Axtarış

The search found 105785 results in 0.034 seconds.

Search results

  1. ​İŞİD yenidən Kərkükə daxil olur

    İŞİD terrorçuları Ərbillə Bağdad arasında yaşanan gərginlikdən istifadə edərək peşmərgənin çıxdığı kəndlərə daxil olub.

    Muxalifet.az xəbər verir ki, bu barədə “sputnik” məlumat yayıb.
    Terrorçuların Hubeycə, əl-Dabas və Kərkükün bəzi qərb bölgələrində mövqelərini möhkəmləndirdiyi bildirilib.
    Qeyd edək ki, Kərkükdə İraq ordusu ilə kürd administrasiyasının tabeliyindəki peşmərgə qüvvələri arasında gərgin döyüşlər davam edir.
    Mərkəzi ordu Kərkükdə strateji əhəmiyyətli məntəqələri ələ keçirib.
     

    Muxalifet2 - 17-10-2017

  2. ​США увеличивает свой статус в карабахском конфликте?

    В понедельник по инициативе сопредседателей Минской группы ОБСЕ, в Женеве, состоялась встреча президентов Азербайджана и Армении. После долгого затишья и многих заявлений разных дипломатических, политических, а также и экспертных разговоров об урегулировании карабахского конфликта, президенты, наконец, встретились.

    Muxalifet3 - 17-10-2017

  3. ​Dieqo Simeone "Qarabağa" görə ÜZR İSTƏDİ

    Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri sabah axşam Çempionlar Liqasında təmsilçimiz “Qarabağ” klubu ilə qarşılaşacaq “Atletiko Madrid” komandasının baş məşqçisi Dieqo Simeone oyun öncəsi mətbuat konfransında deyib.
    Simeone ona ünvanlanan sualları cavablandırıb:
    - Sabahkı oyunu necə dəyərləndirirsiniz? A.Qrizmandan gözləntiləriniz nədir?

    Muxalifet2 - 17-10-2017

  4. ​Tramp vitse-prezidentlə məzələndi: “O, cinsi azlıqları...”

    ABŞ Prezidenti Donald Tramp zaman-zaman rəqiblərinə və onu tənqid edən jurnalistlərə sataşır.
    Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, bu dəfə ABŞ prezidenti gözlənilmədən özünün ən yaxın adamı sayılan vitse-prezident Mayk Pensə söz atıb.
    Donald Tramp qatıldığı toplantılardan birində cinsi azlıqlar mövzusunda çıxış edərkən qəfildən deyib ki, bu mövzunu vitse-prezident Mayk Pensdən soruşmayın: “O, cinsi azlıqların hamısını asmaq istəyir”.

    Muxalifet2 - 17-10-2017

  5. ​Dünya çempionu xəstəxanalıq oldu – Video

    Qayayadırmanma üzrə dünya çempionu rusiyalı idmançı Tatyana Ruyqa xəstəxanalıq olub.
    Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, qadın gecə klublarından birinin mühafizəçisi ilə mübahisə edərkən yıxılıb və onurğasını sındırıb.
    Olayın görüntüləri təhlükəsizlik kamerasına əks olunub.
    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet2 - 17-10-2017

  6. ​Erməni sosioloqdan etiraf: Ölkənin 45%-i...

    Ermənistan əhalisinin 45%-i yoxsulluq astanasında, 10%-i isə tam yoxsulluq şəraitində yaşayır.
     
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Sotsiometr” sosioloji tədqiqatlar mərkəzinin direktoru Aqaron Adibekyan söyləyib.
    “Biz apardığımız araşdırmalardan sonra bu qənaətə gəldik ki, məktəblilərin çoxunun dərsə gəlməmələrinin əsas səbəbi ayaqqabılarının və isti geyimlərinin olmamasıdır. Beləliklə, yoxsulluq gələcək nəsli formalaşdırır,” – deyə o bildirib.

    Muxalifet2 - 17-10-2017

  7. Türkiyə hökumətindən teraktla bağlı ilk açıqlama

    Türkiyənin terrorizmlə mübarizəsi istənilən şəkildə və istənilən şərtlər altında davam edəcəkdir.

