Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Yağış axşamadək davam edəcək - PROQNOZ
Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi oktyabr ayının 16-ı gündüz saatlarından başlayaraq 17-i səhərədək ölkə ərazisində hava şəraiti dəyişilib, qeyri-sabit keçib: “Arabir yağış yağıb, bəzən intensiv olub”.Muxalifet2 - 17-10-2017
Astarada külli miqdarda narkotik maddə tapıldı
Dövlət Gömrük Komitəsi Astarada külli miqdarda narkotik maddə aşkar edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, komitənin müvafiq qurumlarının keçirdiyi əməliyyat nəticəsində Astara şəhərində Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.Muxalifet2 - 17-10-2017
Qubaya 9 sm QAR YAGDI
Oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.Muxalifet2 - 17-10-2017
ABŞ nümayəndə heyəti Türkiyəyə gəldi – VİZA BÖHRANI
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Türkiyə ilə viza böhranının müzakirəsi üçün Ankaraya gəlib.
Ankaraya gələn nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Departamenti rəhbərinin müşavirinin müavini Conatan Koen rəhbərlik edir. ABŞ nümayəndə heyəti Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin müşavirinin köməkçisi Əhməd Muxtar Günlə görüşəcəklər.Muxalifet2 - 17-10-2017
Məktəbdə şagirdlər arasında QANLI DAVA - BAKIDA
Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 17-10-2017
Təlabaninin imzaladığı GİZLİ ANLAŞMA İDDİASI
Talabani ile Haşdi Şabi arasında gizli bir anlaşma əldə edildiyi irəli sürülüb. “Goran Hareketi”nın parlament üzvü Mesud Heydər bu anlaşmanın detallarını açıqlayıb.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın sabiq prezidentiTəlabaninin oğlu Haşdi Şabi milis gücləri ilə gizli anlaşma imzalayıb.Muxalifet - 17-10-2017
Azərbaycanlı qız "O səs Türkiyə" münsiflərini HEYRAN ETDİ - VİDEO
Azərbaycanlı müğənni Aynurə Şirinova "O səs Türkiyə"nin növbəti buraxılışında səsilə münsifləri heyrətə salıb.
Aynurə Şirinova "Annem" mahnısını ifa edib. Azərbaycanlı içtirakçının səsindən təsirlənən Hadisə kövrəldiyini gizlətməyib.
Aynurənin səsinə valeh olan münsiflərin üçü ona tərəf dönüb. Yalnız Gökhan Özoğuz onun üçün yaşıl işıq yandırmayıb. Aynurə Şirinova sonda Tilbenin komandısında olmaq istədiyini deyib.Muxalifet2 - 17-10-2017
İŞİD Kərkükə hücum etdi: 2 KƏND İŞĞAL OLUNDU
İŞİD terror qruplaşması Kərkükün şimal-qərbində 2 kəndi ələ keçirib.
Bu barədə "Əs-Sumariyə" telekanalı informasiya yayıb.
Məlumata görə, İŞİD-in əraziyə hücumu gözlənilməz olub. İŞİD tərəfindən ələ keçirilən kəndlər Kərkük şəhərini İraq Kürd Muxtariyyətinin mərkəzi Ərbil ilə birləşdirən yolun yaxınlığındadır.
Ekspertlərin fikrincə, İŞİD İraq ordusu və ərazinin təhlükəsizliyinə nəzarət edən peşmərgə qüvvələri arasındakı konfliktdən istifadə edərək kəndləri zəbt edib.
Yerli sakinlər İŞİD-in hücumundan sonra yaşayış ərazilərini tərk edərək qaçıblar.Muxalifet2 - 17-10-2017
Bakıda dil kursunda müəllim İNTİHAR ETDİ
Bakıda kurs müəllimi damarlarını kəsərək intihar edib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi 63 ünvanında yerləşən “Engligtment” dil kursları mərkəzində qeydə alınıb. Orada müəllim işləyən, 1961-ci il təvəllüdlü İradə Yusif qızı Əliyeva sağ qolunun damarını kəsərək intihar edib. Nəticədə çoxlu qan itirən İ. Əliyeva dünyasını dəyişib.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Muxalifet2 - 17-10-2017
Əfqanıstanda polis idarəsinə hücum oldu
Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub. Bu barədə xəbəri ölkənin daxili işlər naziri Nəcib Daniş təsdiqləyib.
Onun sözlərinə görə, səhər saatlarında intiharçı-terrorçu içində partlayıcı maddə olan avtomobili polis məntəqəsinə çırpıb. Daha sonra polis və hücim edənlər arasında atışma baş verib.
DİN rəsmisi bildirib ki, iki terrorçu məhv edilib.Muxalifet2 - 17-10-2017
İki qadın intihar etdi - BAKIDA
Bakıda iki qadın intihar edib.
