Axtarış

The search found 105785 results in 0.039 seconds.

Search results

  1. Dağlıq Qarabağ separatçılarının “dayağı” öldü

    Erməni biznesmen Levon Ayrapetyan ölüb.
    Ermənistan KİV-i xəbər verir ki, bu barədə iş adamının ailəsindən məlumat verilib.
    Bildirilib ki, 68 yaşında ölən Ayrapetyan Moskvada dəfn olunacaq.
    Məlumat üçün bildirək ki, erməni iş adamı Dağlıq Qarabağdakı qondarma rejimi maliyyələşdirən əsas fiqurlardan biri idi. O həmçinin erməni diasporunun 10 ən varlı fəallarından hesab edilirdi.

    Muxalifet2 - 18-10-2017

  2. Türkmən və Türk Mən - Doğrudanmı gözləriniz kordur?..

    Fazil Mustafa,
    Milli Məclisin üzvü

    Biz bir toplum olaraq nəyə sevindiyimizin, nəyə ağladığımızın fərqində deyilik. Tarixdən onlarla misal gətirə bilərəm ki, hansı zibillərlə qürur duymağa, hansı faydalı dəyərləri torpağa gömməklə məşğul olmuşuq. İndi də türkmənlər məsələsində verilən məllumatlara özümüzü aldadaraq sevinc içindəyik. Guya Türkmənlər azad edildi! Doğrudanmı tarix oxumursunuz, doğrudanmı gözləriniz kordur, fəhminiz köklü-dibli kortalıb? 

    Muxalifet - 18-10-2017

  3. Prosineçki Azərbaycan millisindən ayrılır - “Trabzonspor”a gedir

    "Kayserispor”da Robert Prosineçkinin köməkçisi olan Alp Çağlar Türkiyə mətuatına maraqlı açıqlamalar verib.
     
    “Qafqazinfo”nun məlumatına görə, o, xorvatiyalı mütəxəssisin bu gün Azərbaycan millisindən ayrılacağını bildirib:
    “Bursaspor” istəyərkən AFFA ona icazə vermədi. Prosineçki istəsə, tərk edə bilərdi. Amma o, heç zaman münasibətlərin pis olmasını istəmədi və bu səbəbdən Azərbaycanda qaldı. İndi isə müqaviləsi bitir. Bu gün Bakıya gedəcək və millidən ayrılacaq. Bakıdakı işlərini görüb rəsmi şəkildə sözləşməsini bitirəcək”.

    Muxalifet - 18-10-2017

  4. Generaldan Müsavatın yürüşü ilə bağlı AÇIQLAMA

    Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib.
     

    Muxalifet - 18-10-2017

  5. ​Müstəqillik Aktına imza atmayan DEPUTAT – “Kimsə soruşmadı ki, sən müstəqillik istəyirsən, yoxsa, yox?!”

    1991-ci ilin 18 oktyabrında Azərbaycan SSRİ-nin tərkibində ola-ola dövlər müstəqilliyini bəyan edib. Təbii ki, həmin ərəfələrdə siyasi, iqtisadi proseslər gərgin idi. Həmin vaxt Müstəqillik Aktına imza atanlar bir cəbhədə, imza atmayanlar digər cəbhədə dayanırdı.
    26 il ərzində proseslər dəyişsə də, Müstəqillik Aktına imza atan istiqlalçı deputatlar o sənədi imzalamayanların hələ də Milli Məclisdə təmsil olunmalarını heç cür qəbul etmirlər.

    Muxalifet3 - 18-10-2017

  6. İşğalçı ordu Dağlıq Qarabağda təlimlərə başlayıb

    İşğal altında olan Dağlıq Qarabağda düşmənin qanunsuz silahlı birləşmələri komanda-qərargah təlimlərinə başlayıb.
     
    Ermənistan KİV yazır ki, , təlimlər müdafiə və hücum döyüşlərini əhatə edir.
    Ermənistanın Cenevrə danışıqlarından sonra işğal altında olan ərazilərdə hərbi təlimlər keçirməsi düşmənin qeyri-kostruktivliyini nümayiş etdirməklə yanaşı, gələcək danışıqları da sual altında qoyur.

