
     
    Tədbirdə Müsavat başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxış ediblər.

    Muxalifet - 18-10-2017

  19. ​Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlandı - FOTO

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vətəndaşların çoxsaylı müraciətləri nəzərə alaraq AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” standartının tələbləri haqqında məlumat açıqlayıb.
    Komitədən "APA-Economics"ə verilən məlumatda bildirilir ki, qeyd olunan dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilib və 11 noyabr 2015-ci il tarixindən qüvvəyə minib.

    Muxalifet2 - 18-10-2017

  20. Qiyas İbrahimovla atasının məhkəməsi başlayır

    Gənc fəal Qiyas İbrahimov və atası Həsən İbrahimova qarşı açılmış cinayət işinə Yasamal Rayon Məhkəməsi baxacaq.
     
    Bu haqda Turan-a vəkil Elçin Sadıqov bildirib.
    Onun sözlərinə görə, "heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimov və atası Həsən İbrahimov CM-in 289.2 maddəsi ilə ittiham olunurlar.
    Məhkəməyə hörmətsizlikdə suçlanan ata və məhbus oğulun işi hakim Hüseyn Səfərovun icraatına verilib.
    İş üzrə ilk məhkəmə iclası oktyabrın 31-də, saat 11:30-da keçiriləcək.

    Muxalifet - 18-10-2017

Pages