Tacikistanda əxlaq əməliyyatı: bütün homoseksuallar...
18-10-2017 17:26

Tacikistan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi ölkədə yaşayan gey və lezbiyanların siyahısını tərtib edib.
Qeydiyyata alınanlardan 319-nun homoseksual kişi, 48-nin isə lezbiyan olduğunu bildirib. Rəsmi Düşənbənin homoseksuallara qarşı apardığı bu əməliyyat “Əxlaq” və “Təmizlik” adlandırılıb.
Rusiya mediasının yazdığına görə, homoseksualların qeydiyyata alınmasına əsas səbəb kimi onların HİV infeksiyasına yoluxma riskinin çox olması göstərilib.