    Muxalifet - 18-10-2017

  7. ​“Oğru dünyası”nda böyük savaş başladı - Lotu Quli...

    Rusiyanın Sankt-Peterburq şəhərindəki “Krestı” həbsxanasında cəza çəkən “Albert Rıjiy” ləqəbli avtoritet Əli  Heydərov Moskvaya etap olunub.
    Rusiyanın primecrime.ru saytının məlumatına əsasən, “Albert Rıjiy”lə bərabər “Krestı” həbsxanasında “polejeniya”ya baxan “Qoçi”  ləqəbli “qanuni oğru”nun məktubu da Moskvadakı 4 saylı cəzaçəkmə müəssisəsinə daxil olub. Həmin məktubda Moskvadakı dustaqlara bildirilir ki, “Albert Rıjiy” “qanuni oğru”dur, onun adına hörmət edilməlidir. “Gəlin onu Oğru Evimizdə” salamlayaq, uzun ömür, cansağlığı, sevincli günlər arzulayaq".

    Muxalifet3 - 18-10-2017

  8. Pxenyanın ballistik nüvə raketi 2018-də hazır olacaq

    Şimali Koreya 2018-ci ildə artıq nüvə başlıqlı daşıyıcı raketlərə malik olacaq. 
    Bu barədə Cənubi Koreyanın Milli Birlik məsələləri üzrə naziri Ço Myon Qun danışıb. 
    “Yüksək ehtimalla Pxenyan nüvə silahının yaradılması məqsədinə gələn il nail olacaq. Şimali Koreya nüvə silahlarını sağ qalmaq vasitəsi olaraq görür və buna görə də könüllü olaraq ondan imtina etməyəcək”, - nazir bildirib. 
    Qeyd edək ki, Şimali Koreya sanksiya və qətnamələrə məhəl qoymayaraq raket sınaqlarını davam etdirir.

    Muxalifet2 - 18-10-2017

  9. ​Moskvada bu dəfə kitabxanaya "BOMBA QOYULDU"

    Moskvada polis əməkdaşları anonim zənglərdən sonra Kursk və Paveletsk vağzallarında, eləcə də Rusiya Dövlət Kitabxanasında axtarışlar aparılıb.
    Bu binalarda bomba qoyulması barədə zənglərdən sonra təxliyələr aparılıb.
    Qeyd olunur ki, bu gün Moskvanın Yaroslavl vağzalında da axtarışlar aparılıb. Burada 450 nəfər təxliyə olunub.
    Zənglərdən heç biri öz təsdiqini tapmayıb.
    Xatırladaq ki, bomba qoyulması barədə anonim zənglər dalğası sentyabrın 11-dən başlayaraq bütün Rusiyanı bürüyüb.

    Muxalifet2 - 18-10-2017

  10. ​“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi danışdı

    Tərtərdə ailə olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib.
    Belə ki, o, sosial şəbəkələrdə keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb:
    "9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedəj ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm.

    Muxalifet3 - 18-10-2017

  11. Ermənilər Şahbaz Quliyevi İrəvandan Şuşaya apardı

    Aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən Dövlət Komissiyasına verilmiş məlumata əsasən, 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu cari ilin avqust ayında müayinə məqsədilə aparıldığı Ermənistan Respublikasının Yerevan şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb. Saxlanma yerinə qaytarılma prosesi 2017-ci il oktyabrın 16-da həyata keçirilib.

    Muxalifet2 - 18-10-2017

  12. Çin yeni internet sistemi yaradır - "ÖZÜMÜZ NƏZARƏT EDƏCƏYİK"

    Çin özünün idarə edəcəyi yeni internet sistemi yaratmaq niyyətindədir.
    Bu barədə Çin prezidenti Si Szinpin Çin Kommunist partiyasının 19-cu qurultayında çıxışı zamanı deyib.
    "Yaradılacaq internet sahə aktivləşdirildikdən sonra bütün idarəetmə bizim əlimizdə olacaq. Şəbəkədə hansı məzmunlu materialların yayımlanmasına nəzarət edən idarəçilər təyin olunacaq"-, deyən dövlət başçısı, bunun xüsusilə qlobal şəbəkələrdə kütləvi şəkildə yayılan yanlış siyasi məlumatların qarşısını almaq məqsədilə yaraılacağını da vurğulayıb.

