Axtarış

The search found 105785 results in 0.088 seconds.

Search results

  1. ​Borisenko: Rusiya ABŞ-a analoji cavab verə bilər

    Rusiya ölkədəki ABŞ diplomatik personalının sayını daha 150 nəfər azalda bilər.
    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Borisenko danışıb.
    Borisenkonun sözlərinə görə, rəsmi Moskva ölkədəki ABŞ diplomatlarının sayının 300 və daha aza endirilməsi imkanlarını nəzərdən keçirir.
    “Əgər onlar bu şəkildə davranırlarsa, demək, bizim də analoji şəkildə davranmaq haqqımızın olduğu ilə razılaşırlar. Tədbirlərə gəldikdə isə biz hələ onları nəzərdən keçiririk. Əgər tələb olunursa, mütləq həmin addımlar atılacaq”, - Borisenko deyib.

    Muxalifet2 - 11-10-2017

  2. ​“32 min dollarımı alıb, nə dükan verir, nə də pulu qaytarır” - “Binə”nin sahibinə AĞIR İTTİHAMLARI

    "Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adı yenə pul mənimsəməkdə hallanır. İş adamı Şahin Əliyev onu 32 min dollarının mənimsəməkdə ittiham edir.
    Muxalifet.az xəbər verir ki, Bakı şəhəri, T.Abbasov küçəsi ev 2 ünvanında yaşayan Əliyev Şahin Əli oğlu "AzPolitika.info” saytına müraciət edəərək, iri biznes strukturlarından birinə rəhbərlik edən şəxsin yalan vədlərinin, bir növ dələduzluğun qurbanına çevrildiyini iddia edir.

    Muxalifet3 - 11-10-2017

  3. “İDLİB” HƏRƏKATININ 5 ƏSAS HƏDƏFİ

     Türkiyə uzun müddətdir hərəkatın başlaması üçün hazırlıqlar görürdü. Bu sırada Təhlükəsizlik Şurasının görüşmələrində “İdlib” hərəkatının əsasları 5 maddə halında müəyyənləşdi:

    Muxalifet - 11-10-2017

  4. ​AMEA-nın iki institutuna direktor seçiləcək

    Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə rəis təyin edilib.
    Trend -in görə, bununla bağlı AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. Şöbəyə Fikrət Feyziyev təyin edilib.
    Iclasda bildirib ki, Botanika və Dendrologiya institutlarının direktorlarının səlahiyyət müddəti bitib. İclasda həmin institutlara direktor seçkilərinin keçirilməsi qərara alınıb.

    Muxalifet2 - 11-10-2017

  5. ​Rəşad Sadıqov “Range Rover”lə qəza törətdi

    “Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.
    Hadisə bu gün baş verib.
    Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək yolun kənarındakı maneə dirəyinə çırpılıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özünə bir şey olmayıb.
    Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
    Məlumatı Ağdam klubundan da təstiqləyiblər. (yeniçağ)

    Muxalifet2 - 11-10-2017

  6. Suriya böhranından bu yolla çıxmaq olar - KÜRD LİDER

    Suriyanın konfederasiyaya çevrilməsi ölkənin problemlərinin həllinə yardım edəcək.
    Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Suriya kürdlərinin liderlərindən hesab olunan Əbdülkərim Umar söyləyib.
    “Altı illik böhrandan sonra cəmiyyət və Suriya parçalanıb. Biz Suriyanın gələcəyi üçün mərkəzləşdirilmiş hakimiyyət yox, federasiya təklif edirik. Bu, Suriyanın problemini həll edəcək. Bizim üçün yeganə alternativ variant Yaxın Şərqdə demokratik konfederasiyanın yaradılmasıdır”, - deyə o bildirib.
     

    Muxalifet2 - 11-10-2017

  7. ​İsraildə şok: Müsəlman qadınlar çılpaq vəziyyətə salındı

    Əslən Fələstin ərəbi olan üç gənc müsəlman qadın hava limanında yoxlama zamanı ayrı-seçkiliyə məruz qaldıqlarına görə İsrailin “ElAl” və “Arkia” aviaşirkətlərini məhkəməyə verib.

