Fransa böyük faciədən döndü
17-10-2017 21:41
Fransanın hüquq-mühafizə orqanları ölkədə terror aktları törətməyi, o cümlədən bir sıra rəsmi şəxslərə qarşı sui-qəsd etməyi planlaşdıran 10 nəfəri yaxalayıb.
Muxalifet.az xəbər verir ki, sözügedən şəxslərin cihadçı qruplarla əlaqədə olduğu öyrənilib.
Buşdüron departamentində həyata keçirilən əməliyyatda saxlanılanlardan ikisinin azyaşlı olduğu bildirilib.
Qeyd edək ki, qruplaşmanın ifşa edilməsi üçün 4 ay ərzində gizli şəkildə xüsusi əməliyyat hazırlığı görülüb