Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
“Belə komandalarla oynamaq mənim üçün zövqdür” – Qurban Qurbanov
Sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” komandası Madridin “Atletiko” klubu ilə üz-üzə gələcək.
Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransı keçirib.
Konfransda jurnalistlərin suallarını cavablandıran təcrübəli məşqçi rəqibin gücü qarşısında olan arxayınlığı ilə yanaşı həyəcanını da gizlətməyib:Muxalifet2 - 17-10-2017
7 saatlıq qələbənin ŞOK SİRRİ - Gizli razılaşmanın detalları AÇIQLANDI
Kürdüstan Yurdsevərlər Birliyinin keçmiş rəhbəri Cəlal Təlabaninin oğlu Bafıl Tələbani və “Haşdi Şabi” şiə qruplaşmasının nümayəndəsi, “Bədir” briqadasının komandiri Hadi Amiri arasında gizli razılaşma imzalanıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraq parlamentindəki Goran hərəkatının nümayəndəsi Məsud Heydər bildirib.Muxalifet2 - 17-10-2017
Britaniya da parçalanır? - Konvey Ayland müstəqillik istəyir
Britaniyanın Konvey Ayland icması da İspaniyada Kataloniyanın atdığı addımı ataraq müstəqilliyi uğrunda mübarizə aparmaq niyyətindədir.
Trend-in məlumatına görə, təxminən 18 kilometr ərazidə icmanın 38 000 əhalisi yaşayır.
Konvey Ayland icmasının 15 müstəqil üzvlərindən biri Deyb Blekvel isə deyib: "Müstəqilliyimiz uğrunda hərəkata başlamağın vaxtı çatıb, kiminsə bizə nələrisə diktə etməsindən bezmişik".Muxalifet2 - 17-10-2017
İspaniyada “F-18” qəzaya uğrayıb, PİLOT ÖLDÜ
İspaniya Hərbi Hava Qüvvələrinə məxsus “F-18” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində 34 yaşlı pilot ölüb.
Bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qırıcı ölkə paytaxtı Madrid yaxınlığında, Torrejon de Ardoz hava bazasının ətrafına düşüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 17-10-2017
AZƏRBAYCANLI GENERALLA TƏLABANİ AİLƏSİ ARASINDA GİZLİ GÖRÜŞ
Kərkükdəki məğlubiyyətdən sonra Kürd bölgəsində tərəflər bir-birini günahlandırır.
Müxalifət.az bildirir ki, kürd siyasi liderlər qarşılıqlı olaraq Kərkük məğlubiyyətində bir-birilərini ittiham edirlər.
Bərzaniyə yaxın media Tələbani ailəsini Kərkükü satmaqda ittiham edərkən, Tələbaninin oğlu Lahur isə, "Bu müharibə neft oğurlayan Bərzani və oğullarının müharibəsi idi. Şərəfi varsa, Bərzani istefa etsin" deyə cavab verib.Muxalifet - 17-10-2017
Güclü külək Göyçayda fəsadlar törətdi
Ötən gecə Göyçay rayonuna güclü küləklə müşayiət olunan leysan yağıb.
APA-nın yerli bürosunun məlumatına görə, külək yerli təsərrüfatlara, eləcə də meyvə bağlarına ziyan vurub. Küləyin təsiri nəticəsində iri gövdəli bir neçə ağac aşıb, elektrik naqilləri qırılıb. Göyçay şəhərində ağacın aşması nəticəsində yol bağlanıb. Rayon mərkəzində və bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bir neçə saat ərzində dayanıb.
Meyvə yığımına başlanılan zaman qəflətən başlayan güclü külək bağbanlara xeyli maddi ziyan vurub.Muxalifet2 - 17-10-2017
Avtomobil səkiyə, sonra işıqfora çırpılıb aşdı - VİDEO
Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub.
BakuPost.az-ın ARB TV-ə istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb.
22 yaşlı Nicat Kamilzadə idarə etdiyi "Toyota Corollo" markalı avtomobillə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən, yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb.Muxalifet2 - 17-10-2017
Şimali Koreya nüvə silahından imtina şərtini açıqladı
Şimali Koreya nüvə silahından dünyada tam imtina edilməsinin tərəfdarıdır.
Bunu jurnalistlərə açıqlamasında Şimali Koreyanın BMT-dəki daimi nümayəndəliyi rəhbərinin müavini Kim İn Ren söyləyib. Onun sözlərinə görə, Şimali Koreya ABŞ-ın nüvə silahından imtina edəcəyi ana qədər öz nüvə arsenalını saxlayacaq:Muxalifet2 - 17-10-2017
Usubov 6 regional bölmə yaratdı
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb.
Muxalifet2 - 17-10-2017
Bərzaninin “VƏTƏNDAŞ MÜHARİBƏSİ” ÇAĞIRIŞI - DAYANIN
Reuters: Məsud Bərzani, İraqdakı Kürd qruplara vətəndaş müharibəsinin qarşısını almağa çağırıb.
Müxalifət.az xəbər verir ki, iflasa uğrayan Bərzani Kürd qruplara təcili çağırış edib.
“Reuters”in xəbərinə görə, Məsud Bərzani, İraqdakı Kürd qruplara vətəndaş müharibəsinin qarşısını alma çağırıb.