    Muxalifet2 - 11-10-2017

  8. “Əks halda sosial partlayış olacaq” - Saakaşvili 4 əsas tələbi SƏSLƏNDİRDİ

    Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu xalqın dörd əsas tələbini yerinə yetirməyə çağırıb.
    Saakaşvili bu haqda “Ukraynskaya Pravda” internet nəşrinin saytında dərc etdiyi məqaləsində bildirib.

    Muxalifet2 - 11-10-2017

  9. Gəncədə universitet müəllimi bıçaqlandı

    Gəncə şəhərində müəllim bıçaqlanıb. 
    Report-un Qərb bürosunun məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimi olduğu bildirilən Sənan adlı şəxs kabinetində bıçaqlanıb. 
    Yaralı xəstəxanaya yerləşdirilib. 
    Faktla bağlı araşdırma aparılır. 

    Muxalifet2 - 11-10-2017

  10. Ruh məktəb dəhlizində qarışıqlıq yaratdı – Direktor heyrət içində... - VİDEO

    İrlandiyada köhnə məktəbdə ruhun dəhlizdə qarışıqlıq yaratması kameralara tuş gəlib.
    Bu haqda Global News TV məlumat yayıb.
    Bir neçə gün əvvəl məktəbin dəhlizində çırpılan qapıların uca səsləri, mebelin “özbaşına” hərəkət etməsi hamını heyrətləndirib. Hadisənin gunahkarı kimi ruh göstərilir, çünki daha əvvəllər də burada paranormal hadisələrin şahidi olublar. Amma son hadisənin məhz kameralara tuş gəlməsi diqqəti cəlb edib və nüfuzlu medianın gündəminə gəlib.

    Muxalifet2 - 11-10-2017

  11. Xarici işlər naziri hökumət başçısını hiylə işlətməkdə ittiham etdi

    İspaniyanın xarici işlər naziri Alfonso Dastis Çarlz Puiqemontu hiylə işlətməkdə günahlandırıb.
    Nazir Kataloniya Muxtar Vilayətinin rəhbərinin müstəqilliklə bağlı etdiyi çıxışının yalan olduğunu bildirib.
    A.Dastis Ç.Puiqemontun dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini bildirib.
    Qeyd edək ki, müstəqillik elanını təxirə salan Puiqemontun yeni bir referendum keçirməsi niyyətində olduğu iddia edilir.
    Nazir isə İspaniya konsitutsiyasının heç bir referenduma icazə vermədiyini bildirərək “kiçik bir Kataloniya bütün İspaniyanın taleyinə qərar verə bilməz” - deyib. 

    Muxalifet2 - 11-10-2017

  12. Poroşenko Çexiya liderinin təklifini rədd etdi

    Ukrayna Prezidenti Pyotr Poroşenko Çexiya lideri Miloş Zemanın Krım üçün Rusiyadan təzminat almaq təklifini rədd edib. 
    Poroşenko bu barədə Avropa Şurası Parlament Assambleyasının plenar iclası zamanı danışıb. 
    “AŞPA tribunası ərazilərin pul, neft və ya qaz müqabilində ticarəti barədə çağırışlar etmək üçün nəzərdə tutulmayıb”, - Poroşenko bildirib. 
    Qeyd edək ki, Çexiya Respublikasının Prezidenti Miloş Zeman Ukraynanın Krımı itirməsini artıq bitmiş məsələ adlandıraraq problemi Kiyevə müəyyən miqdarda təzminat ödəməklə həll etməyi təklif etmişdi. 

    Muxalifet2 - 11-10-2017

  13. Dəməşq yenə "partladı" - İntiharçı terrorçular öldü

    Suriyanın paytaxtı Dəməşqdə iki intiharçı terrorçu partlayış törədib. 
    Trend-in məlumatına görə, polis məntəqəsinin yaxınlığında ard-arda iki partlayış baş verib. 
    Qeyd olunur ki, terrorçular məntəqəyə hücum etmək istəyərkən, onların qarşısı alınıb və həmin an onlar özlərini partladıb. 
    Partlayış nəticəsində 2 terrorçudan başqa da, ölən və yaralananların olduğu deyilir. 

