Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Naxçıvanda hərbi parad keçirildi
Oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.Muxalifet2 - 18-10-2017
Avtomobildə diqqəti yayındıracaq söhbətə görə cərimələnəcəksiniz
Bakının Nizami rayonunda sürücülərdən biri avtomobildə söhbət etdiyi üçün polis inspektoru tərəfindən saxlanılıb.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə baku.ws-ə müraciət edən sürücü Məhərrəm Quliyev bildirib. Onun sözlərinə görə, avtomobili idarə edərkən dostu ilə söhbət edirmiş.
Bu vaxt DYP əməkdaşı, polis inspektoru avtomobili saxlayıb və sürücüyə xəbərdarlıq edib ki, sükan arxasında olarkən sərnişinlə diqqəti yayındıra biləcək söhbətlər etməsin. Əks halda həmin sürücünü cərimə gözləyir.Muxalifet2 - 18-10-2017
Zakir Həsənov: Ordumuz bunları yerinə yetirməyə qadirdir
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad yüksək səviyyədə keçdi. Paradda ən müasir silahlar və texnikalar nümayiş olundu. Bunların hamısı Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun sahib olduğu müasir silahlar və texnikalarıdır. Bu baxımdan əminliklə demək olar ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib və Əlahiddə Ümumqoşun Ordusu qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə hazırdır, buna tam qadirdir.
Muxalifet2 - 18-10-2017
"İraq adlı ölkə yoxdur" - TÜRKİYƏLİ TARİXÇİ
İraq deyə bir məmləkət yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli tarixçi İlbər Ortaylı deyib.
“Bunu bilin ki, İraq adlı ölkə yoxdur. Bunlar hamısı cədvəllə çəkilən coğrafiyalardır. İraq suveren ölkə deyil. Suriyalı rahat şəkildə “suriyalıyam” deyə bilər. Lakin iraqlı “iraqlıyam” deyə bilmir”, - tarixçi bildirib.
Ortaylı onu da əlavə edib ki, İraq ordusu mövcud deyil.
Muxalifet2 - 18-10-2017
"Kürdüstan"dan daha bir qərar: Növbəti seçkilər...
İraq Kürd Muxtariyyətinin Ali Seçki və Referendum Komissiyası 1 noyabr tarixinə planlaşdırıran prezident və deputatlığa seçkilərlə bağlı hazırlıqları təxirə salıb.
Muxalifet.az xəbər verir ki, komissiya regionda baş verən gərginlik və heç bir namizədin müraciət etməməsi səbəbindən hazırlıqların təxirə salındığını bildirib.
Hazırlıqların yenidən nə zaman başlayacağı ilə bağlı parlamentin qərar verəcəyi deyilib.
Muxalifet2 - 18-10-2017
Ukraynada qarşıdurma: 11 nəfər saxlanıldı
Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın binası qarşısında etiraz aksiyası keçirilib.
Muxalifet.az xəbər verir ki, aksiya zamanı 11 nəfər saxlanılıb.
Qeyd edək ki, bu gün axşam saatlarında xüsusi təyinatlılar Ali Radanın qarşısında qurulan çadırları dağıtmağa çalışıb. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. İnsident nəticəsində deputat, “Samopomoş” partiyasının üzvü Yeqor Sobolev daxil olmaqla bir neçə nəfər xəsarət alıb.
Muxalifet2 - 18-10-2017
Sən demə, yuxudan duran kimi çarpayını YIĞMAQ OLMAZ: səbəblər SİZİ ŞOKA SALACAQ - VİDEO
Uşaqlıqda bizi tənbeh edirdilər ki, yuxudan duran kimi yerini toplamalısan. Valideynlər bunu övladına onunla izah edir ki, yatağı toplamaq təmizliyin vacib şərtlərindən biridir və hər kəs öz otağının təmizliyinə fikir verməlidir.
Muxalifet.az-ın məlumatına görə, publika.az xarici mətbuata istinadən xəbər verir ki, elmi araşdırmalar bu fikri inkar edir. Tədqiqatlar göstərir ki, gigiyenik baxımdan çarpayını səhər tezdən sahmana salmaq doğru deyil. Çünki bu, toz gənələrinin yaranmasına gətirib çıxarır.
Bəs toz gənəsi nədir?Muxalifet2 - 18-10-2017
Ana iki körpəsini diri-diri sobada bişirdi – ŞOK CİNAYƏT
Ana iki azyaşlı oğlunu elektrik diri-diri elektrik sobasında bişirib.
Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, hadisə ABŞ-ın Atlant şəhərində baş verib.
Lamor Vilyams hadisədən sonra əri ilə əlaqə saxlayıb və övladlarına nəsə olduğunu bildirib. Kişi dərhal polisə xəbər verib.
Evə gələn polis hər iki uşağın cəsədini aşkar edib. Ananın psixoloji problemlərinin olduğu bildirilib.Muxalifet2 - 18-10-2017
Azərbaycan Prezidenti: Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər sərhədlərimizdən keçməsin
Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər sərhədlərimizdən keçməsin.
