Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. Xameneidən Trampa nüvə mesajı - İLK DƏFƏ

    Nüvə razılaşmasına imza atan ölkələrdən biri bu anlaşmadan çıxmayana qədər biz də çıxmayacağıq. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın İranla bağlı yeni strategiyası haqda ilk dəfə danışarkən deyib. 

    Muxalifet2 - 18-10-2017

  2. Faşist liderdən şok etiraf: Mən cinsi azlığı...

    Britaniyada radikal-millətçi Milli Cəbhə Partiyasının liderlərindən biri olan Kevin Vilşou ictimaiyyətə yəhudi və homoseksual olduğunu açıqlayıb.
    Bu barədə faşist lider yerli telekanallardan birində çıxışı zamanı bildirib. Vilşou anasının yəhudi, əsl adının isə Benjamin olduğunu açıqlayıb.
    “Mən həqiqətən özümü çox günahkar hiss edirəm. Fəaliyyətimə görə ailəmdən də ayrı düşdüm. Bütün bunlardan qurtulmaq istəyirəm. Həddən artıq ağır yükdür”, - Vilşou bildirib.
    Qeyd edək ki, Kevin Vilşou 80-ci illərdə Britaniyada kütləvi küçə nümayişləri təşkil edib.
     

    Muxalifet2 - 18-10-2017

  3. Россия и США — тиранические режимы

    Правый экстремизм и «фейковые новости» могут быть эффективными отвлекающими факторами для тиранических правительств, которые хотят посеять раздор и неразбериху.
     
    Американский историк Тимоти Снайдер рассказывает, как Путин и Трамп, не имея никакого целостного политического видения, продвигают свою олигархическую повестку дня.
     
    Юхан Веннстрём (Johan Wennström)

    Muxalifet - 18-10-2017

  4. İngiltərə kəşfiyyatından DƏHŞƏTLİ XƏBƏRDARLIQ - Tarixin ən ciddi terroru...

    İngiltərə Kəşfiyyat Xidmətinin (MI5) prezidenti Endryu Parker ölkəsinin bu vaxta qədər ən ciddi terror təhdidi ilə qarşı-qarşıya olduğunu deyib.
    Vəziyyətin qaçınılmaz olduğunu deyən E.Parker “təhdid çoxistiqamətlidir, sürətlə yayılır, daha öncə görmədiyimiz bir səviyyədə və tempdə fəaliyyətdədir” deyə qeyd edib.
    Manşester, Vestminster və London körpüsündəki terror hadisələrini xatırladan E.Parker İngiltərənin bu il islami terror qaynaqlı təhdidlərə məruz qaldığını vurğulayıb.

    Muxalifet2 - 18-10-2017

  5. Mosulda qanlı döyüş: Haşdi-Şabi komandiri öldürüldü

    Mosul su anbarının peşmərgədən azad edilməsi uğrunda gedən döyüşlər zamanı Haşdi-Şabi qüvvələrinin kəşfiyyat komandirlərindən Əbu Yasir həlak olub. 
    Bu barədə Kürd Muxtar Vilayətinə yaxın olan media orqanları məlumat yayıb. Haşdi-Şabinin sözçüsü Əhməd Əsədinin məlumatı təsdiq etdiyi bildirilib. 
    Qeyd edək ki, Mosul su anbarına nəzarəti təhvil vermək istəməyən peşmərgə ilə Haşdi-Şabi qüvvələri arasında şiddətli atışma baş verib. Atışma nəticəsində 8 Haşdi-Şabi üzvü, 1 peşmərgə həyatını itirib, daha 11 nəfər isə ağır yaralanıb. 

    Muxalifet2 - 18-10-2017

  6. ABŞ əmr verdi, terrorçular Türkiyəyə hücuma keçdi - FOTO

    ABŞ Türkiyəni cəzalandırmaq üçün terrorçuları ayağa qaldırdı.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ və Türkiyə arasında viza böhranından sonra Amerikanın Ankaradakı səfiri Con Baasın “9 aydır Türkiyədə terror hücumu baş vermir. Bu, İŞİD-in geri çəkildiyi üçün deyil, əməkdaşlığımızın nəticəsidir” sözləri yeni terror hücumlarının olacağından xəbər verirdi.
    Çünki Türkiyə ABŞ-ın istəyini geri çevirdi və müstəqil addımlar atmağa başladı. Təcrübəyə əsasən, bunun bir “əvəzinin” olacağı gözlənilirdi.

