Qazaxıstanda qırğız zabit yaxalandı
17-10-2017 17:48

Qırğızıstan Quru Qoşunlarının zabiti Qazaxıstan sərhədçiləri tərəfindən saxlanılıb.
Bu barədə informasiyanı Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Hərbçi oktyabrın 15-də Korday sərhəd keçid məntəqəsində yaxalanıb.
Baş Qərargah hələlik hərbçi haqqında informasiyaya malik olmadığını, Astananın bu hərbçi ilə bağlı araşdırma apardığını bildirib.