Axtarış

The search found 105785 results in 0.033 seconds.

Search results

  1. ​“Freedom House” jurnalisti azad etməyə çağırdı – UKRAYNA HAKİMİYYƏTİNƏ MÜRACİƏT

    Vaşinqtonda qərargahlanan “Freedom House” təşkilatı rəsmi Kiyevi Azərbaycan hökumətinin İnterpoldan “Qırmızı Vəsiqə” xahişi əsasında Ukraynada saxlanılmış Fikrət Hüseynlini dərhal azad etməyə çağırıb.
    “İnterpola təqdim olunan order Azərbaycan hökumətinin kriminal fəaliyyətə qarşı mübarizəsini yox, jurnalistləri təqibini əks etdirir,” qurumun Avrasiya proraqmları direktoru Mark Behrendt bəyan edib.

    Muxalifet3 - 18-10-2017

  2. Bakıda mənzildə, Beyləqanda anbarda yanğın oldu

    Bakı şəhəri və Beyləqan rayonunda yanğın hadisələri baş verib.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin eyvanında 3 m² sahədə məişət tullantıları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet2 - 18-10-2017

  3. ​Dükanda satıcı işləyən siyasi analitik - VİDEO

    Nyu Yorkda yeləşən dükanın sahibi Hatəm Əl-Qamasi səhərlər burada yaşayanlarla ilk salamlaşan, gecələr isə ən son sağollaşan sakinidir.
    Yerlilər onu Timmi kimi tanıyır. Lakin, Nyu Yorkdan 9 min kilometr şərqdə yerləşən Misirin tamaşaçıları üçün Hatəm ABŞ-ın xarici siyasəti və Yaxın Şərq əlaqələri üzrə mütəxəssisləşmiş televiziya analitikidir.

    Muxalifet3 - 18-10-2017

  4. Qərb Bərzanini YENƏ SATDI

    ABŞ və Avropa Birliyi Yaxın Şərqi yenidən şəkilləndirmək üçün istifadə etdikləri Bərzanini yenə "müstəqil dövlət xəyalları" ilə ortada buraxdılar.
     
    Müxalifət.az-ın verdiyi xəbərə görə, Qərbə güvənərək müstəqillik referendumu keçirməklə özünü və xalqını dərdə salan Məsud Bərzani yenə yarı yolda və ortada qaldı.

    Muxalifet - 18-10-2017

  5. Saakaşvilinin tərəfdarları deputatı döyüb, üzünə tüpürdülər - VİDEO

    Ukrayna Radasının qarşısında mitinq iştirakçıları deputat Oleq Barnaya hücum ediblər. 
    Ukrayna mətbuatı deputatın parlamentdən çıxan zaman hücuma məruz qaldığını bildirib. Deputata hücum edən etirazçılar onun yenidən Radaya işə qayıtmasını tələb ediblər. 
    Deputata hücum Mixail Saakaşvilinin məsələyə müdaxiləsindən sonra dayanıb. Bundan sonra etirazçılar xüsusi dəhliz yaradıblar. Barna burdan çıxan zaman isə etirazçılar onu itələyərək, üzünə tüpürüblər.

    Muxalifet2 - 18-10-2017

  6. ​Грузинский историк: Эта политика ведет армян к изоляции и истощению

    Интервью Armiya.az с грузинским историком, экспертом по вопросам Кавказа Георгием Мамулиа.
     
    - Господин Мамулиа, недавно в русском варианте учебника истории для азербайджанских учащихся 10-го класса по технической ошибке закралась карта т.н. «Великой Армении». Что вы предложили бы во избежание подобных недоразумений в перспективе?

    Muxalifet3 - 18-10-2017

  7. Rusiya yeni "İsgəndər" raketlərini sınaqdan çıxartdı

    "İsgəndər" kompleksləri üçün yeni raketlərin sınağı Həştərxan vilayətində "Kapustin Yar" poliqonunda keçirilib.
    General-moyor Oleq Kislov qeyd edib ki, bu sınaqlar həmçinin zenit-raket alaylarının C-400 zenit-raket sisteminə keçilməsi çərçivəsidə həyata keçirilib.

    Muxalifet2 - 18-10-2017

  8. ​İstanbul-Bakı aviareysi ilə gələn şəxsdən soyuq silah götürüldü

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.
     Dövlət Gömrük Komitəsindən (DGK) "APA-Economics"ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb. Yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

    Muxalifet2 - 18-10-2017

  9. "Azəravtoyol"-dan Bakı-Qazax-Gürcüstan yolu ilə bağlı XƏBƏRDARLIQ

    "Azəravtoyol" ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.
    "Azəravtoyol"-dan verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci kilometrlik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.
    Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

    Muxalifet2 - 18-10-2017

  10. Düşmən atəşkəsi 122 dəfə pozdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. 

    Muxalifet2 - 18-10-2017

  11. Peşmərgə və PKK BİR-BİRİNƏ GİRDİ

     İraq ordusunun hərəkətə keçməsi ilə silahlarını qoyub Kərkükdən qaçan PKK-lı terrorçular və peşmərglər arasında “satqınlıq” davası başladı.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kərkükü qoyub qaçandan sonra indi də Peşmərgə və PKK arasında qarşılıqlı “satqın” ittihamları ilə qurbanlıq keçi axtarışı davası sürür.
    İraq baş naziri Heydər İbadinin göstərişilə hərəkətə keçən İraq Ordusu, 16 oktyabrda Kərkük əməliyyatı üçün düyməyə basdı.