    Muxalifet2 - 18-10-2017

  7. Əsədin məşhur generalı öldü

    Suriya ordusunun ən məşhur generallarından biri olan İssam Zöhrəddin həlak olub. 
    Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Agentlik Zöhrəddinin mina partlaması nəticəsində həyatını itirdiyini bildirib. 
    Qeyd edək ki, Zöhrəddin Deyr əz-Zorun müdafiəsinə cavabdeh olub. Suriya müharibəsinin başlanğıcında isə o, Respublika Qvardiyasının bölüklərinə rəhbərlik edib və Dəməşq ətrafındakı məhəllələrin terrorçulardan təmizlənməsinə başçılıq edib. 

    Muxalifet2 - 18-10-2017

  8. Avropa İttifaqının binası yenə tüstüləndi

    Brüsseldə Avropa İttifaqı Şurasının yeni binasında növbəti dəfə təxliyə işləri aparılıb.
    Trend-in məlumatına görə, binanın yeməkxana hissəsindəki havalandırma sistemində tüstülənmə qeydə alınıb.
    Dərhal əməkdaşlar təxliyə edilib, bəzi şəxslər tüstüdən halsızlaşıb.
    Qeyd edək ki, oktyabrın 13-də də oxşar hal qeydə alınmışdı. 

    Muxalifet2 - 18-10-2017

  9. Təcili: ABŞ -Türkiyə BÖHRANI - ƏRDOĞANIN SÖZÇÜSÜNDƏN AÇIQLAMA

    Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın, ABŞ ilə viza böhranı üzərində aparılan danışıqların yaxşı istiqamətdə davam etdiyini və qısa müddət sonra həll edilmiş olacağını deyib.

    Bu yöndə digər detallar bəlli olan kimi əziz oxucular dərhal sizin diqqətinizə çatdıracağıq. Bizi izləyin...
    Müxalifət.az

    Muxalifet - 18-10-2017

  10. Qobustandakı ana ölümünün ilkin səbəbi məlum odlu

    Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub. 
    Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin ölümünə ilkin səbəbin doğuşdan sonra baş verən qanaxma olduğu ehtimal edilir. Ölümün daha dəqiq səbəbi isə tibbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq: 
    "Meyit patomarfoloji təşrihə verilib. Eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb aydınlaşacaq".

    Muxalifet2 - 18-10-2017

  11. ​MÜSTƏQİLLİYİMİZİN ƏLEYHİNƏ SƏS VERƏNLƏR! – Əli Həsənov, Əhməd Əhmədzadə… - SİYAHI

    Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümüdür.26 il öncə – 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbul edib.
    O zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb.

    Muxalifet3 - 18-10-2017

  12. ​Sabiq icra başçısı Habil Vəliyevin cinayət işində zərərçəkmiş kimi tanınıb

    Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq üzrə araşdırma yaxın günlərdə yekunlaşacaq.
    APA-nın xəbərinə görə, iş üzrə zərərçəkmiş şəxslər arasında əvvəl vəzifədə çalışmış məmurlar da var. Belə ki, 2007-20013-cü illərdə Laçın rayonunun icra başçısı vəzifəsində çalışmış Ramiz Cəbrayılov da istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınıb.

    Muxalifet3 - 18-10-2017

  13. 76 yaşlı qadın faciəvi şəkildə öldü - VİDEO

    Masallıda bədbəxt hadisə olub. 
    Hadisə Masallının böyük Kolatan kəndində qeydə alınıb. Kənd sakini, 76 yaşlı Səmayə Şirəliyeva ot bağlaması almaq üçün yaxınlarına müraciət edib. Rayonun Qədirli kənd sakini Təbriz Eynalov idarə etdiyi yüklə dolu “ZİL” markalı yük maşını ilə onun evinə gəlib. Ərazi bir qədər yüksəklikdə olduğu üçün sürücü ora qalxmaqda çətinlik çəkib. 
    Bu zaman arxaya hərəkət edərkən əyləcdə nasazlıq yaranıb. Nəticədə 76 yaşlı qadın yük maşını ilə həyətdəki su çəninin dirəkləri arasında sıxılaraq qalıb. O aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. 

