Axtarış

The search found 105785 results in 0.022 seconds.

Search results

  1. BİR DAHA QALMAQALLI DƏRSLİK HAQDA – “Böyük Ermənistan” xəritəsini yaymaqda kim maraqlı olub?

    Son iki həftə ərzində Təhsil Nazirliyi və nazir Mikayıl Cabbarov haqqında ittiham dolu yazılar geniş kütləyə təqdim edilməkdədir. Bu günlər ərzində M.Cabbarovun KİV-də adı ən çox hallanan məmur olması bir faktdır. Məlumdur ki, bu kampaniya 10-cu sinif üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin ərazilərinin təsvir olunması xəbəri ilə vüsət almış, daha sonra isə genişlənərək müxtəlif istiqamələr və mövzular üzrə məlumat axınına çevrilmişdir.

    Muxalifet3 - 17-10-2017

  2. Bərzanidən HİYLƏGƏR PLAN – TAKTİKA DƏYİŞDİRDİ

     İraq mərkəzi hökumətinə bağlı təhlükəsizlik güclərinin dünəndən bu yana Kərkük, Dakuk, Gulala, Tuzhurmatu və Sincarı ələ keçirməsinin ardından Bərzani höküməti  taktika dəyişdirdi.
     

    Muxalifet - 17-10-2017

  3. ​Referendumdan sonra 700 şirkət Kataloniyanı tərk edib

    Bir müddət əvvəl keçirilmiş müstəqillik barədə referendumdan sonra 700-ə yaxın şirkət öz ofislərini Kataloniyadan İspaniyanın başqa regionlarına köçürüb.
    Təkcə ötən həftə ərzində 92 şirkət Kataloniyadan çıxdığını elan edib.
    Ümumilikdə isə 691 şirkətin Kataloniyanı tərk etməsi barədə məlumat verilib.
    Qeyd edək ki, təkcə oktyabrın 9-u və 10-da, iki gün ərzində 387 şirkət ofislərini İspaniyanın başqa regionlarına köçürmüşdü.
     

    Muxalifet2 - 17-10-2017

  4. İŞİD-in növbəti hədəfi - RUSİYA

    Özünü İslam Dövləti sayan İŞİD sosial media üzərindən növbəti hədəfini açıqlayıb.
    Muxalifət.az  xəbər veri ki, terror qruplaşmasının rəsmi informasiya agentliyi olan "Amak" nəşrinin yaydığı məlumata görə, İŞİD Rusiyada 2018-ci ildə keçiriləcək Çempionlar Liqasının oyununda terror aktı gerçəkləşdirəcək.
    Stadionun fonunda təbliğat xarakterli yazılar, hazırlanmış bomba, ÇM- rəsmi simvolu və əlində avtomat olan döyüşçü təsvir edilib. Plakatın alt hissəsində isə rus dilində "bizi gözləyin" yazılıb.

    Muxalifet2 - 17-10-2017

  5. ABŞ İslam Dövlətinin Yəməndəki təlim düşərgərlərini bombaladı

    Pentaqon Birləşmiş Ştatların hərbi təyyarələrinin İslam Dövlətinin Yəmənin Əl-Beydə regionundakı iki təlim düşərgəsini bombardman etdiyini və İslam Dövlətinin onlarla döyüşçüsünün öldürüldüyünü bildirib.
    Pentaqon Yəmənin terrorçuların təlim keçdiyi əsas mərkəz olduğunu deyir.
    Terrorçu qruplar dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə yaranmış xaosa və rəhbərlikdəki vakuma görə daha çox ərazini ələ keçirməyə çalışır.
    Ərzaq və dərman qıtlığı olan bu ölkə hazırda vəba epidemiyası ilə də üzləşir.

    Muxalifet2 - 17-10-2017

  6. Bakıda “AA” seriyalı avtomobil piyadanı keçiddə vurdu

    Bu gün saat 11:25 radələrində Bakıda daha bir piyada vurulub.
    Avtosfer.az xəbər verir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub. 
    Hadisə piyada keçidinin üstündə baş verib.
    Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyilə sürücü yaralını avtomobilə qoyaraq, xəstəxanaya aparıb. 

