​Arkadiy Dvorkoviç: “Türkiyədən cavab gözləyirik”

 "Türkiyənin 4 firmasından 50 min ton pomidor almağa hazırıq. Amma bunun qarşılığında Türkiyənin də Rusiyanın kənd təsərrüfatı məhsulları almasını gözləyirik".
Muxalifet.az xəbər verir ki, Rusiya baş nazirinin köməkçisi Arkadiy Dvorkoviç "Rossiya 24" telekanalına açıqlamasında belə deyib.
Dvorkoviç əlavə edib ki, təmsil etdiyi hökumət Rusiya və Türkiyənin qəbul edə biləcəyi şərtlərə hazırdır.
Qeyd edək ki, Rusiya pomidor idxalı qarşılığında Türkiyəyə buğda, qarğıdalı, düyü və s. kənd təsərrüfatı məhsulları təklif edir.