    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Mersin partlayışı ilə bağlı açıqlamasında deyib.
    “Olay zamanı yaralananların olması ilə bağlı məlumatlar var. Yaralılara təcili şəfalar diləyirəm. Yaralı sayı dəqiq olmadığı üçün bununla bağlı məlumat vermək istəmirəm. Türkiyənin terrora qarşı mübarizəsi davam edəcəkdir”, - Bozdağ bildirib.

    Muxalifet2 - 17-10-2017

  8. Bakıda polis rəisinin müavinini güllələyən şəxslə bağlı QƏRAR

    Səbail Rayon Məhkəməsində paytaxtda baş verən silahlı insidentlə bağlı saxlanılan Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
    Muxalifet.az-ın Report-a istinadən məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin edilib.
    Qərara əsasən, hər üç şəxsin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Muxalifet2 - 17-10-2017

  9. ​Bakıda tanınmış həkimin evini yaran şəxslər həbs edilib

    Tanınmış uroloq-alim, professor Kamal Abdullayevə qarşı quldurluq edən dəstə üzvləri saxlanılıb.
    Muxalifet.az-ın apa-ya istinadən xəbərinə görə, 4 nəfərdən ibarət dəstə üzvləri haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
    Bildirilib ki, adları hələlik açıqlanmayan dəstə üzvləri həkimin evindən xeyli miqdarda pul və 20 min dollarlıq saatını oğurlayıblar.
    Hazırda cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Muxalifet2 - 17-10-2017

  10. ​Bərzani hiddətləndi: Kürdüstan xalqı bilsin ki...

    Kürdüstan xalqı bilsin ki, lazım olan hər şey ediləcək.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani İraq ordusunun əməliyyatları ilə bağlı çıxışında deyib.
    “Tarix boyu Kürdüstan xalqının haqları pozuldu və onlar zülmə məruz qaldılar. Kürdüstan xalqı milli kimliyini qorumaq üçün soyqırımlara məruz qaldı. Biz heç zaman müharibə tərəfdarı olmadıq. Öncə asayişi qorumalıyıq. Kürdüstanda bəzi siyasi cəbhələrin və şəxslərin qərarlarından dolayı Kərkükdə bu hadisələr baş verdi”, - kürd lider bildirib.

    Muxalifet2 - 17-10-2017

  11. ​ABŞ-Koreya qarşıdurması pik nöqtəyə yaxınlaşır - Rusiya

    Nüvə müharibəsinin istənilən an başlayacağı ilə bağlı Pxenyanın bəyanatı onun köhnə ritorikasının davamıdır.
     
    Muxalifet.az xəbər verir ki, bunu “Regnum” agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib. Onun sözlərinə görə, Pxenyan hələlik özünün nüvə arsenalından imtina etmək niyyətində deyil:

    Muxalifet2 - 17-10-2017

  12. Rossiya 24” kanalı Bakıda keçirilən şopinq festivalı barədə süjet yayımlayıb.

    Böyük İpək yolunda vacib hissə sayılan ölkə Asiya və Avropa arasında ticarət qapısı rolunu oynayaraq, qədim adət-ənənələrini davam etdirir. Bakıda keçirilən ikinci şopinq festivalı Azərbaycanı özünün fərdi yanaşması ilə bu festivalların ilk dəfə keçirildiyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapur kimi ölkələrlə bir cərgəyə çıxarır”.
    Muxalifet.az xəbər verir ki, kanalın müxbiri Andrey Şlyapnikov reportajına bu sözlərlə başlayıb.

    Muxalifet2 - 17-10-2017

  13. ​“WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO

    Son günlər “WhatsApp” istifadəçilərinə gözdən əlil uşağın fotosu göndərilir.
    Muxalifet.az-ın Xəzər Tv-yə istinadən məlumatına əsasən, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu, “WhatsApp” şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və fotonun daha çox paylaşılacağı halda körpənin əməliyyat xərcləri şirkətə tərəfindən ödəniləcəyi bildirilir.

