Axtarış
The search found 105785 results in 0.102 seconds.
Search results
Qazaxıstanda qırğız zabit yaxalandı
Qırğızıstan Quru Qoşunlarının zabiti Qazaxıstan sərhədçiləri tərəfindən saxlanılıb.
Bu barədə informasiyanı Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Hərbçi oktyabrın 15-də Korday sərhəd keçid məntəqəsində yaxalanıb.
Baş Qərargah hələlik hərbçi haqqında informasiyaya malik olmadığını, Astananın bu hərbçi ilə bağlı araşdırma apardığını bildirib.Muxalifet2 - 17-10-2017
RATİ Ukraynanı Fikrət Hüseynlini azad etməyə çağırıb
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Kiyevdə Azərbaycanlı müxalif jurnalist Fikrət Hüseynlinin saxlanılması ilə bağlı dərin narahatlığını ifadə edib və Ukrayna hakimiyyətini onu dərhal azad etməyə çağırıb.
RATİ Fikrət Hüseynlinin oktyabrın 14-də İnterpol-un Azərbaycan hakimiyyəti tərəfindən verilmiş sorğusu əsasında Ukrayna sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmasını siyasi motivli hesab edir.Muxalifet - 17-10-2017
“Əli-qolu bağlı intihar? – MİNGƏÇEVİR PROKURORLUĞUNA İTTİHAM!”
Dünən saytımızda Mingəçevir şəhəri, Yeni köçkünlər qəsəbəsi ev 3, mənzil 18 ünvanında yaşayan Rzayeva Olqa Pavlovnanın şikayət məktubunu dərc etmişdik. Şikayətçi məktubda oğlu - 1975-ci il təvəllüdlü Rzayev Zahir Aydın oğlunun ölüm faktından bəhs edir. Belə ki, Olqa Rzayeva rəsmi qurumlar tərəfindən intihar etdiyi bildirilən oğlunun əslində öldürüldüyünü iddia edir. Onun sözlərinə görə, Zahir Rzayev 17.03.2017-ci ildə əli və ayaqları bağlı halda, asılmış vəziyyətdə aşkarlansa da, Mingəçevir şəhər prokurorluğu oğlunun intihar etdiyini bildirib.
Muxalifet3 - 17-10-2017
KXCP-dən hakimiyyəti PİSLƏYƏN BƏYANAT
Klassik Xalq Cəbhəsi Partiyası müxalifətçilərə qarşı repressiyalara görə hakimiyyəti pisləyən bəyanat yayıb.
Ölkədə 160-dan çox siyasi məhbus var, bunun 20-yə yaxını jurnalistlər və blogerlərdir. Azərbaycan siyasi məhbusların və "vicdan məhbuslarının" sayına görə Avropada liderlər sırasındadır.
Fəallara həbsxanalarda belə təzyiq davam edir, onları karserə salırlar, cəza şəraitini ağırlaşdırırlar, işgəncələrə məruz qoyurlar.Muxalifet - 17-10-2017
“Rusiya Suriyadakı qüvvələrini Donbasa gətirəcək”
Rusiya, tezliklə, Suriyada öz hərbi əməliyyatlarını bitirəcək.
Bunu jurnalistlərə açıqlamasında Donbas Könüllüləri İttifaqının rəhbəri Aleksandr Boroday söyləyib.
“Suriyada əməliyyat iki-üç aya bitəcək. Burada qüvvələrin çox hissəsi əməliyyat bitdikdən sonra geri qayıdacaqlar. Rus könüllülərə Malorusiya ərazisində yenidən ehtiyac olacaq”, – deyə o bildirib.Muxalifet2 - 17-10-2017
Şəkidə 58 yaşlı kişi sirkə turşusundan zəhərləndi
Şəki sakini sirkə turşusundan zəhərlənib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər sakini, 1959-cu il təvəllüdlü Ağəli Davud oğlu Ağabalayev kəskin zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan bildirilib ki, müayinə zamanı 58 yaşlı Ağəli Ağabalayevin bilərəkdən sirkə turşusu qəbul etdiyi məlum olub. Ağəli Ağabalayev reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.Muxalifet2 - 17-10-2017
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
Biləsuvar rayonunda yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza zamanı biri azyaşlı olmaqla, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 17-10-2017
Əfqan Muxtarlının vəkilinə zor tətbiq edilib - TƏCRİDXANADA
Bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə zor tətbiq edilib.