    Muxalifet2 - 11-10-2017

  14. AŞ PA-nın Azərbaycanla bağlı qətnaməsinin qısa TƏFƏRRÜATI

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) payız sessiyasının oktyabrın 11-də keçirilən plenar iclasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabatı müzakirə edib.
     
    Sənəd AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Pred (Rumıniya) tərəfindən hazırlanıb. Məruzə ilə birlikdə mövcud qətnamə layihəsi də təqdim edilib.
    Hesabatda hakimiyyət qolları arasında tarazsızlıqla bağlı narahatlıq ifadə olunub.

    Muxalifet - 11-10-2017

  15. İlqar Məmmədova dəstək aksiyası başlayıb

    İnsan Hüquqları Klubu oktyabrın 8-dən Avropa Məhkəməsinin qərarı olmasına baxmayaraq hələ də azadlığa buraxılmayan "vicdan məhbusu" İlqar Məmmədova ictimai dəstək kampaniyasına start verib.
     
    Bu barədə klubun rəhbəri Rəsul Cəfəroc facebook səhifəsində yazıb.
    “Dəstək kampaniyası çox sadədədir, istənilən şəxs "İlqarı azad edin!", "Azadlıq İlqarın haqqıdır”", "İlqarın hüquqlarını pozmayın!" və bu kimi istənilən şüarla foto çəkdirir və onu öz Facebook və Twitter profilində yerləşdirir”, Cəfərov qeyd edib.

    Muxalifet - 11-10-2017

  16. ​Ermənistan ordusunda daha bir HADİSƏ

    Ermənistan ordusunda daha bir insident baş verib.
    Muxalifet.az Ermənistan mediasına istinadən xəbər verir ki, erməni əsgər Hovanes Qasparyan əlində qumbaranın partlaması nəticəsində yaralanıb.
    Hadisə Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilən hərbi hissələrin birində baş verib. 

    Muxalifet2 - 11-10-2017

  17. Bakı hava limanında Azad İqtisadi Zona yaradılacaq

    Bakıdakı Beynəlxalq Hava Limanında Azad İqtisadi Zona yaradılacağı bildirilir.

    Muxalifet - 11-10-2017

  18. ​Suriyadan sərt qərar: ABŞ koalisiyası ləğv edilsin

    ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD-dən başqa hər şeyi məhv edir.
    Bu barədə Suriya Xarici İşlər naziri Valid Müəllim danışıb.
    “Minlərlə Suriya vətəndaşı koalisiyanın endirdiyi aviazərbələrin qurbanı olub. ABŞ koalisiyası metodiki olaraq iqtisadi infrastrukturu məhv edir. Buna görə də biz qəti şəkildə həmin koalisiyanın ləğv edilməsini tələb edəcəyik”, - Müəllim deyib.
    XİN rəhbəri koalisiyanın fəaliyyətinin Suriyadakı müharibə şəraitini mümkün qədər uzatmağa xidmət etdiyini bildirib. 

    Muxalifet2 - 11-10-2017

  19. Zorakılığa məruz qalanlarla bağlı “bank” yaradılıb

    "Azərbaycanda məişət zorakılığı qurbanlarının 74 faizi buna birbaşa ailə üzvü tərəfindən məruz qalır".
     
     ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məlumatında belə deyilir.
    Məlumatda qeyd edilir ki, Azərbaycanda gender əsaslı zorakılıqla mübarizəyə kömək etmək məqsədilə gender əsaslı zorakılığa dair elektron məlumat bankı yaradılıb.
    Məlumat bankının yaradılması USAID, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində mümkün olub.

    Muxalifet - 11-10-2017

  20. Milli yığmamızın baş məşqçisindən gözlənilməz qərar

    Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki vəzifəsindən istefa vermək qərarına gəlib.
    Publika.az xəbər verir ki, xorvatiyalı mütəxəssis yaxın günlərdə Azərbaycana gələrək qərarını AFFA-ya bildirəcəyini deyib.
    O, Azərbaycanda qalmaq istəmədiyini və yeni təkliflər üzərində düşünəcəyini də qeyd edib.
    Məşqçi Sloveniya milli komandasına başçılıq edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:

    Muxalifet2 - 11-10-2017

Pages