    Muxalifet2 - 17-10-2017

  14. ​Bakı “Atletiko”nun gözü ilə – VİDEO

    Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində Ağdamın “Qarabağ” klubu oktyabrın 18-də İspaniyanın “Atletiko” komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
    Qeyd edək ki, Madrid təmsilçiləri artıq ötən gündən Bakıya gəliblər.
    “Atletiko” klubunun televiziyası Azərbaycan paytaxtı ilə bağlı maraqlı videosüjet hazırlayıb.
    Muxalifet.az həmin süjeti təqdim edir:

    Muxalifet2 - 17-10-2017

  15. ​Deputat: Azərbaycan Krımın təsviri olan əsginası qəbul etməməlidir

    Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Mərkəzi Bankı bu günlərdə dövriyyəyə Krımın təsviri olan 200-lük rubl əsginası daxil edib. 
    Muxalifet.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bununla əlaqədar Azərbaycanın Milli Məclisinin deputatı Vahid Əhmədov tələb edib ki, Azərbaycanın Mərkəzi Bankı Krımın təsviri olan Rusiya kupyuralarını qəbul etməsin.
    “Ölkənin dövlət strukturları tərəfindən bu pulun qəbulu Ukrayna sərhədlərinin toxunulmazlığını tanıyan Bakının rəsmi mövqeyinə zidd olacaq”, - deyə V.Əhmədov bildirib.

    Muxalifet2 - 17-10-2017

  16. Fransa böyük faciədən döndü

    Fransanın hüquq-mühafizə orqanları ölkədə terror aktları törətməyi, o cümlədən bir sıra rəsmi şəxslərə qarşı sui-qəsd etməyi planlaşdıran 10 nəfəri yaxalayıb.
     
    Muxalifet.az xəbər verir ki, sözügedən şəxslərin cihadçı qruplarla əlaqədə olduğu öyrənilib.
    Buşdüron departamentində həyata keçirilən əməliyyatda saxlanılanlardan ikisinin azyaşlı olduğu bildirilib.
    Qeyd edək ki, qruplaşmanın ifşa edilməsi üçün 4 ay ərzində gizli şəkildə xüsusi əməliyyat hazırlığı görülüb
     

    Muxalifet2 - 17-10-2017

  17. ​ATƏT prezidentlərin görüşü barədə bəyanat yaydı

    ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü barədə bəyanat yayıb.
    Muxalifet.az xəbər verir ki, Avstriyanın ATƏT-dəki sədrliyi Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşünü diqqətlə izləyib.

    Muxalifet2 - 17-10-2017

  18. ​Leyla Əliyeva Zülfiyyə Xanbabayevanı təbrik etdi - FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva xalq artisti Zülfiyyə Xanbabayevanı doğum günü münasibətilə təbrik edib.
    Muxalifet.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində yazıb.
    "Əzizim Zülfiyyəni ad günü münasibətilə təbrik edirəm! Xoşbəxtlik, cansağlığı və bütün arzularının yerinə yetməsini diləyirəm!" - L.Əliyeva qeyd edib.
     

    Muxalifet2 - 17-10-2017

  19. ​Arkadiy Dvorkoviç: “Türkiyədən cavab gözləyirik”

     "Türkiyənin 4 firmasından 50 min ton pomidor almağa hazırıq. Amma bunun qarşılığında Türkiyənin də Rusiyanın kənd təsərrüfatı məhsulları almasını gözləyirik".
    Muxalifet.az xəbər verir ki, Rusiya baş nazirinin köməkçisi Arkadiy Dvorkoviç "Rossiya 24" telekanalına açıqlamasında belə deyib.
    Dvorkoviç əlavə edib ki, təmsil etdiyi hökumət Rusiya və Türkiyənin qəbul edə biləcəyi şərtlərə hazırdır.
    Qeyd edək ki, Rusiya pomidor idxalı qarşılığında Türkiyəyə buğda, qarğıdalı, düyü və s. kənd təsərrüfatı məhsulları təklif edir.

    Muxalifet2 - 17-10-2017

  20. ​Günəşdə "super partlayış" baş verəcək - Qorxunc proqnoz

    Növbəti yüz il ərzində Günəşdə bütün dünyanın enerji sisteminin işinə təsir etmək gücündə olan "super partlayış" baş verəcək.
    Muxalifet.az-ın məlumatına görə, bu qənaətə Harvard universitetinin bir qrup alimi gəlib.
    Qeyd olunur ki, bu partlayış peyklərin sıradan çıxmasına və internetin dayanmasına gətirib çıxara bilər.
    Günəşdəki partlayış nəticəsində Yerdə baş verəcək texnogen qəzaların insan ölümlərinə də səbəb ola biləcəyi ehtimal edilir.

    Muxalifet2 - 17-10-2017

Pages