Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. Lənkəranskinin milyonluq otelləri üzə çıxdı

    Bu il avqustun 18-də İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin İtaliya polisi tərəfindən axtarışa verildiyi məlum idi. İtaliya polisinin bildirdiyinə görə o, çirkli pulların yuyulmasında və digər cinayətlərdə şübhəli hesab olunurdu. Lakin kriminal avtoritetə qarşı irəli sürülən ittihamların detalları haqda məlumat yox idi. İndi isə belə məlum olur ki, İtaliyanın maliyyə polisi Rövşən Lənkəranskinin bu ölkə ərazisində 100 milyon avroya yaxın nəğd pulla iki oteli satın aldığını müəyyən edib və onun izinə düşüb.

    Muxalifet2 - 19-10-2017

  2. ABŞ BƏRZANİNİ ORTADA BURAXDI – PEŞMƏRGƏ ŞİKAYƏTÇİDİR

    IKBY-nin Peşmərgə Nazirliyinin baş Katibi Cabbar Yavər, baş verənlərlə bağlı beynəlxalq bir təşəbbüsün olmamasından və ABŞ-dan gileylənib.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinə (IKBY) bağlı Peşmerge Nazirliyinin baş katibi Cabbar Yavər, xaricdən gələcək bir təşəbbüsün Şimali İraqdakı münaqişənin yeganə həlli olduğunu bildirib.
     
    BEYNƏLXALQ BİR TƏŞƏBBÜS OLMALIDIR
     

    Muxalifet - 19-10-2017

  3. Əfqanıstanda TERROR: 43 hərbçi həlak oldu, 24-ü yaralandı

    Əfqanıstanda hərbi düşərgədə baş verən intihar terrorunda azı 43 nəfər hərbçi həlak olub. Muxalifet.az xəbər verir ki, ölənlərin sayının arta biləcəyi bildirilir.
    Qəndəharın Maivand rayonunda yerləşən Əfqanıstan milli ordu bazasında baş verən terror aktı zamanı 24 hərbçinin yaralandığı deyilir. Terror aktına görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb. Şahidlərin sözlərinə görə, iki nəfər kamikadze yerli mağazadan oğurladıqları iki zirehli “Cip” markalı maşınla gələrək bombaları partladıblar.

    *** 10:21

    Muxalifet2 - 19-10-2017

  4. ​Şəki sakini əmisi oğlunu öldürdü

    Bakıda qətl törədilib.
    APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Türkan qəsəbəsində qeydə alınıb. Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Rəşad Aslan oğlu İsgəndərov əmisi oğlu, 1988-ci il təvəllüdlü Pərviz Məzahir oğlu İsgəndərovu bıçaqlayaraq qətlə yetirib.
    Hadisəni törədən R.İsgəndərov tutulub.
    Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.  

    Muxalifet2 - 19-10-2017

  5. ​Quterreş: Dünya buna mane olmalıdır

    Şimali Koreya ətrafında müharibənin başlanması faciəyə səbəb olacaq.
    Bunu jurnalistlərə açıqlamasında BMT Baş katibi Antonio Quterreş söyləyib. Onun sözlərinə görə, bu faciədən qaçmağa Koreya yarımadasının nüvə silahından təmizlənməsi yardım edəcək.
    “Müharibənin başlanması faciə olacaq və biz bu faciədən qaçmalıyıq. Beynəlxalq ictimaiyyət buna mane olmalıdır”, - baş katib deyib. 

