Axtarış

The search found 105785 results in 0.08 seconds.

Search results

  1. ABŞ rəsmisi: “İŞİD yeni “11 sentyabr” hazırlayır"

    İŞİD terror qruplaşmasının silahlıları 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırırlar.
    APA-nın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxış edərkən bəyan edib.

    Muxalifet3 - 19-10-2017

  2. Goranboy sakini ÖZÜNÜ ASDI

    Goranboy rayon sakini özünü asaraq intihar edib.
    Hadisə rayonun Alpout kəndində qeydə alınıb.
    Kənd sakini,  1984-cü il təvəllüdlü Abdullayev Araz Yasin oğlu özünə məxsus aptekdə intihar edib.
    İki uşaq atasının hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır(apa).

    Muxalifet3 - 19-10-2017

  3. Messi Ronaldudan sonra Avrokuboklarda 100 qol vuran ikinci futbolçudur

    "Barselona"nın argentinalı futbolçusu Lionel Messi UEFA-nın himayəsi altında keçirilən klub turniri oyunlarında vurduğu qolların sayını 100-ə çatdırıb.
    “Report” TASS-a istinadən xəbər verir ki, Messi çərşənbə günü Çempionlar Liqasının III turu çərçivəsində Yunanıstan "Olimpiakos"una qarşı keçirdiyi ev oyununda dubl edib (3:1).
    Messi Çempionlar Liqasında 97, UEFA Superkubokunda isə 3 qol vurub. O, bu qolları 122 oyuna vurub.

    Muxalifet3 - 19-10-2017

  4. Ziya Məmmədov haradadır? – “...BİR HƏFTƏYƏ GƏLƏCƏK”

    Artıq səkkiz aydır ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Ziya Məmmədovun nazir postunu itirməsindən keçən bu müddət ərzində onun harada olması, hansı işlərlə məşğul olması və sair barədə mətbuatda ziddiyyətli məlumatlar yer alıb. Sabiq nazirin ata yurdu Ucara çəkilərək, Quranı oxumağa başladığı da deyilirdi.

    Muxalifet3 - 19-10-2017

  5. Hamilə qadın metroda doğdu - VİDEO

    Amerikanın Filadelfiya şəhərində bir qadının metroda başına gələn hadisə şoka salıb. Belə ki, qadın elə metronun vaqonunda uşağını dünyaya gətirib. Metro işçiləri daha sonra bildirib ki, sözügedən qadın həkimə getmək üçün metroya minib. Amma metroda qəfil başlayan sancı onun öz-özünə uşaq dünyaya gətirməsinə səbəb olub. Metrodakı polislər isə qatar Olney stansiyasında dayananda yeni doğulan və göbək bağı kəsilməmiş uşağı bir odeyala büküblər.

    Muxalifet3 - 19-10-2017

  6. ​Qarşıdurma böyüyür: ABŞ-ın Kürdüstan planı...

    ABŞ və İran arasında barışmaz mövqe hələ uzun müddət öz qüvvəsini saxlayacaq.
    Bu sözləri Axar.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın yeni İran strategiyasını dəyərləndirən politoloq Tofiq Abbasov deyib. Politoloq Trampın İran siyasətinin qarşıdurma strategiyası üzərində qurulduğunu bildirib:

    Muxalifet2 - 19-10-2017

  7. ​Şimali Koreya ABŞ-a "ağlasığmaz və gözlənilməz" zərbə vuracağını vəd etdi

    Şimali Koreya ABŞ-ı ən gözlənilməz məqamda "ağlasığmaz" zərbə vuracağı ilə hədələyib.
    Bu barədə cümə axşamı Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) Koreya yarımadası yaxınlığındakı sularda "Ronald Reagan" aviadaşıyıcısı başda olmaqla Cənubi Koreya və ABŞ hərbi dəniz qüvvələrinin həyata keçirdiyi manevrlərlə əlaqədar yaydığı bəyanatda deyilir.

    Muxalifet2 - 19-10-2017

  8. Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürüldü

    Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürülüb.
    Oktyabrın 18-i axşam saat 23:30 radələrindən başlayaraq rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 650 kv/m olan inzibati binada baş verən yanğın beş saatdan sonra bu gün 04:30 radələrində tam söndürülüb. Yanğın nəticəsində inzibati binanın 380 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə edilib.

    Muxalifet2 - 19-10-2017

  9. Azərbaycanda ilanların pulla tutulması təklif edilir

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ödənişli əsaslarla ilanların zərərsizləşdirilməsini təklif edir.
    İnstitutun direktoru Elman Yusifovun Trend-ə bildirdiyinə görə, yeni təsdiqlənmiş “Elm haqqında” qanunla artıq AMEA-nın müəssisələrinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilib.
    Hazırda bu işin kortəbii şəkildə həyata keçirildiyini deyən E.Yusifov son zamanlar İnstituta ilanların zərərsizləşdirilməsi ilə bağlı edilən müraciətlərin sayının artdığını da söyləyib.