Müxalifət.azMuxalifet - 17-10-2017
Bərzaninin GİZLİ PLANI: ABŞ əsgərləri hərəkətə keçdi - FOTO
İraq ordusu dünəndən etibarən başlatdığı əməliyyatla Kərkük, Dakuk, Gulala, Tuzhurmatu və Sincar bölgələrini azad edərək, Ərbilin bir addımlığına qədər irəliləyib. Növbəti hədəf Mosuldur. İlkin məlumatlara görə, İraq ordusu Mosula bağlı ərazilərin az bir qismini azad edib, hazırda əməliyyat davam edir.
Muxalifet2 - 17-10-2017
Elmar Vəliyev ötən həftənin “qəhrəmanı” oldu – MİRDAMƏT SADIQOV ONU ADDIM-ADDIM “İZLƏYİR”
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
Muxalifet3 - 17-10-2017
Saakaşvili Poroşenkoya bir neçə saat vaxt verdi - VİDEO
“Pyotr Poroşenko Ukrayna prezidenti olduğu müddətdə, ölkədə yaxşılığa doğru heç nə dəyişməyəcək”.
SİTA agentliyi xəbər verir ki, bunu "Yeni güclərin hərəkatı" partiyasının rəhbəri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Ali Radasının yaxınlığında keçirilən mitinqdə çıxışında deyib.
“Nə qədər ki, Poroşenko var, heç nə yaxşı olmayacaq. Əgər bu gün Poroşenko sizi eşitməyəcəksə, onda başqa yerə köçmək lazımdır. Poroşenko öz postundan getməli və Ukrayna xalqını azad etməlidir”, - Saakaşvili deyib.Muxalifet2 - 17-10-2017
Mikayıl Cabbarov “birinciliyi” əldən vermir – MİKAYIL İSMAYILOV “NAZİRƏ ÇATMAĞA ÇALIŞIR”
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
Muxalifet3 - 17-10-2017
Yaponiyada hərbi helikopter radarlardan itib
Yaponiyada içərisində 4 pilotun olduğu hərbi helikopter radarlardan itib.
Trend-in məlumatına görə, “UH-60” helikopterinin radarlardan itmədən öncə Hamamatsu şəhəri yaxınlığında uçuş həyata keçirdiyi bildirilib.
Hazırda helikopterin və pilotların axtarışları davam etdirilir.Muxalifet2 - 17-10-2017
Moskvada məktəblər boşaldıldı, dərslər dayandırıldı
Moskvanın mərkəzində 7 məktəbin şagird və müəllim heyəti təxliyə olunub. Trend-in məlumatına görə, buna səbəb yenə paytaxt fövqəladə xidmətinə "bomba qoyulması" haqqında anonim zəngin daxil olması olub.
Anonim zənglərdən sonra məktəblər dərhal təxliyə edilib, ərazilər nəzarətə götürülüb.
Hazırda məktəbdə mütəxəssislər tərəfindən axtarışlar aparılır.
Qeyd edək ki, obyektlərə bomba qoyulması haqqında anonim zəng dalğası sentyabrın 11-dən başlayaraq bütün Rusiya ərazisində qeydə alınıb.
Muxalifet2 - 17-10-2017
FHN-in əsgəri intihara cəhd edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) əsgəri hərbi xidmət vaxtı naməlum şəkildə yaralanıb.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, FHN-in N saylı hərbi hissəsində xidmət edən Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmuş 1997-ci il təvəllüdlü Əliyev Elşad Mərdan oğlu qarın nahiyəsindən 4 bıçaq xəsarəti alıb.Muxalifet2 - 17-10-2017
Vidadi Zeynalovun apelyasiya şikayəti üzrə məhkəmə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir-Təchizat S
Muxalifet2 - 17-10-2017
Çexiya Avropanı Bakıya silah satmağa səslədi
Çexiya hökuməti və məxfi xidmətləri “Çexoslovak Qrup” holdinqin istehsal etdiyi silahların Azərbaycan Silahlı Qüvvələrinə verilməsini müzakirəyə çıxarıb.
Bu iddia ilə “Praqa Teleqrafı” qəzeti çıxış edib. Qəzetin məlumatına görə, hesabatda özüyeriyən artilleriya qurğusu və səyyar atəş reaktiv sistemləri satmaqla Bakının silah alışı bazarında mövqe qazanmağın mümkünlüyü qeyd edilib.
“Praqa Teleqraf”a açıqlama verən Çexiya Müdafiə Sənayesi Assosiasiyasının rəhbəri Yirji Qinek Azərbaycana silah verilməsi məsələsinə Avropa Birliyinin yenidən baxmalı olduğunu söyləyib:Muxalifet2 - 17-10-2017
Bu tələbələr 2 ay metroda işləyəcək - FOTO
Bakı Metropoliteni QSC-nin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsi Bakı Metropolitenində istehsalat təcrübəsinə cəlb olunub.
QSC-dən Axar.az-a verilən məlumata görə, ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsində metrologiya ixtisası üzrə təhsil alan 25 tələbəyə Metropolitenin Diaqnostika və metroloji təminat mərkəzinin bazasında yaradılmış şəraitdən faydalanması üçün imkan yaradılıb.Muxalifet2 - 17-10-2017