    Muxalifet2 - 19-10-2017

  6. DYP işçi axtarır - XARİCİ DİL BİLƏNLƏRƏ ÜSTÜNLÜK VERİLƏCƏK

    Sənədlər oktyabrın 20-dən noyabrın 8-dək qəbul olunacaq
    Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru (siravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
    Bu barədə İdarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

    Muxalifet2 - 19-10-2017

  7. Emin “Bir qədəh arağ”ın açılışını etdi - FOTO

    Müğənni Emin Ağalarov “Bir qədəh araq” adlı restoran açıb. 
    Axar.az xəbər verir ki, dostu, Rusiyanın əməkdar artisti Qriqori Lepslə restoran açan Emin bu barədə İnstaqram hesabında məlumat yayıb. Restoranın açılışında Rusiyanın şou-biznes nümayəndələri də iştirak edib.
    Qeyd edək ki, Emin Ağalarov bir müddət öncə “Bir qədəh araq” adlı restoranın açılışını 10 oktyabrda etməyi planlaşdırdığını demişdi. 

    Muxalifet2 - 19-10-2017

  8. ​Dərmanları corablarında gizlətmək istədi, GÖMRÜKDƏ ƏLƏ KEÇDİ

     
    Dərmanları corablarında gizlədərək Rusiyaya aparmaq istəyən azərbaycanlı gömrükdə saxlanılıb.
    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
    Yoxlama zamanı vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) "Tramadol 50 mq" və 1 konvalyut (7 həb) "Tramadol HCI 150 mq" markalı dərman preparatları aşkar olunub.

    Muxalifet2 - 19-10-2017

  9. Bakıda universitetin İŞIĞI KƏSİLDİ

    Bu gün səhər saatlarında Azərbaycan Koorperasiya Universitetində və kollecində elektrik enerjisi kəsilib.
    Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, elektrik enerjisinin kəsilməsi borcla bağlı deyil.
    “Yaxınlıqdakı transformatorda probelm yaranıb. Onun aradan qaldırılması üçün iş aparılır. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”. 

    Muxalifet2 - 19-10-2017

  10. Nazir müavininin avtomobili QARƏT OLUNDU

    Ermənistanda naməlum şəxslər diaspor nazirinin müavininin avtomobilini qarət ediblər.
    “Shamshyan.com” verdiyi məlumata görə, soyğunçular İrəvanda oktyabrın 17-dən 18-ə keçən gecə nazir müavininin yaşadığı evin həyətində saxladığı avtomobilinin şüşəsini sındırıb, avtomobildə olan 220 min dram (təxminən 500 dollar) pulu oğurlayıblar.
    Araşdırma aparılır. 

    Muxalifet2 - 19-10-2017

  11. Bərzani Ərbilə sıxışdırılır: YENİ SƏRHƏD QAPISI AÇILIR - ANALİZ

    Kərkükdə nəzarəti ələ aldıqdan sonra Sincara keçən İraq ordusu, Bərzaninin qazanc mənbəyi olan Türkiyənin Habur Sərhəd Məntəqəsini dövrə xaricində buraxmaq üçün inşa edəcəyi “Ovaköyün” marşrutunu təmizləyir.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq ordusu, Türkiyənin Habur Sərhəd Məntəqəsini dövrə xaricində buraxmaq üçün inşa edəcəyi “Ovaköy” marşrutunu təmizləyir.

    Muxalifet - 19-10-2017

  12. ​Daha bir aparıcı “Space”dən getdi

    "Space" telekanalını daha bir aparıcı tərk edib.
    Ölkə.az-ın məlumatına görə, Aysel Mürsəliyeva telekanalla iş birliyinə son qoyub. Bildirilir ki, rəhbərlik onun fəaliyyətindən narazı qaldığını dilə gətirib. Bu isə Mürsəliyevanın xoşuna gəlməyib.
    Mənbənin dediyinə görə, Mürsəliyeva ilə rəhbərlik arasında yaranan mübahisədən sonra o, işdən çıxmaqla bağlı ərizə yazıb. 

    Muxalifet2 - 19-10-2017

  13. ​Bakıda universitetdə tələbələr arasında KÜTLƏVİ DAVA

    Bir az əvvəl Azərbaycan Kooperasiya Universitetində tələbələr arasında kütləvi dava düşüb.
    İki qrup arasında yaranmış mübahisə sonradan yaxınlıqdakı binaların arasında əlbəyaxa davaya çevrilib.
    Ölkə.az-a istinadən həmin görüntüləri təqdim edirik. 