    Muxalifet - 18-10-2017

  12. 6 polis öldürüldü, 22 nəfər yaralandı - TERROR

    İçərsində 35 polis əməkdaşının olduğu avtomobil yola qoyulan minaya düşərək partlayıb
    Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 6 polis əməkdaşı öldürülüb, 22 nəfər yaralanıb.
    “GEO TV” xəbər verir ki, məlumatı təhlükəsizlik xidməti yayıb.
    İnformasiyaya əsasən, içərsində 35 polis əməkdaşının olduğu avtomobil yola qoyulan minaya düşərək partlayıb.
    Hadisənin səbəbi araşdırılır.

    Muxalifet2 - 18-10-2017

  13. ​Fələstin İsrailin qoyduğu şərtləri RƏDD ETDİ

    Fələstin İsrailin yenidən sülh danışıqları aparmaq üçün təklif etdiyi şərtləri qəbul etməyib.
    Bu barədə Fələstin Prezidentinin sözçüsü Nəbil Əbu Rədinə məlumat verib.
    Beynəlxalq toplumun Fələstin rəhbərliyinin Qəzzaya qayıtmasından məmnun olduğuna diqqət çəkən Əbu Rədinə ölkəsinin İsrail qarşısında əyilməyəcəyini deyib:

    Muxalifet2 - 18-10-2017

  14. Gürcüstandan gələn avtomobildən 1130 fişəng çıxdı

    Gürcüstandan gələn avtomobildən 1130 ədəd fişəng tapılıb. 
    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. 
    Yoxlama nəticəsində avtomobilin sağ və sol qapılarının altında və arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerlərində "Magical Shote" adlı 1130 ədəd fişəng aşkarlanıb. 
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 18-10-2017

  15. Rusiyada əlillər evində yanğın, 12 yaralı var

    Rusiyanın İrkutsk şəhərində ikimərtəbəli əlillər evində  yanğın olub. 
    “Qafqazinfo” xəbər verir ki, yanğın nəticəsində 12 nəfər xəsarət alıb, 5-nin vəziyyəti ağırdır. Qeyd edək ki, şəxsi ev yaşlı, əlil insanların qısamüddətli yaşayışı üçüç nəzərdə tutulub.

    Muxalifet2 - 18-10-2017

  16. Pekin hədəfini açıqladı: güclü donanma, qoşunlar...

    Bütün ölkələrin xalqları soyuq müharibə mentaliteti və güc siyasətindən əl çəkməlidirlər. 
    Bu sözləri Çin lideri Si Szinpin Çin Kommunist Partiyasının 19-cu qurultayında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, ölkələr arasındakı bütün fikir ayrılıqları dialoq yolu ilə həll edilməlidir: 
    “Biz bütün ölkələrin xalqlarını ümumi səylərlə insanlığın taleyini yenidən qurmağa çağırırıq. Biz gərək bir-birimizə hörmət edək, eynihüquqlu məsələhətləşmələr aparaq. Üstəlik, soyuq mentalitet və güc siyasətindən əl çəkməliyik. Beynəlxalq münasibətlərdə yeni yanaşmalara ehtiyac var”. 

    Muxalifet2 - 18-10-2017

  17. Bərzaniyə daha bir ŞOK – Peşmərgənin geri çəkilməsinin səbəbi ortaya çıxdı

    Kərkükdə peşmərgənin İraq ordusu və Haşdi Şabi qarşısından çəkilməsinin arxasında gizli bir razılaşmanın olduğu önə sürülüb.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, Kürdistan Yurdsevərlər Birliyinin keçmiş lideri Cəlal Tələbaninin oğlu Bafel Tələbaninin Haşdi Şabi ilə 9 maddəlik bir razılaşma imzaladığı iddia edilib.
    İraq parlamentinin millət vəkili Məsud Heydər gizli razılaşmanın detallarını açıqlayıb. O, razılaşmada Bafel Tələbani ilə Haşdi Şabinin səlahiyyətli nümayəndəsi Hadi Əmirinin imzasının olduğunu deyib.

    Muxalifet2 - 18-10-2017

  18. İlham Əliyev baş katiblə görüşdü

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid əl-Zəyyəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 
    Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb.

    Muxalifet2 - 18-10-2017

  19. 9 ayda yollarda 554 nəfər ölüb - AZƏRBAYCANDA

    Bu ilin 9 ayı ərzində Azərbaycanda 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 554 nəfər ölüb, 1260 nəfər xəsarət alıb.
    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, qeydə alınan qəzalardan 450-si Bakı şəhərində baş verib. Nəticədə 139 nəfər ölüb, 392 nəfər xəsarət alıb.

    Muxalifet2 - 18-10-2017

  20. Gədəbəydə 38 yaşlı qadın sirkə turşusu içdi... - İNTIHARA CƏHD

    Gədəbəy rayonunda intihara cəhd olub.
    Trend-in məlumatına görə, rayon sakini, 1979-cu il təvəllüdlü Ağakişiyea Maya Eyvaz qızı yaşadığı evdə essensiya (sirkə turşusu) içərək intihara cəhd edib.
    Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
    Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet2 - 18-10-2017

Pages