Axtarış
The search found 105785 results in 0.023 seconds.
Search results
Lyaşko: Saakaşvilini Ukraynadan qovmaq lazımdır
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Ukraynadan qovmaq lazımdır.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukraynanın Radikal Partiyasının rəhbəri Oleq Lyaşko paylaşıb.
“Müharibə şəraitində olan ölkədə hakimiyyəti ələ keçirmək üçün xaos təşkil etmək Ukrayna dövlətçiliyinə qarşı dəhşətli cinayətdir. Saakaşvili də, Yuliya Timoşenko da Ukraynanın maraqlarının əleyhinə hərəkət ediblər”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün Kiyevdə Saakaşvili geniş mitinq keçirib və Prezident Poroşenkonu istefaya çağırıb.Muxalifet2 - 18-10-2017
Qərb sanksiyaları: “Qazprom” çökür
ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları özünü ciddi büruzə verir.
Bunu “Krım Realiya” saytına müsahibəsində rusiyalı ekspert Mixail Krutixin söyləyib.Muxalifet2 - 18-10-2017
"Mosul Bəndi" də PEŞMƏRGƏLƏRDƏN GERİ ALINDI
İraqda ordu qüvvələri ilə birlikdə döyüşən Şiə milisləri Haşdi Şabi, Mosulun şərq hissəsindəki bəndin ətrafını tərk etməkdən imtina edən Peşmərglərlə döyüşə girdi.
Müxalifət.az-ın bildirdiyinə görə, İraqın Mosul şəhərindəki “Mosul Bəndi” ətrafında Şiə Haşdi Şabi milisləri ilə Peşmərgə arasında çıxan qarşıdurmada 9 adamın öldüyü, 11 adamın yaralandığı bildirildi.Muxalifet - 18-10-2017
Ukrayna müharibə üçün HƏRƏKƏTƏ KEÇDİ: "Rusiyanın rahatlığını pozacağıq"
Ukrayna donanması Rusiyaya qarşı hərəkətə keçib.
Donanma Rusiyanın Qara dənizdəki flotuna qarşı “qurd sürüsü” adlı taktikadan istifadə etməyi planlaşdırıb.
Ukraynalı general Aleksandr Requla taktika haqqında məlumat verib:
“Taktika tək bir düşmənə qarşı bir neçə zirehli müharibə gəmisi ilə eyni zamanda, hücuma keçməyi ehtiva edir. “Qurd sürüsü” düşmən gəmisinə 6 savaş gəmisi ilə hücum edə biləcəyimiz anlamına gəlir. Düşmən gəmisi isə eyni anda birdən çox hədəfi təsbit etmək və bunlara atəş açmaq qabiliyyətinə sahib deyil”.Muxalifet2 - 18-10-2017
Ərdoğandan Baykalla bağlı təlimat: Beyin ölümü...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, CHP-çi deputat Dəniz Baykalla bağlı tapşırıq verib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, Ərdoğanın göstərişinə əsasən məşhur beyin cərrahı Uğur Türə Ankaraya Baykalı müalicə etməyə gəlib. Baykalı müayinə edən məşhur cərrah onun vəziyyətinin stabil olduğunu, beyin ölümünün gerçəkləşmədiyini deyib.Muxalifet2 - 18-10-2017
Lənkəranda 27 yaşlı oğlan İNTİHAR ETDİ
Lənkəran sakini intihar edib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xarxatan kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Eldar oğlu Babayev özünü tövlədə asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.Muxalifet2 - 18-10-2017
Qanunsuz nişanı küçəyə kim vurub?
"Ekspert Ərşad Hüseynovun qanunsuz adlandırdığı yol nişanı təcili olaraq küçədən götürülüb".
Bu barədə “Qafqazinfo”ya məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib.
O bildirib ki, fakt mediada işıqlandırılan kimi dərhal araşdırmalara başlanılıb:Muxalifet2 - 18-10-2017
Xüsusi təyinatlı qüvvələr sərhədi keçdi: MƏHVETMƏ PLANI
Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri 2008-ci ildə həyata keçirilən “Günəş əməliyyatı”ndan sonra ilk dəfə Şimali İraqda əməliyyata başlayıb.
Oktyabrın 16-da gecə saat 00:03-də Çukurcadan sərhədi keçən xüsusi təyinatları qüvvələr PKK-nın ən əhəmiyyətli düşərgələrinin yerləşdiyi Zap vadisinə daxil olub. Hədəf terror təşkilatının lojistik mərkəzi olan Taştəpə bölgələridir.Muxalifet2 - 18-10-2017
İngilislər Kərkükdə “Satqınlıq” ittihamlarının ŞİFRƏLƏRİNİ ÇÖZDÜ
İngiltərənin “İndependent” qəzeti Bərzani və Tələbani qrupunun Kərkük əməliyyatından əvvəl çəkilmək üçün razılaşdıqlarını irəli sürdü.
Müxalifət.az-ın verdiyi xəbərə görə, İngilis mediası Kərkük əməliyyatından öncə Bərzani və Tələbani qrupunun bölgəni tərk etmək üçün razılaşdıqlarını iddia edib.Muxalifet - 18-10-2017
Moskvada erməni taksi sürücüsü 100 nəfəri ZƏHƏRLƏYƏRƏK ÖLDÜRDÜ
Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan taksi sürücüsü saxlanılıb.
TVS verdiyi məlumata görə, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
KİV-in yazdığına görə, milliyyətcə erməni olan 29 yaşlı Vaaqn Karapetyan 100 nəfərin ölümündə günahkar ola bilər. Onların arasında tanınmış aparıcı Artur Bitov da var.Muxalifet2 - 18-10-2017
ABŞ-dan Türkiyəyə 4 şərt – VİZA BÖHRANI
ABŞ-Türkiyə arasında viza böhranı davam edir.