    Muxalifet2 - 19-10-2017

  14. Dəniz Baykal üçün KRİTİK AÇIQLAMA

     Yatızdırılaraq müalicəsinə davam edilən 79 yaşlı Baykalın həyatı təhlükəsinin olduğu bildirilib.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş CHP sədri və CHP Antalya Millət Vəkili Dəniz Baykalın Ankara Universiteti Tibb Fakültəsinin İbn Sina Xəstəxanasında müalicəsi davam edir.
     
     HƏYATI TƏHLÜKƏSİ VAR
     
     3 dəfə əməliyyat olan Baykalın 72 saatlıq kritik dövrü keçdi.

    Muxalifet - 19-10-2017

  15. ​Abutalıbov Müsavata “yox” dedi - YÜRÜŞƏ İCAZƏ VERİLMƏDİ

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, meriya yürüşün keçirilməsinə razılıq verməyib.
    BŞİH həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi Müsavat Partiyasına təklif edib.
    Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

    Muxalifet3 - 19-10-2017

  16. ​“Siyasətdə baş verənlər idmanda da təkrar olunur” – NOVRUZ MƏMMƏDOV

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dünən keçirilən “Qarabağ” - “Atletiko Madrid” oyununda hakimin yol verdiyi səhvləri tənqid edib.
    Muxalifet.az xəbər verir ki, N.Məmmədov feysbuk səhifəsində yazıb: “Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”.

    Muxalifet3 - 19-10-2017

  17. ​Kərkükdə KÜÇƏ DÖYÜŞLƏRİ: 3 məhəllə kürdlərin əlinə keçdi – FOTO

    Məsud Bərzani işğalından azad edilən Kərkükdə kürdlər ayağa qalxıb.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, şəhərin üç məhəlləsində nəzarətin kürdlərin əlinə keçdiyi deyilir.
    Bərzani “Rudav” telekanalı vasitəsilə kürdlərin addımlarına dəstək verir. Küçəyə çıxanların PKK-ya dəstək şüarları səsləndirildiyi bildirilir.
    Prosesləri müşahidə edənlər Kərkükdə küçə döyüşlərinin başlanması təhlükəsinin olduğunu deyirlər.

    Muxalifet2 - 19-10-2017

  18. Bələdiyyə Könül Kərimovaya qanunsuz torpaq verib - Komitədən ittiham

    Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tanınmış müğənni Könül Kərimovanın ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verməsinə münasibət bildirib.

    Muxalifet2 - 19-10-2017

  19. Peşmərgə TÜRKMƏN QƏRARGAHINI YANDIRDI

     Kərkükün şimal-qərbindəki Altınköprü qəsəbəsində yerləşən Türkmən Cəbhəsinin qərargahı Peşmərgə tərəfindən yandırılıb.
     
    Müxalifət.az xəbər verir ki, Kərkükün şimal-qərbindəki Altınköprü qəsəbəsində yerləşən Türkmən Cəbhəsinin qərargahı Peşmərgə tərəfindən yandırılıb. Peşmərgənin qərargahdakı təhlükəsizlik əməkdaşını da qaçırdığı bildirilib.
    İraq Türkmən Cəbhəsinin Kərkük təşkilatının sədri Mehmet Seman  Ağaoğlu, İraq hökumətinə bölgənin təhlükəsizliyinin təmin olunması üçün çağırış etdi.
    Müxalifət.az

    Muxalifet - 19-10-2017

  20. ​Türk ordusu İraqın şimalını bombaladı - PKK İTKİ VERDİ

    Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarələri İraqın şimalında PKK terror təşkilatına məxsus obyektləri bombardman edib.
    Bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Türk ordusu aviazərbələri İraqın Zap rayonu ərazisinə endirib.
    Aviazərbələr nəticəsində PKK-nın nə qədər itki verdiyi açıqlanmayıb.

    Muxalifet2 - 19-10-2017

Pages