Hadisələrdən biri paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayonun Şərifzadə küçəsi 185 ünvanında yaşayan, 1955-ci il təvəllüdlü Rəhimə Məmmədbağır qızı Abutalıbova yaşadığı evin həyətində kəndirlə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Digər hadisə isə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Arifə Əliabbas qızı Şıxəliyeva yaşadığı evdə paltarla özünü asıb.Muxalifet2 - 17-10-2017
Azərbaycanlı teleaparıcı qəzaya düşdü - FOTO
Teleaparıcı Tahirə Məmmədqızı avtomobil qəzası keçirib.
Axşam.az-a açıqlama verən jurnalist bildirib ki, qəza zamanı xəsarət alan olmaylb:
“Hər şey yaxşıdır. Sadəcə maşınlar əzildi. Heç kim xəsarət almayıb”.Muxalifet2 - 17-10-2017
Bakıda gecə klubunda DAVA: Türkiyə vətəndaşları döyüldü
Bakıda gecə klubunda dava düşüb.
Hadisə paytaxtın Səbail rayonu, Xəqani küçəsində yerləşən gecə klublarından birində qeydə alınıb. Klubda əylənən Türkiyə vətəndaşları Uğur Mutlu və Orhan Hikmet Resul bir-birlərinə xəsarət yetiriblər.
Faktla bağlı araşdırma aparılır. (apa)Muxalifet2 - 17-10-2017
Qəzada ölən tələbələr üçün rekort sığorta ödənişi
Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli qəzada həyatını itirən tələbələrə görə 41 min manat sığorta ödənişi edilib.
Axar.az-a İcbari Sığorta Bürosundan verilən məlumata görə, martın 9-da Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan “Ford” markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41.250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.Muxalifet2 - 17-10-2017
Senator Makkeyndən İraq hökümətinə HƏDDİNİ AŞAN TƏHDİD
Arizona Ştatının senatoru respublikaçı Con Makkeyn İraq ordusuna Kərkük yaxınlığındakı peşmərgə qüvvələrinin yerləşdiyi nöqtələrə doğru irəliləməsini dərhal dayandırmağa çağırıb.
Müxalifət.az xəbər verir ki, Con Makkeyn İraqa Kərkük çağırışı etməklə əməliyyatın dərhal dayandırılmasını tələb edib.
Makkeyn etdiyi yazılı açıqlamada Kərkükdə peşmərgə ilə İraq ordusu və Şiə milis qrupu Haşdi Şabi arasındakı qarşıdurma xəbərlərindən narahat olduğunu bildirib.
Muxalifet - 17-10-2017
Nail Naiboğlunun həyat yoldaşı VƏFAT ETDİ
Rejissor Nail Naiboğlunun aravadı dünyasını dəyişib.
O, Axşam.az-a açıqlamasında xəbəri təsdiqləyib. Rejissor bildirib ki, Gülər heç bir xəstəlikdən əziyyət çəkmirdi:
“Heç bir problemi yox idi. Axşam durduğu yerdə rəhmətə getdi. Nədən olduğunu bilmədik. Məni tək qoydu getdi”.
Qeyd edək ki, N.Naiboğlunun iki övladı var.Muxalifet2 - 17-10-2017
Dəniz Baykal təcili əməliyyata alındı
Türkiyəli millət vəkili Dəniz Baykal təcili əməliyyata alınıb.
Onun beynində ödem toplanıb.
CHP-li millət vəkilinin müalicə aldığı Ankara Universiteti İbn Sina xəstəxanasının professoru D. İbiş onun beyin qanaması keçirdiyini bildirib: “D.Baykalın beyninin tomoqrafiyasını çıxardıq. Onun beynində ödem yaranıb və qanama artıb. Fiziki müayinə zamanı aşkarlanan simptomlar da nəticəyə uyğun gəldi və biz onun əməliyyat edilməsinə qərar verdik. Xəstə hazırda əməliyyatdadır”.Muxalifet2 - 17-10-2017
Ərdoğan Polşaya getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşaya səfər edib.
Ərdoğanla birlikdə Türkiyənin Avropa Birliyi İşləri üzrə naziri Ömər Çelik, Müdafiə naziri Nurəddin Canikli, İqtisadiyyat naziri Nihad Zeybəkçi, Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş və başqa rəsmilər Polşaya gediblər.
Hələ ki, səfərin təfərrüatı ilə bağlı məlumat verilmir.Muxalifet2 - 17-10-2017
Qanunsuz ovla məşğul olan 110 şəxs saxlanıldı
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilir ki, Nazirliyin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.Muxalifet2 - 17-10-2017
Zibilxanadan avtomat silahı və qumbara tapıldı
Bakının Xətai rayonundakı məişət tullantıları yığılan yerlərdən birindən silah-sursat tapılıb.
DİN-dən Axar.az-averilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.Muxalifet2 - 17-10-2017