    Muxalifet2 - 18-10-2017

  13. MİTİNQƏ QATILAN AKTYOR İŞDƏN AZAD OLUNDU – “Müqaviləsinə xitam verilib”

    Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.
    Teatrdan verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.
    “Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib. (apa)

    Muxalifet2 - 18-10-2017

  14. Vaqif Əsədov: “Qarabağ”ın oyunundan sonra tamaşaçıların avtobuslarla daşınması təmin ediləcək”

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün UEFA Çempionlar Liqasının III turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Ağdam) – “Atletiko” (Madrid) oyunu ilə əlaqədar tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxt sakinlərinə müraciət edib.

    Muxalifet2 - 18-10-2017

  15. Ukrayna prezidentinin mühafizəsi gücləndirildi

    Ukraynanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Petro Poroşenkonun iqamətgahının mühafizəsini gücləndirib.
    Bu barədə Ali Radanın "Özünəyardım" fraksiyasının deputatı Viktoriya Voytsitskaya "Facebook" səhifəsində məlumat verib.
    "Müxalifətin etiraz aksiyasının keçirildiyi Kiyevin mərkəzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi normaldı, amma daha prezident iqamətgahının qarşısına, ətrafına bu qədər insan, texnika yığmağın mənası nədir?!" - o yazıb

    Muxalifet2 - 18-10-2017

  16. Sərhədsiz Reportyorlar: Fikrət Hüseynlini dərhal azad etməyə çağırırıq

    Niderlandda mühacirətdə yaşayan Azərbaycan əsilli jurnalist Fikrət Hüseynli bu ay İnterpolun sorğusu əsasında Kiyev aeroportunda həbs edilən ikinci xarici jurnalistdir.
    "Sərhədsiz Reportyorlar" israrla Ukrayna hakimiyyətini Hüseynlini dərhal azad etməyə və repressiv hökumətlərin xaricə qaçan dissidentlərin təqibi üçün çox vaxt "qırmızı xəttindən" sui-istifadə etdiyi İnterpol-da təcili islahatlara çağırır.
    Bakı Hüseynlini "sərhədi qanunsuz keçməkdə" və "fırıldaqçılıqda" ittiham edir.
    Kiyev məhkəməsi onu apellyasiyaya baxılana qədər 18 gün müddətinə həbs edib.

    Muxalifet2 - 18-10-2017

  17. Bakı-Abşeronda bir neçə yerdə SÜRÜŞMƏ AKTİVLƏŞDİ

    Bakı şəhəri və Abşeron rayonunda sürüşmə sahələrində vəziyyət açıqlanıb. 
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Zığ, Masazır qəsəbəsində “Zəli” gölü və Hökməlidə Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə sahələrinin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub. 

    Muxalifet2 - 18-10-2017

  18. ​Generalın əmisi oğluna 12 il həbs verildi

    2014-cü ildə“Dağ yəhudiləri” dini icmasının evindən quldurluqla külli miqdarda pul əldə edilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilənlər barədə qərar verilib.
    “Qafqazinfo” xəbər verir ki, ittihama görə, Eldar Avadyayev 2014-cü ilin 6 dekabr tarixində “Dağ yahudi”ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Xalid Seyidov, Coşqun Əliyev, Türkanə Rəhmanova ilə əlbir olublar.

    Muxalifet2 - 18-10-2017

  19. Ближний Восток: началась новая война

    Рогер Герц (Roger Hercz)
     
    Иракские войска при поддержке проиранского ополчения в понедельник напали на курдские части в иракской провинции Киркук.

    В два часа ночи в понедельник началось движение бронемашин. Они шли с юга, У некоторых из них на ветровом стекле были фотографии верховного руководителя Ирана. Целью их движения были большие месторождения нефти, контролируемые курдами, а также военная база прямо под городом Киркук.

    Muxalifet - 18-10-2017

  20. Dostunu qətlə yetirən şəxsə hökm oxundu - BAKIDA

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İlkin Əhmədovn cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Hökmə əsasən, İ. Əhmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.

    Muxalifet2 - 18-10-2017

Pages