Axtarış
The search found 105785 results in 0.048 seconds.
Search results
Referendum keçmişdə qaldı - Abadi
Kürdüstan referendumu keçmişdə qaldı.
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi deyib.
“Referendumun başlıca olaraq kürd rəsmilərinə zərər verəcəyini bildirmişdim. Referendum artıq bitdi. İraq bayrağı bütün iraqlılarındır. İraqın hər yerində asılmalıdır. Ölkədə vətəndaş müharibəsi olmayacaq. Federal idarəçilik bütün ölkə ərazisində təmin olunacaq”, - İraq rəsmisi bildirib.
Muxalifet2 - 17-10-2017
ABŞ nəşri erməni terrorçularından yazdı
ABŞ-ın “Nyus Bleyz” nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin “Ermənistanın təriflənən terrorçusu: Varujan Karapetyan” sərlövhəli məqaləsi dərc edilib.
Muxalifet.az xəbər verir ki, məqalədə Ermənistanda terrorçu və nasistlərin qəhrəman kimi qələmə verilməsindən bəhs olunur. Müəllif yazır ki, Fransa aeroportunda Türkiyə və digər ölkələrin vətəndaşlarına qarşı terror aktı törətmiş Varujan Karapetyan Ermənistanda milli qəhrəman kimi qələmə verilir.Muxalifet2 - 17-10-2017
Qobustanda ana doğuş zamanı öldü
Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana dünyasını dəyişib.
Bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının üçüncü hamiləliyi olub. Onun iki oğul övladı var. Onun yeni doğulan qızı isə sağ qalıb.
Mərhumun yaxınları ananın ölümündə həkimləri ittiham edirlər.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 17-10-2017
Yaponiyada hərbi helikopter qeyb oldu
Oktyabrın 17-də Yaponiyada göyərtəsində dörd pilotun olduğu hərbi helikopter radarlardan itib.
Muxalifet.az xəbər verir ki, hazırda helikopterin axtarışları davam etdirilir.
Məlumatda bildirilir ki, Yaponiya özünümüdafiə qüvvələrinə məxsus UH-60 helikopteri Şizuoka prefekturasının Hamamtsu şəhərinin sahillərində uçarkən radarlardan itib. Özünümüdafiə qüvvələrinin əsgərləri pilotların axtarışını davam etdirirlər.Muxalifet2 - 17-10-2017
Azərbaycanın tanınmış şəxsinin qızı Türkiyədə həbs edildi
Ədirnə şəhərində oğurluq hadisəsi baş verib. Oğurluqda adı hallananlardan biri azərbaycanlı qadındır.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, telefonla 11 yaşlı uşağı aldaraq atasının polis bölməsinə aparıldığını söyləyib 40 min lirə dəyərində zinət əşyaları ələ keçirənlərin məhkəməsi başlayıb. Biri qadın, 3-ü kişi olan qrup üzvləri məhkəmədə tutduqları əməldən peşman olduqlarını dilə gətiriblər.Muxalifet2 - 17-10-2017
AB-də yoxsulluğun yüksək olduğu ölkələr açıqlandı
2016-cı ildə Avropa Birliyinin əhalisinin 23,4%-i (117,5 milyon nəfər – red.) yoxsulluqla bağlı risk zonasında yaşayır.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiya Avropa Birliyinin Statistika Xidmətinin hesabatında yer alıb. Hesabata əsasən, yoxsulluqla bağlı ən pis vəziyyət Bolqarıstanda qeydə alınıb. Belə ki, burada əhalinin 40,4%-i yoxsulluqla bağlı risk zonasında yaşayır. Ondan sonrakı yerləri Rumıniya (38,5%) və Yunanıstan (35,6%) tutub.Muxalifet2 - 17-10-2017
Şahin Mustafayev Rusiyanın iddialarına cavab verdi
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın bir sıra yüksək vəzifəli məmurlarının türk pomidorlarının guya Azərbaycan ərazisi vasitəsilə qanunsuz daşınması barədə ittihamlarına cavab verib.
Xatırladaq ki, bir neçə gün əvvəl “Rosselxoznadzor” Ermənistandan, Azərbaycandan və Belarusdan pomidorların idxalı üzərində nəzarəti sərtləşdirib.
Şənbə günü isə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bu mövzunu hətta Rusiya prezidenti Vladimir Putinlə görüşdə yenidən qaldırmağı lazımlı bilib.Muxalifet2 - 17-10-2017
Qəbri açıb başqa birini həmin qəbrdə dəfn etmək olarmı?
Müsəlman şəxsin qəbrini açmaq onun cənazəsinə hörmətsizlik sayılır və buna görə də haramdır. Bəzi istisna hallar var ki, bunlar risalədə ətraflı izah edilib. Bir qəbirdə başqa şəxsin dəfninə gəlincə, burada əsas şərt birinci cənazənin tamam çürüyüb yox olmasıdır.
Muxalifet2 - 17-10-2017
Kiyevdə mitinqçilərlə polis arasında QARŞIDURMA – İki polis XƏSARƏT ALIB - FOTO
Kiyevin mərkəzində etirazçılarla asayiş keşikçiləri arasında baş vermiş toqquşmalar zamanı iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ukrayna mətbuatının verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev keçirdiyi brifinqdə bildirib.