    Muxalifet2 - 19-10-2017

  10. 12 otaqlı ev yandı - ​ŞƏMKİRDƏ

    Şəmkirdə yanğın qeydə alınıb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonunda ümumi sahəsi 800 m2 olan ikimərtəbəli 12 otaqlı evin hamam otağında vanna 3 m2 sahədə və plastik qapı yanıb.
    Evin qalan hissəsi yanğından mühafizə olunub.
    Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet2 - 19-10-2017

  11. Yük maşını ilə minik avtomobili toqquşub, XƏSARƏT ALANLAR VAR

    Şabranda yol qəzası baş verib.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şabran rayonu, Günəşli kəndi ərazisindən keçən hissəsində “Shacman” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.
    Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
    Xilasedicilər “Shacman” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
    Əməliyyat başa çatıb.

    Muxalifet2 - 19-10-2017

  12. ​"Qarabağın həllində Rusiya…" - KEÇMİŞ HƏMSƏDR

    ABŞ və Rusiya arasındakı gərgin münasibətlərə baxmayaraq, Qarabağ konflikti bizim Moskva ilə sıx əməkdaşlıq etdiyimiz sahələrdən biridir.
    Bunu Helsinki Komissiyasının təşkil etdiyi brifinqdə çıxışı zamanı ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik söyləyib. Onun sözlərinə görə, Rusiya Qarabağın sülh yolu ilə həllinə sadiqdir.
    Uorlikin bu fikri ilə daha bir keçmiş amerikalı həmsədr Keri Kavano da razılaşıb. O da Rusiyanın bu prosesə çox səy sərf etdiyini bildirib:

    Muxalifet2 - 19-10-2017

  13. Rusiyada GÜCLÜ ZƏLZƏLƏ

    Rusiyada güclü zəlzələ qeydə alınıb.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, ölkənin Buryatiya Muxtar Respublikası ərazisində 5,0 bal gücündə zəlzələ baş verib.
    Yeraltı təkanlar ətraf yaşayış məntəqələrində və İrkutsk vilayətində də hiss olunub.
    Hadisə nəticəsində dağıntı və zərərçəkən olmayıb.

    Muxalifet2 - 19-10-2017

  14. ABŞ PKK-nı İdlibə göndərir – TÜRK ƏSGƏRİNƏ TƏXRİBATLAR HAZIRLANIR

    ABŞ Rakkada İŞİD-PKK təhvil-təsliminden sonra Suriya və İraqdakı bütün terrorçuları İdlib yönəldir.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın dəstəyi ilə PKK İdlibə hücum hazırlığına başlayıb.
     

    Muxalifet - 19-10-2017

  15. ABŞ-da silahlı hücum: ÖLƏN VƏ YARALANANLAR VAR

    ABŞ-ın Merilend ştatında silahlı hücum təşkil edən şəxs saxlanılıb.
    Ştatın Harford dairəsdə polis əməkdaşları Emmorton biznes-parkında insanlara atəş açan şəxsi saxlayıblar. Silahlı hücum nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
    Polisin verdiyi məlumata görə, cinayəti törətmiş Redi Prins adlı şəxs daha sonra Delaver ştatında odlu silahla 1 nəfəri ağır yaralayıb. Onun Emmorton biznes-parkının əməkdaşı olduğu deyilir. Güllələdiyi şəxslər isə həmkarları olub.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet2 - 19-10-2017

  16. BDU-nun bufetində evlilik təklifi edən oğlan danışdı - VİDEO

    BDU-nun bufetində qıza evlilik təklif edən oğlan açıqlama verib.
    Muxalifet.az xezerxeber.az-a istinadən xəbər verir ki, o bu addımının bu qədər yayılacağını gözləmədiyini qeyd edib.

    Muxalifet3 - 19-10-2017

  17. ​Şamaxıda gənc oğlan bıçaqlandı

    Onun vəziyyəti ağırdır
    Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.
    "Report"un Şirvan bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü yerli sakin Əkbərov Mirhüseyn Seyran oğlu naməlum şəraitdə bıçaqlanıb.
    Yaralı Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 19-10-2017

  18. DTX yarım milyondan çox saxta aksiz markasını saxladı

    Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat yolu ilə saxlanılıb. 
    Bu barədə Trend-ə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib. 

    Muxalifet2 - 19-10-2017

  19. Atəşkəs rejimi 137 dəfə pozuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 137 dəfə pozub. 

    Muxalifet2 - 19-10-2017

  20. ​Salyanda avtomobil iki piyadanı vurdu, 10 yaşlı oğlan öldü

    Salyan rayonunda avtomobil iki piyadanı vurub.
    Muxalifət.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, şəhər mərkəzində qeydə alınan hadisə nəticəsində bir azyaşlı ölüb, bir nəfər isə ağır xəsarət alıb. Ölən 10 yaşlı Ayxan Fazil oğlu Əhmədovdur. Eyni avtomobillə vurulan 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu  Abdullayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan gənci xəstəxanaya hadisəni törədən sürücünün çatdırdığı bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 19-10-2017

Pages