Publika.az xəbər verir ki, ABŞ Türkiyə qarşısında 4 şərt irəli sürüb.
1. Metin Topuz və Mete C. ilə bağlı dəlillər verilməlidir.
2. Konsulluq əməkdaşlarına dair araşdırma haqda ABŞ-a məlumat verilməlidir.
3. Təmasların ABŞ-ın istəyinə uyğun olub-olmadığı dəqiqləşdirilməlidir.
4. Konsulluq əməkdaşları ABŞ-ın istəyi ilə təmaslar qurubsa, həbs olunmamalıdır.
Türkiyə isə heç bir şərti qəbul etmədiyini bildirib.Muxalifet2 - 18-10-2017
İran Baş Qərargah rəisini Suriyaya göndərdi
İran Baş Qərargah rəisi Məhəmmədhüseyn Baqiri Suriyaya səfər edib.
Baqıri Dəməşqə dünən axşam yola düşüb. Səfər zamanı Baqıri Suriya müdafiə naziri ilə görüşəcək.
Onun, həmçinin, prezident Bəşər Əsədlə də görüşü nəzərdə tutulub.Muxalifet2 - 18-10-2017
İŞİD-in 1500 nəfərlik ordusu AVROPAYA HÜCUMA KEÇDİ
Suriya və İraqda döyüşən İŞİD-in 1500 üzvü Avropaya qayıdıb.
Bu barədə Avropa İttifaqının terrorla mübarizə üzrə koordinatoru Gilles de Kerçove deyib.
Kerçova terrora qarşı birgə mübarizənin vacibliyinə toxunub.
“Avropa İttifaqının məlumatlarına görə, İŞİD sıralarında döyüşən 1500 terrorçu Avropa ölkələrinə qayıdıb. Terrorçuların qayıdışı Avropa üçün böyük təhlükədir”, - deyə o bildirib.
Qeyd edək ki, ekspertlər İŞİD üzvlərinin Avropaya qayıdaraq, kamuflyaj olduqlarını və lazım olanda hücuma keçəcəklərini hesab edirlər.Muxalifet2 - 18-10-2017
İraq ordusu “QƏLƏBƏ” ELAN ETDİ
İraq ordusu IKBY-nin əlində olan və mübahisəli olaraq qəbul edilən bölgələri azad etmək üçün keçirdiyi hərbi əməliyyatda bütün hədəflərə çatdıqlarını elan edib.
Müxalifət.az xəbər verir ki, İraq ordusu Peşmərgələr üzərində bütün ərazilərdə qələbə çaldıqlarını bəyan edib.Muxalifet - 18-10-2017
Füzuli sakini həmyerlisini avtomobillə vuraraq öldürdü
Füzuli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, oktyabrın 17-də saat 15 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini Təbriz Gülməmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerlisi Novruz Bədəlovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Muxalifet2 - 18-10-2017
Bakı sakinlərinin çantalarından oğurluq edən şəxs tutuldu
Bakı sakinlərinin çantalarından oğurluq edən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsininin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyevlə birgə cari il iyunun-sentyabr ayları ərzində paytaxt sakinləri olan 4 nəfərin çantalarından, habelə 1 nəfərin cibindən pul, mobil telefon və sənəd oğurlaması müəyyən edilib.Muxalifet2 - 18-10-2017
ÖZÜNÜ 5-ci MƏRTƏBƏDƏN ATDI - Qaçqın yataqxanasında intihara cəhd
Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report" xəbər verir ki, metronun 20 Yanvar stansiyası yaxınlığında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanın beşinci mərtəbəsində yaşayan 21 yaşlı Məmmədov Heydər Tariyel oğlu özünü eyvandan yerə atıb.
O, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndirirlər.
H.Məmmədov uzun müddətdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir.Muxalifet2 - 18-10-2017
9 ayda 390 nəfər QİÇS-ə yoluxdu
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin 9 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 390 nəfərdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan AzVision.az-a bildirilib ki, onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir.Muxalifet2 - 18-10-2017
ABŞ-la Türkiyə arasındakı “viza” böhranında YENİLİK
“Viza” böhranı ilə bağlı Türkiyəyə gələn ABŞ nümayəndə heyəti Türk heyəti ilə görüşüb, danışıqlara başladı.
Müxalifət.az xəbər verir ki, ABŞ nümayəndə heyəti danışıqlar aparmaq üçün bəzi ön şərtlər irəli sürdüyü üçün görüş təhlükəyə girmişdi və hər an təxirə salınacağı gözlənilirdi. Ancaq Türkiyə ABŞ-ın bu təzyiqini rədd edərək "Ön şərtləri qəbul etmirik" cavabından sonra danışıqların ön şərtsiz başladığı bildirildi.Muxalifet - 18-10-2017
Bərzani atasının taleyini yaşadı, kürdlər parçalandı – 48 saata ordu PAYTAXTA GİRƏCƏK
İraq ordusu Şimali İraq Kürd Muxtariyyətinin işğal etdiyi ərazilərin böyük qismini geri alıb.
Muxalifət.az xəbər verir ki, hazırda mərkəzi Bağdad hökumətinə bağlı qüvvələr Mosulun geri alınması əməliyyatını həyata keçirir.
Ümumi əməliyyatın isə uğurla başa çatdığı deyilir. Lakin əməliyyatın bununla yekunlaşmayacağı, kürd muxtariyyətinin paytaxtı olan Ərbilin də ələ keçirilməsi planının olması haqda məlumatlar var.
Kürdlər iki hissəyə bölündüMuxalifet2 - 18-10-2017