“Sutka ərzində hüquq-mühafizə qurumlarının 21 və 25 yaşlı iki əməkdaşının döyülməsi faktı qeydə alınıb. Onlar müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta ağırdır”, - deyə S.Knyazev bildirib.Muxalifet3 - 18-10-2017
Azərbaycanın müstəqilliyinin bərpasından 26 il keçir
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.Muxalifet3 - 18-10-2017
Qonşular arasında mübahisə qanla nəticələndi – GƏNCƏDƏ
Gəncə sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın verdiyi xəbərə görə, şəhərin Məhsəti qəsəbə sakini 1991-ci il təvəllüdlü Verdiyev Xəyal bədənin müxtəlif hissələrinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətin kafi olduğu bildirilir.
İlkin məlumata görə, X.Verdiyev qonşusu ilə mübahisə edən zaman bıçaq xəsarətləri alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet3 - 18-10-2017
ABŞERONDA DƏHŞƏT: Qardaş bacısını başından güllələdi
Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı qısqanclıq zəminində qardaşı tərəfindən tüfənglə güllələnərək qətlə yetirilib.
Qadın göz və alın nahiyələrindən güllə yarası alıb.
Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır(report).Muxalifet3 - 18-10-2017
Moskvada Azərbaycan vətəndaşına 5 BIÇAQ ZƏRBƏSİ VURULDU
Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb.
Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Hadisə ötən gün günorta saatlarında İvan Susanin küçəsində qeydə alınıb. 34 yaşlı azərbaycanlı sinəsindən və sol bud nahiyəsindən azı 5 bıçaq zərbəsi alıb. Yaralı əməliyyat olunub.
Zərərçəkmiş hadisəni törədənlər barədə məlumat verə bilməyib.Muxalifet3 - 18-10-2017
Özünü beşinci mərtəbədən yerə atdı – BAKIDA İNTİHARA CƏHD
Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
Belə ki, metronun 20 Yanvar stansiyası yaxınlığında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanın beşinci mərtəbəsində yaşayan 21 yaşlı Məmmədov Heydər Tariyel oğlu özünü eyvandan yerə atıb.
O, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndirirlər.
H.Məmmədov uzun müddətdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir(report).Muxalifet3 - 18-10-2017
Bakıda avtobus iki nəfəri vurub
Bakının Nizami rayonunda avtobus iki gənc oğlanı vurub.
"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun Neftçilər stansiyası yaxınlığında baş verib.
Yol kənarında dayanan 1992-ci il təvəllüdlü Rəhimov Fəqani Vəfadar oğlu və eyni yaşlı Əliyev Ruslan Qahir oğlunu avtobus vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.Muxalifet3 - 18-10-2017
Bu gün “Qarabağ” Bakıda “Atletiko”nu qəbul edəcək
Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək.
Belə ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya “Atletiko”sunu qəbul edəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İngiltərədə keçirdiyi ilk matçda “Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi “Roma”ya 1:2 hesabı ilə uduzub. “Atletiko” isə “zadəganlar”a Madriddə minimal fərqlə (1:2) məğlub olsalar da, Roma səfərindən bir xalla dönə biliblər (0:0).Muxalifet3 - 18-10-2017
Ronaldu ilə gün keçirmək üçün 32 min dollar ödədi
Amerikanın Kaliforniya ştatından olan qız İspaniyanın "Real" klubu və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunun xeyriyyə fonduna ulduz futbolçu ilə bir gün keçirmək üçün 32 min dollar vəsait ödəyib.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, xanım azarkeş həmçinin "Real"ın İspaniya çempionatında keçirəcəyi iki ev oyununa bilet əldə edib.
Qız, o cümlədən komandanın məşqinə baxa və Ronaldudan avtoqraf ala biləcək.Muxalifet3 - 18-10-2017
Şəkidə sirkə turşusu içən kişi öldü - İNTİHAR
Şəkidə sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki sakini, 1959-cu il təvəllüdlü Ağəli Davud oğlu Ağabalayev oktyabrın 17-də kəskin zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. O, bu gecə xəstəxanada ölüb. Ağəli Ağabalayevin bilərəkdən sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.Muxalifet2 - 18-10-2017
Azərbaycanda ŞOK HADİSƏ: Ərindən maşın nömrəsinə görə boşandı
Azərbaycanda beş il evli olan qadının qeyri-adi istəyi boşanmaya səbəb olub.
Muxalifet.az Xəzər TV-yə istinadən xəbər verir ki, qadın ərinin aldığı avtomobilin dövlət qeydiyyat nişanında olan hərflərdən birinin öz adının baş hərfi olmasını istəyib. Lakin alınan avtomobilin nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub.Muxalifet2 - 18-10-2017
Fransada terror hazırlayan 10 nəfər tutuldu
Fransada terror aktları törətməyi planlaşdıran 10 nəfər saxlanılıb.
AzVision.azxarici KİV-ə istinadən saxlanılan şəxslər Fransada müsəlman dini məkanlarını, siyasətçiləri və prezident seçkilərində namizəd olmuş şəxsləri hədəfə alaraq terror aktları hazırlamaqda şübhəli biliniblər.
Saxlanılanlar arasında 21 yaşlı Loqan Aleksandr Nizin 2011-ci ildə Norveçdə terror aktı törətmiş Anders Brevikə həsr olunmuş internet səhifəsində ərəbləri, qaraları, miqrantları, irqi cihadistləri öldürmək üçün çağırış edib.
Muxalifet2 - 18-10-2017