    Muxalifet2 - 17-10-2017

  7. DÇ-2018-in Avropa üzrə pley-off mərhələsinin püşkü atıldı

    Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
    Püşkatmanın nəticəsinə əsasən bu mərhələdə Şimali İrlandiya İsveçrə ilə, Xorvatiya Yunanıstan, Danimarka İrlandiya, İtaliya isə İsveçlə münasibətlərinə aydınlıq gətirəcək.
    Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları isə 12-14-də keçiriləcək.

    Muxalifet2 - 17-10-2017

  8. Rusiya Suriyadakı hərbi əməliyyatın son tarixini açıqladı

    Rusiya Suriyadakı hərbi əməliyyatını bu ilin sonuna qədər bitirə bilər.
    Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib. Onun sözlərinə görə, hərbi əməliyyatlar bitdikdən sonra Rusiya buradakı hərbi qruplaşmasını azaltmayacaq: 
    “Bu ilin sonuna qədər olan proqnoz pessimist yanaşmadır. Biz Suriya və terrorizmlə bağlı hər şeyi bitirəcəyik”. 
    Qeyd edək ki, Rusiya Suriyada hərbi əməliyyatlara 2015-ci ilin 30 sentyabrından qoşulub.

    Muxalifet2 - 17-10-2017

  9. ​Azərbaycanlı iş adamının otelinin suyunu kəsdilər: BORCA GÖRƏ

    Türkiyənin Antaliya bölgəsində 2009-cu ildə inşa edilən “Mardan Palace Hotel”in 1.4 milyardlıq borcu üzündən yaşadığı problemlər bitmək bilmir.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, açılışında Şeron Ston, Riçard Gir, Paris Hilton, Meri Key və Monika Belluçi kimi ulduzların iştirak etdiyi otelin suyu kəsilib.
    Otel avqust ayının ilk həftəsindən etibarən onlayn sifarişi dayandırıb və xidmətə bağlandığını elan edib.

    Muxalifet2 - 17-10-2017

  10. Fikrət Hüseynli haqda həbs qərarı verildi

    Ukraynada saxlanılan azərbaycanlı jurnalist Fikrət Hüseynli barədə qərar verilib.
    Muxalifət.az-ın verdiyi xəbərə görə, Borispol Məhkəməsinin qərarı ilə F.Hüseynli 18 gün müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 17-10-2017

  11. Türkiyədə mədən çökdü – HƏYƏCAN

    Türkiyənin Şırnak vilayətində kömür mədəni çöküb. 
    Bu barədə Türkiyə mətbuatı informasiya yayıb. 
    Kömür mədənində baş verən çökmə zamanı içəridə qalan işçilərin xilas edilməsi istiqamətində işlərə başlanılıb. 
    Hazırda xilasetmə qrupları və təcili tibbi yardım maşınları əraziyə cəlb olunub.

    Muxalifet2 - 17-10-2017

  12. "Qəbələ" - "Qarabağ" oyununun vaxtı açıqlandı

    Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib.
    Trend-in məlumatına görə, turun mərkəzi oyunu – "Qəbələ" - "Qarabağ" matçı oktyabrın 22-də keçiriləcək.
     
    20 oktyabr
    “Səbail” – “İnter”
    “Dalğa Arena”, 18:00
     
    21 oktyabr
    “Kəpəz” – “Neftçi”
    Gəncə şəhər stadionu, 15:00
     
    “Sumqayıt” – “Zirə”
    “Kapital Bank Arena”, 17:00
     
    22 oktyabr
    “Qəbələ” – “Qarabağ”
    Qəbələ şəhər stadionu, 18:30

    Muxalifet2 - 17-10-2017

  13. Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

    Bu gün Bakıda yolu keçən piyadanı vuran "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub. 
    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "AA 707" seriyası Qaraşovlar ailəsinə məxsusdur. 
    Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur. 

    Muxalifet2 - 17-10-2017

  14. Qardizdə polis bölməsinə hücum: 41 ölü, 170 yaralı - VİDEO

    Taliban terrorçuları Əfqanıstanın Qardiz şəhərinin Paktika vilayətində polis bölməsinə hücum ediblər.
    “Röyter” xəbər verir ki, terrorçular idarə etdikləri bomba yüklənmiş iki maşını polis bölməsinin yaxınlığında partladıblar. Hadisə nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
    Taliban üzvləri teraktdan sonra polis bölməsinə daxil olmağa cəhd ediblər, lakin basqının qarşısı alınıb.
     
    ***
    Taliban terrorçularının Əfqanıstanda polis bölməsinə hücumu nəticəsində ölənlərin sayı 41-ə, yaralananların sayı isə 170-ə çatıb.

