Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
Heydər Babayevin xanımı haqda SENSASION FAKTLAR
Sabiq nazirin adı bir çox qalmaqallarda hallanan xanımı yüz hektarlarla torpaq sahəsini necə əldə edib?
Muxalifet3 - 17-10-2017
Kərkükə XÜSUSİ STATUS VERİLMƏLİDİR
İraqın mübahisəli şəhəri olan Kərkükdə başlanılan təmizləmə hərəkatı ən çox Türkmən və Ərəb əhalisini sevindirdi. Bölgənin yeni gözləntisi isə Kərkükün İraq Konstitusiyasında "muxtar” statusa yenidən qovuşmasıdır.
Muxalifet - 17-10-2017
Qanunsuz kredit alan və verənlərə 3 il həbs cəzası veriləcək - QANUN DƏYİŞİR
Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməməyə görə yeni cəzalar müəyyənləşdirilib.
Cinayət Məcəlləsinin 195-ci maddəsinin (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) 195.1 və 195.2 bəndlərinə dəyişiklik təklif edilir.Muxalifet3 - 17-10-2017
Sakaşvili tərəfdarları Kiyevin mərkəzində etiraz aksiyası keçirir
Bir neçə min insan Ukrayna Ali Radasının binası yanında etiraz aksiyası keçirir.
RİA Novosti bildirir ki, onlar deputat toxunulmazlığınının ləğvini, seçki qanunvericiliyini dəyişdirməyi, həmçinin korrupsiyaya qarşı məhkəmə yaratmağı tələb edirlər.
Bütün ərazi qalxanlarla mühasirəyə alınıb. Konstitusiya meydanına keçid yalnız müəyyən çərçivədəndir. Parlament binası milli qvardiya və polis tərəfindən ikiqat kordonla qorunur.Muxalifet2 - 17-10-2017
Qışda Qarabağ müharibəsi BAŞLAYA BİLƏR: Putinin adamı AÇIQLADI
Dünən Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu.
Muxalifet.az xəbər verir ki, görüşün nəticələri ilə bağlı bəyanatda tərəflərin gərginliyin qarşısının alınması və danışıqların davam etdirilməsilə bağlı razılığa gəldiyi deyilir. Lakin digər detallar açıqlanmır. Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin inkişafına necə təsir edəcəyi maraqlıdır.
Sarkisyan danışıqları ləngidəcəkMuxalifet3 - 17-10-2017
İraq ordusu daha bir şəhəri ələ keçirdi - Peşmərgə geri çəkilir
İraq ordusu Kərkük və Sincardan sonra daha bir bölgəni nəzarəti altına alıb.
Ordu Mosulun Mahmur bölgəsinə daxil olub. Peşmərgə isə bölgədəki qarşıdurmadan geri çəkilib.
Qeyd edək ki, İraq ordusu bu gün səhər saatlarında Haşdi Şabi şəhərinin Sincar bölgəsinə daxil olmuşdu. Peşmərgə burada da orduya müqavimət göstərə bilməmişdi.Muxalifet2 - 17-10-2017
“Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi
“TaxFree4U” əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması onlayn xidmətinin bazası əsasında “Nar” operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək “Nar TaxFree” mobil tətbiqini təqdim etdi. Bu yenilik sayəsində “Nar” istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri məbləğin 19%-dək olan hissəsini geri ala bilirlər. “Nar TaxFree” xidməti Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və Böyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbləğin ƏDV hissəsinin geri qaytarılmasını təmin edir.
Muxalifet3 - 17-10-2017
Tramp Cənubi Koreyaya gedir
ABŞ Prezidenti Donald Tramp noyabrın 7-də Cənubi Koreyaya səfər edəcək.
Bunu jurnalistlərə açıqlamasında Cənubi Koreya prezidentinin mətbuat katibi Pak Su Hyon söyləyib. O, Trampın Suriyada üç gün qalacağını bildirib.