Bu haqda “Basta”ya vəkil özü məlumat verib.Muxalifet - 17-10-2017
Yanğında ölənlərin sayı 38 nəfərə çatdı
Portuqaliyanın mərkəzi və şimal rayonlarında baş verən güclü yanğın zamanı ölənlərin sayı 38 nəfərə çatıb.
55 nəfər yanıq və digər xəsarətlər alıb. 15 yaralının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Bundan əlavə, yeddi nəfər itkin düşüb. Ümumilikdə, bazar günündən etibarən ölkədə 500 yanğın ocağı qeydə alınıb. Yüzlərlə ev külə dönüb. Yollarının təhlükəsizliyi üçün 12 avtomobil yolu bağlanıb.Muxalifet2 - 17-10-2017
Gözəl Bayramlıya verilmiş ittihamın MƏZMUNU DƏYİŞDİRİLDİ
Vəkil: ”Vəsatətimizə cavab verilməyib”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlıya yeni məzmunlu ittiham elan olunub.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. Oktyabrın 16-da Bakı İstintaq Təcridxanasında Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı ilə görüşən vəkil deyir ki, dindirilmə zamanı bir sıra vəsatətlər verilsə də, təmin olunmayıb:Muxalifet - 17-10-2017
Bərzani İraqla savaşa hazırlaşır – Səngər qazılır
İraq hökumətinin Kərkükdə nəzarəti geri qaytarmasından sonra peşmərgə qüvvələrinə Kərkük-Ərbil yolunda səngər qazmaları əmr olunub.
Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Məlumata görə, Kürd Muxtariyyəti bu addımı İraq ordusunun daha da irəliləməsindən ehtiyat edərək atıb.
Qeyd edək ki, bir qədər əvvəl İraqın hökumət qüvvələri Kərkük şəhərinə nəzarəti geri qaytarmışdılar.
Muxalifet2 - 17-10-2017
800 mindən çox müsəlman Myanmadan qaçdı
Myanmadan Banqladeşə qaçan arakanlı müsəlmanların sayı 582 min nəfərə çatıb.AzVision.az xəbər verir ki, bunu BMT-nin qaçqınların işləri üzrə ali komissarı idarəsinin mətbuat katibi Andrey Maxeçiç bildirib.
Onun sözlərinə görə, Koks-Bazara 537 min rohinca müsəlmanları gəlib. Bununla da Banqladeşdəki qaçqınların sayının 800 min nəfəri ötüb.
Qeyd edək ki, Myanmanın qərbində rohinca xalqına məxsus müsəlmanların yaşadığı Rakhayn ştatında hərbçilərin və silahlıların hücumları nəticəsində minlərlə insan vəhşicəsinə qətlə yetirilib, 200-ə yaxın yaşayış məntəqəsi dağıdılıb.Muxalifet2 - 17-10-2017
Çində “Hanun” tayfunu - 400 mindən çox adam təxliyə edildi
Çinin beş əyalətində “Hanun” tayfunu ilə əlaqədar 400 mindən çox adam təxliyə edilib.
Trend-in məlumatına görə, bu il Çində sayca 20-ci tayfun olan “Hanun” ölkənin 145 yaşayış məntəqəsində 970 mindən çox insana təsir göstərib.
1000-ə yaxın adamın yardıma ehtiyacı olduğu qeyd olunur. 500-dən çox ev tamamilə dağılıb və ya zərər görüb.
Tayfunun Çin iqtisadiyyatına vurduğu ziyan 85 milyon dollar həcmində ölçülür.Muxalifet2 - 17-10-2017
Müsavat 21 Oktyabr YÜRÜŞÜNƏ HAZIRLAŞIR
Bu gün Müsavat Partiyasının qərargahında partiyanın oktyabrın 21-nə təyin etdiyi yürüşə hazırlıqla bağlı toplantı keçirilib.
Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, qanunla Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü qalmışadək cavab verməli olsa da, indiyədək 21 oktaybr yürüşü ilə bağlı müraciətə cavab verilməyib.Muxalifet - 17-10-2017
Bayram Məmmədova təzyiqlər bitmir – VƏKİLDƏN AÇIQLAMA
Vəkil Əsabəli Mustafayev İlkin Rüstəmzadə və Bayram Məmmədovla görüşüb.
Vəkil bu barədə öz “Facebook” səhifəsində yazıb:
"Bu gün 13 saylı cəzaçəkmə müəssisəsində yenidən İlkin Rüstəmzadə və Bayram Məmmədov ilə görüşdüm. Belə tezliklə bu müəssisəyə təkrar getməyimin səbəbi həmin siyasi məhbusların vəziyyəti barədə narahatedici xəbərlərin gəlməsidir. Onların ölkə içtimaiətinə çatdırmaq istədikləri məlumatlar:Muxalifet - 17-10-2017
Kiyevdə aksiya iştirakçıları ilə polis arasında toqquşma
Kiyevdə Ukrayna parlamentinin binası qarşısında keçirilən mitinqdə polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, nəticədə bir neçə mülki şəxs və bir polis əməkdaşı xəsarət alıb.
Aksiya iştirakçıları Ali Radanın binası qarşısında çadır qurmaq istəyiblər. Onlar Prezident Administrasiyasına doğru hərəkət edirlər.
Xatırladaq ki, mitinq iştirakçıları islahatların keçirilməsini, Ukrayna prezidenti Petro Poroşenkoya impiçment tələb edirlər.
Muxalifet2 - 17-10-2017
Arif Qaraşov: "Oğlumla birlikdə forumdaydıq, hadisəni sürücü törədib"
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov ailəyə məxsus avtomobilin piyadanı vurmasından danışıb.
Muxalifet.az xəbər verir ki, o, "Qafqazinfo" ilə əlaqə saxlayaraq, hadisəyə aydınlıq gətirib.Muxalifet2 - 17-10-2017
Rusiya Ərbildəki Baş Konsulluğunu TƏXLİYYƏ EDƏCƏK
İraqdakı son durum səbəbilə Ərbildəki Rusiya Baş Konsulluğunun təxliyəsi planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyi tərəfindən edilən açıqlamada, Rusiyanın Erbil Baş Konsulluğunun təxliyə edilməsinin planlaşdırıldığı bildirilib. Açıqlamada, qərarın baş verən olaylarla əlaqəli olaraq təhlükəsizlik səbəbilə alındığı qeyd edilib.
Müxalifət.azMuxalifet - 17-10-2017
Paytaxtın iki rayonu susuz qaldı
Bakı şəhərində 500 mm-lik magistral su kəmərində qəza baş verib.
Bu barədə Muxalifet.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
O qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının su ilə təchizatında fasilə yaranıb.
Problemin yaxın saatlarda aradan qaldırılacağı bildirilir.
Muxalifet2 - 17-10-2017
Qırğızıstan Astanadan ÜTT-yə də şikayət etdi
Qırğızıstan Qazaxıstanla sərhəddəki vəziyyətlə əlaqədar Ümumdünya Ticarət Təşkilatına şikayət ünvanlayıb.
Muxalifet.az əbər verir ki, bu barədə informasiyanı Qırğızıstan Nazirlər Kabinetinin Mətbuat Xidməti yayıb. Rəsmi Bişkek təşkilatdan onun şikayətinin diqqətə alınmasını istəyib.
Qeyd edək ki, Qırğızıstan bundan öncə sərhəd məsələsinə görə Avrasiya İqtisadiyyat Komissiyasının rəhbəri Tiqran Sərkisyana şikayət ünvanlamışdı.
Muxalifet2 - 17-10-2017