    Muxalifet2 - 17-10-2017

  15. "Ofeliya" qasırğası Böyük Britaniyada MİNLƏRLƏ EVİ İŞIQSIZ QOYDU

    Uelsin şimalında 4 min, Şotlandiyada 1,1 min ev elektrik enerjisiz qalıb
    "Ofeliya" qasırğası bu gün Uels və Şotlandiyada minlərlə evi elektrik enerjisindən məhrum edib.
    "RİA Novosti" xəbər verir ki, enerji şirkətlərinin məlumatlarına görə, hazırda İrlandiyada 245 min, Şimali İrlandiyada 3,8 min, Uelsin şimalında 4 min, Şotlandiyada isə 1,1 min ev elektrik enerjisiz qalıb.
    İrlandiyada 20 min ev həm də qasırğa səbəbindən susuz qalıb. Elektrik enerjisinin bərpasının bir neçə gün çəkə biləcəyi deyilir.

    Muxalifet2 - 17-10-2017

  16. İlham Əliyev sərəncam imzaladı

    Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. 
    Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

    Muxalifet2 - 17-10-2017

  17. "Avropa Şurasından çıxmaq Azərbaycan üçün uğurlu variant deyil" - KEÇMİŞ DEPUTAT

    Qulamhüseyn Əlibəyli: Avropa Şurasından çıxmaq Azərbaycan dövlətçiliyi üçün uğurlu variant deyil
     
    Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli "Amerikanın Səsi"nə müsahibəsində AŞPA ilə Azərbaycan arasında yaranmış problemlərdən danışıb.
    - Avropa Şurası ilə Azərbaycanın münasibətlərində yaranan gərginliyin səbəbləri nədir?

    Muxalifet - 17-10-2017

  18. ​Makkeyn ABŞ-ın “saxta vətənpərvərlik” meylindən narahatdır

    Milli Konstitusiya Mərkəzi bazar ertəsi gecəsi ABŞ Senatoru Con Makkeynə “qurbanlar və xidmətlə dolu həyata görə” Azadlıq Mükafatı təqdim edib. Makkeyn mükafatı alandan sonra çıxış edərək, təcridedici siyasətin təşviqatçılarına sərt tənqidlərini ünvanladı.
    Filadelfiyada keçirilən mərasimdə Makkeynə mükafat sabiq vitse-prezident Bayden tərəfindən təqdim edildi. Makkeyn çıxışı zamanı Amerikanın beynəlxalq lider kimi rolundan imtina edilməsini “qeyri-vətənpərvər” addım olduğunu bildirib.

    Muxalifet2 - 17-10-2017

  19. “NİDA” həbsxanadakı təzyiqlərə ETİRAZ EDİR – BƏYANAT

    NİDA Vətəndaş Hərəkatı fəalların cəzaçəkmə müəssisəsində təzyiqlərə məruz qalması ilə bağlı bəyanatla çıxış edib. Sənəddə fəalların həyatına görə hakimiyyətin məsuliyyət daşıdığı bildirilir.
     
    "NİDA Vətəndaş Hərəkatı olaraq NİDAçı siyasi məhbusların ölüm təhlükəsi ilə üz-üzə qalmasıyla bağlı həyəcan təbili çalırıq", - NİDA Vətəndaş Hərəkatının oktyabrın 17-də yaydığı bəyanatda deyilir.
    Sənəddə qeyd olunur ki, oktyabrın 9-dan NİDA üzvü, 13 saylı cəzaçəkmə müəssisəsində (CÇM) saxlanılan Bayram Məmmədova ciddi təzyiqlər başlanıb.

    Muxalifet - 17-10-2017

  20. Polşadan Türkiyə siyasi dəstək

    Avropa Birliyi üçün Türkiyənin hərbi və iqtisadi potensialı vacibdir. 
    Bunu jurnalistlərə açıqlamasında Polşa Prezidenti Andjey Duda söyləyib. 
    “Ümid edirik ki, Türkiyə AB-yə daxil olacaq. Türkiyə çoxdan üzvlük üçün səylər göstərir. Avropa Birliyi üçün Türkiyənin hərbi və iqtisadi potensialı vacibdir. Ankara həmçinin AB qarşısında bütün öhdəliklərini icra edir”, – deyə o bildirib.

    Muxalifet2 - 17-10-2017

Pages