Tramp Seulda Cənubi Koreya prezidenti ilə müzakirələr aparacaq.Muxalifet2 - 17-10-2017
Bərzani Peşmərgələri MAHMURDAN DA ÇƏKİLDİ
İraq mərkəzi hökumətinə sadiq təhlükəsizlik qüvvələrinin daha əvvəl Peşmərgənin nəzarətindəki Mosulun Sincar və Mahmur rayon mərkəzlərinə girdiyi, nəzarəti tamamilə təmin etdiyi bildirilib.
Müxalifət.az-ın bildirdiyinə görə, Anadolu agentliyinə Sincardaki Peşmərgə komandirlərindən olan Kasım Şeşo xəbər verib ki, erkən saatlarda İraq ordusu, federal polis və Haşdi Şabi ortaq gücləri Sincar rayon mərkəzinə daxil olublar.Muxalifet - 17-10-2017
Erməni zabit və kursant yaralandı
İrəvanda ağır yol qəzası baş verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 19 yaşlı Qriqor iradə etdiyi "Vaz 217230" markalı 10 ՏX 100 nömrəli avtomobillə İrəvan sakini 18 yaşlı Seda və 47 yaşlı Simeonu vurub.
Qəza nəticəsində xəsarət alan şəxslər Erebuni tibb mərkəzinə, daha sonra Ermənistan Müdafiə Nazirliyinə məxsus "Muratsan" hospitalına köçürülüb.Muxalifet2 - 17-10-2017
MAL-QARA OĞRULARI HƏBS EDİLDİ
Soyğunçuluq etməkdə şübhəli bilinən iki şəxsin 3 baş inək oğurladığı da məlum olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vasif Məmmədəliyev və Elməddin Abbasov tutulub. Belə ki, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 6-da Beyləqan rayon sakini Kəmaləddin Vəliyevlə birgə Mətləb Hüseynova məxsus yardımçı təsərrüfatdan 3 baş inək oğurlamaları da müəyyən edilib.
Görülən tədbirlərlə onlarla əlbir olan Kəmaləddin Vəliyev də tutulub.Muxalifet2 - 17-10-2017
ABŞ-da “qara dəlik” qorxusu - Bütün regionu UDACAQ
Ağ Ev Rakkanın azad edilməsindən sonra Suriyada vəziyyətin nizama salınması üzrə dəqiq strategiyaya malik deyil.
“Röyters” agentliyi xəbər verir ki, bu haqda rəsmi mənbələrə istinadən NBC telekanalı bildirib.
Telekanal qeyd edir kimi, Suriya üzrə planın müzakirəsi çətinliklərlə rastlaşıb. Xüsusi halda, ABŞ-ın siyasi dairələri ölkənin prezident Bəşər Əsəd və İran güclərinin nəzarətinə verilmədən döyüşçülərdən azad edilməsi üzrə eyni fikrə gələ bilmirlər. Bundan başqa, Vaşinqtonda Suriyada hakimiyyətin ötürülməsi üsulu üzrə razılaşma yoxdur.Muxalifet2 - 17-10-2017
Araz Əlizadə sədr, OĞLU MÜAVİN OLDU
Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib.
Bu haqda partiyadan məlumat verilib.
Məlumata görə, qurultayda partiyanın rəhbəri, deputat Araz Əlizadə yenidən sədr seçilib.
Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub.
Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.
Partiyanın Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib./modern.azMuxalifet - 17-10-2017
Sarkisyan Cenevrə razılaşmasını POZDU – RƏSMİ
“Serj Sarkisyan adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır”.
Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib:
"Təəssüflər olsun ki, Serj Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır.Muxalifet - 17-10-2017
ABŞ seçkilərində internet-müdaxiləyə AZƏRBAYCANLI BAŞÇILIQ EDİB
Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair üzə çıxan yeni dəlillərə əsasən bu əməliyyatda sosial şəbəkələrdən də geniş istifadə edilib.
Rusiya xüsusi xidmət orqanlarına bağlı trollar Facebook, İnstagram və Twitter-də çoxsaylı qruplar yaradaraq ABŞ-dakı seçki kampaniyasında demokratların əleyhinə təbliğat aparıblar.