Muxalifet.az trend-ə istinadən bildirir ki, bunu oktyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçıları ilə görüşündə deyib.Muxalifet2 - 18-10-2017
"Mauqli"dən "Qarabağ"a dəstək
"Qarabağ"-"Atletiko Madrid" matçını izləyənlər arasında "Mauqli" ləqəbli Zabit Səmədov da var.
Muxalifet.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun rəsmi İnstaqram hesabında məlumat verilib
Muxalifet2 - 18-10-2017
"Hər il bu bayramda 20 min rus içkidən ölür" - Jirinovski
Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski Rusiyadakı Yeni il tətili əvəzinə əlavə tətil günləri tətbiq etməyi təklif edib.
Muxalifet.az xəbər verir ki, siyasətçi buna səbəb kimi rusların alkoqoldan sui-istifadə etməsini göstərib.Muxalifet2 - 18-10-2017
Simeone danışdı: “Qarabağ” bunu yaxşı bacardı
“Qarabağ” klubu ilə səfər oyununda heç-heçə edən İspaniyanın “Atletiko Madrid” klubunun baş məşqçisi Diego Simeone oyundan sonra mətbuat konfransı keçirib.
Muxalifet.az baş məşqçinin jurnalistlərin suallarına cavablarını təqdim edir:
- Sizin üçün gözlənilməz nəticədir. Nə baş verdi? Niyə belə nəticə əldə olundu?Muxalifet2 - 18-10-2017
Ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq
Azərbaycanda ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq.
Muxalifet.az-ın report-a istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə dəyişiklik təklif olunur.
Qüvvədə olan maddəyə əsasən, ehtiyatsızlıqdan adam öldürmə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Dəyişikliklə maddəyə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzasının əlavə olunması təklif edilir.
Muxalifet2 - 18-10-2017
Qurban Qurbanov penalti epizodundan danışdı
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə bərabərə qalıb.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına qatılıb. O, əvvəlcə qarşılaşma barədə fikirlərini bildirdikdən sonra, jurnalistlərin suallarını cavablandırıb.Muxalifet2 - 18-10-2017
Suriya ordusu hücuma keçdi: Daha bir məntəqə... - Video
Suriya ordusu müttəfiqlərin dəstəyi ilə Fəratın şərqində yerləşən Hatla yaşayış məntəqəsini işğaldan azad edib.
Muxalifet.az xəbər verir ki, Suriya ordusu ərazidən terrorçuları sıxışdıraraq Davar və Cisr qəsəbələrində dayağını gücləndirib.
İŞİD ordunun irəliləməsini dayandırmaq üçün snayperlər və bombalardan istifadə etsə də, şiddətli toqquşmalar nəticəsində terrorçular xeyli itki verib. Nəticədə Suriya ordusu istəyinə nail olub
Muxalifet2 - 18-10-2017
Zabit məni aldadıb qaçırdı, sonra isə... – Sevdanın faciəsi
Bilgəh Kardioloji Sanatoriyasındayam. Burada həyat eyni templə davam edir. Qonşu otaqda yatan Şaban kişi sübh namazına durduqda mən də dəniz kənarına gəzintiyə düşürəm. Budəfəki “İnsan taleyi” layihəmizin qəhrəmanı Sevda xanımla tanışlığım da elə gecə gəzintisinə çıxdığım vaxt oldu.
Muxalifet2 - 18-10-2017
Avropa Türkiyə ilə bağlı qərarsızdır
Avropa Birliyi (AB) ölkələri Türkiyənin üzvlük müzakirələrinin dondurulması ilə bağlı yekdil fikrə sahib deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniya Baş nazirliyinin adıçəkilməyən nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
Buna baxmayaraq, o bildirib ki, ittifaq ölkələrinin əksəriyyəti danışıqlarının davam etdirilməsinin tərəfdarı deyil və Türkiyəni qurumda görmək istəmir.
Muxalifet2 - 18-10-2017
Ərdoğanla Yıldırım bir araya gəldi - Ani görüş
Türkiyənin paytaxtı Ankaranın Beştəpə sarayında prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Binəli Yıldırım arasında görüş başlayıb.
Muxalifet.az xəbər verir ki, anidən baş tutan görüşün detalları ilə bağlı məlumat verilməyib.
Muxalifet2 - 18-10-2017
Xarkovda avtomobil kütləyə çırpıldı: Ölənlər var
Ukraynanın Xarkov şəhərində minik avtomobili kütləyə çırpılıb.
Muxalifet.az-ın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Sumskaya küçəsində qeydə alınan hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Muxalifet2 - 18-10-2017
"Hər şeyi hakimin boynuna yıxmaq istəmirəm" – RƏŞAD SADIQOV
"Qarabağ" komandasının kapitanı Rəşad Sadıqov Bakıda İspaniya "Atletiko"su ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Muxalifet.az həmin müsahibəni təqdim edir...
Qələbə qazana bilmədiyiniz üçün təəssüflənirsiniz?Muxalifet3 - 19-10-2017