    Muxalifet2 - 18-10-2017

  14. Ərdoğan: Sənin nə işin var Kərkükdə?

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Muxtariyyətini sərt şəkildə tənqid edib. 
    Ərdoğan deyib: “Sənin nə işin var Kərkükdə? Orada kimlərin haqqı var. Söyləyə-söyləyə yox, bir gecə qəfildən gəlirlər”. 
    Qeyd edək ki, bir qədər əvvəl İraq ordusu Kərkükdə nəzarəti geri qaytarıb. 

    Muxalifet2 - 18-10-2017

  15. ​Üç rayonda oğru əməliyyatı: HƏBSLƏR...

    Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovla əlbir olan Bərdə sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyev də həbs olunub.
    Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
    Onların iyun-sentyabr ayları ərzində paytaxt sakinləri olan 4 nəfərin çantalarından, habelə 1 nəfərin cibindən pul, mobil telefon və sənəd oğurlaması müəyyən edilib.
    Bakının Nizami rayonunda isə Rəşad Əbdülrəhmanovun pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Məlikov tutulub.

    Muxalifet2 - 18-10-2017

  16. Nazirliyin 49 xidməti avtomobili alındı - SƏBƏB...

    Mədəniyyət və Turizm Nazirliyinin xidməti avtomobillərinin sayı 71-dən 22-yə ixtisar edilib.
    Bu barədə oktyabrın 11-də Nazirlər Kiabineti qəbul edib.
    Qərarda səbəb açıqlanmır.
    Yalnız o bildirilir ki, təklif nazirlikdən gəlib və Maliyyə Nazirliyi ilə razılaşdırılıb. /”Turan”
     

    Muxalifet3 - 18-10-2017

  17. Bərzani məğlub oldu: BAŞQA BİR TƏHLÜKƏ GƏLİR!

    İraq ordusu ilə Haşdi Şabi qüvvələri Kərkük şəhərini peşmərgədən aldı. Ancaq indi bölgə üçün yeni bir təhlükə yaranıb.
    Kürd Muxtariyyəti rəhbərliyi tarixi türkman bölgəsini kürd şəhəri etməyə çalışmışdı. Buna görə də ciddi bir hərbi qüvvəsi olmayan İraq ordusu Haşdi Şabi qüvvələrindən istifadə edərək şəhərə daxil oldu.
    Məhz bu iki qüvvənin varlığı da türkman, ərəb və kürdlər üçün yeni bir təhdid olaraq görülür.

    Muxalifet2 - 18-10-2017

  18. Beynəlxalq axtarışda olan iki Azərbaycan vətəndaşı saxlanıldı

    Beynəlxalq axtarışa verilən iki Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılaraq ölkəmizə ekstradisiya ediliblər. 
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək İnterpolun Daxili İşlər Nazirliyi Milli Mərkəzi Bürosu (MMB) tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıb.

    Muxalifet2 - 18-10-2017

  19. “Viza” böhranı ilə bağlı SON AÇIQLAMA - TƏFƏRRÜAT

    Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın, ABŞ ilə viza böhranı üzərində aparılan danışıqların yaxşı istiqamətdə davam etdiyini və qısa müddət sonra həll edilmiş olacağını deyib.
     
    Müxalifət.az xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın “viza” böhranı ilə əlaqədar son dəqiqə açıqlaması verib.
    TRT "World Forum”da danışan prezident sözçüsü İbrahim Qalın Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranı ilə bağlı məsələyə də münasibət bildirib.

    Muxalifet - 18-10-2017

  20. ​Tramp ölən əsgərin hamilə həyat yoldaşına elə sözlər dedi ki…

    Tramp ölən əsgərin hamilə həyat yoldaşına elə sözlər dedi ki…
    ABŞ prezidenti Donald Trampın Nigeriyada həlak olan amerikalı əsgər Devid Consonun ailəsinə dediyi sözlər gündəm olub.
    Prezident əsgərin həyat yoldaşına “başına gələcəkləri bilirdi” deyib.
    D.Tramp bu sözləri D.Consonun həyat yoldaşı Mişia ilə etdiyi telefon danışığı zamanı deyib.

    Muxalifet2 - 18-10-2017

Pages