Hazırda Rusiya xüsusi xidmət orqanlarının ABŞ seçkilərinə Trampın xeyrinə müdaxilə zamanı sosial şəbəkələrdən də istifadə etməsini xüsusi prokuror Robert Müllerin komandası və Konqresin xüsusi komissiyası araşdırır.Muxalifet - 17-10-2017
Mirvari Qəhramanlı Kanal 13-lə bağlı ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə şahidlər ifadə verib.Muxalifet - 17-10-2017
Bakıda məşhur hoteldən Azərbaycana — HÖRMƏTSİZLİK
Bakıda yerləşən “Winter Park Hotel Baku”nun restoranında xoşagəlməz hadisə baş verib.
Restoranda Azərbaycan mahnılarını oxumağa qadağa qoyublar.
Belə ki, bu barədə jurnalist Tünzalə Rafiqqızı sosial şəbəkələrdəki hesabında məlumat paylaşıb.
“Dünən bir dostumuzun doğum günü ilə bağlı “Winter Park Hotel Baku”nun restoranında toplanmışdıq. Tədbirin sonunda dostlarımdan Yavər bəy, Xəyal bəy “Karaoke”də Azərbaycan xalq və türk estradasından mahnılar ifa etməyə başladılar.Muxalifet - 17-10-2017
Türkman lider Kərkükə müxtariyyət tələb etdi
Kərkükə muxtariyyət verilməlidir.
Bunu “Star” qəzetinə açıqlamasında Kərkük İraq Türkləri Dərnəyinin rəhbəri Mehmet Tütüncü söyləyib.
“İraq Konstitusiyasına görə, buraya 2003-cü ildən sonra gətirilən kürd miqrantlar İraq Kürd Muxtariyyətinə yenidən geri göndərilməli, daha sonra isə əhalinin hesablanması aparılmalıdır. Kərkükə Bağdada tabe olan muxtariyyət verilməlidir.
Bərzaninin qurmaq istədiyi Kürdüstan üçün Kərkük həyati önəm daşıyırdı. Onların müstəqillik referendumu əllərindəki bütün imkanları itirmələrinə səbəb oldu”, – deyə o bildirib/Muxalifet2 - 17-10-2017
Poroşenko deputat toxunulmazlığını ləğv edir
Ukrayna Prezidenti Pyotr Poroşenko deputatların toxunulmazlıq hüququnun əllərindən alınması barədə Konstitusiya dəyişikliyi təklif edib.
Bu barədə Ukrayna mətbuatı informasiya yayıb.
Prezidentin təklif etdiyi dəyişikliyə əsasən, Konstitusiyanın 80-ci maddəsinə düzəliş edilməsi təklif olunur.
Konstitusiyanın 80-ci maddəsinə əsasən, Ali Radanın millət vəkilləri səsvermə və ya Radadakı bəyanatların (təhqir və böhtan üçün məsuliyyət istisna olmaqla) nəticələrinə görə hüquqi məsuliyyət daşımırlar, parlamentin razılığı olmadan təqib və yaxud həbs edilə bilməzlər.Muxalifet2 - 17-10-2017
Ərdoğanın rəsmini çəkən əlil qızın həyatı bir anda dəyişdi
Türkiyənin Kocaeli şəhərində yaşayan fiziki məhdudiyyətli Gülşah Yağmur Yazıcının həyatı bir anda dəyişib.
Publika.az xəbər verir ki, 22 yaşlı Gülşah Rəcəb Tayyib Ərdoğanın rəsmini çəkib və “əngəllinin əlindən ancaq bu qədəri gəlir. İnşallah, özü də bu rəsmi görər” qeydi ilə tvitter hesabından paylaşıb.
Bu paylaşımı görən prezident isə ona elə tvitter hesabında cavab yazıb və Gülşahı ailəsi ilə birlikdə prezident iqamətgahına dəvət edib. Ailənin maddi sıxıntıları olduğunu öyrənən Ərdoğan onlara ev hədiyyə edib.Muxalifet2 - 17-10-2017