Putin Netenyahu ilə kürd referendumunu müzakirə etdi
18-10-2017 16:44

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Kremlin mətbuat xidmətinin yaydığı açıqlamada liderlərin Suriya, İranın nüvə proqramı ətrafında vəziyyət, İraqdakı kürd referandumunun nəticələri və ikitərəfli münasibətləri müzakirə etdikləri bildirilib.
Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.