Axtarış

The search found 105785 results in 0.078 seconds.

Search results

  1. ​ABŞ-la imzalanan müqavilələr ləğv edilsin - Partiya sədri

    ABŞ-la imzalanan bütün hərbi müqavilələr yenidən nəzərdən keçirilməli və icrası təxirə salınmalıdır.
    Muxalifet.az  xəbər verir ki, bu sözləri Türkiyənin Səadət Partiyasının rəhbəri Temel Karamollaoğlu Tvitter hesabında yazıb.
    Partiya rəhbəri Ərdoğanla Trampın görüşü zamanı Türk Hava Yolları üçün alınması nəzərdə tutulan 11 ədəd "Boinq"lə bağlı imzalanan müqavilənin də ləğv edilməsini istəyib.
    Karamollaoğlu, eyni zamanda, İncirlik avibazasının fəaliyyətinin dayandırılmasını və ABŞ-la münasibətlərin yenidən nəzərdən keçirilməsini tələb edib.

    Muxalifet2 - 11-10-2017

  2. Dünya çempionatına vəsiqə qazandı, ölkədə tətil elan edildi

    Şimali və Mərkəzi Amerika zonasında mübarizə aparan Panama millisi tarixi ərzində ilk dəfə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
    Muxalifet.az xəbər verir ki, millinin tarixi uğuru ilə bağlı Panama Prezidenti Xuan Karlos ölkədə bir günlük bayram tətili elan edib.
    Qeyd edək ki, Panama yer aldığı qrupda son turda Kosta-Rikanı 2:1 hesabı ilə məğlub edərək DÇ-2018-ə vəsiqə əldə edib.
     

    Muxalifet2 - 11-10-2017

  3. Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı brifinq keçirəcək

    Bu barədə komissiyanın saytlında məlumat verilib
     
    Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.
    Bu barədə komissiyanın saytında məlumat verilib.

    Muxalifet - 12-10-2017

  4. 10 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb - BAKIDA

    Uşaq kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib
     
    Bakıda uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb.
    Bədbəxt hadisə Binəqədi rayonunda baş verib.
    Belə ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.
    O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 12-10-2017

  5. Tramp “fırtına öncəsi sakitlik” sözlərinə aydınlıq gətirib

    Tramp bu kəlməni işlədəndə Şimali Koreyanı nəzərdə tutduğunu söyləyib
     
    ABŞ prezidenti Donald Tramp “fırtına öncəsi sakitlik” sözlərinə aydınlıq gətirib. 
    O, "Fox News"a müsahibəsində Şimali Koreya haqqında danışdığını açıqlayıb.
    Oktyabrın 5-də ABŞ-ın yüksək rütbəli hərbçiləri ilə görüşdən sonra D.Tramp “fırtına öncəsi sakitlik” ifadəsini işlədib. Həmin vaxt o, sözlərinə aydınlıq gətirməkdən imtina edib.
    Ağ Ev rəhbəri "Fox News"a müsahibəsində bu ifadəni işlədəndə Şimali Koreyanı nəzərdə tutduğunu söyləyib.

    Muxalifet - 12-10-2017

  6. Tillersonla Çavuşoğlu telefonla danışıb

    Tillerson Ankarada ABŞ səfirliyinin əməkdaşlarının həbsi ilə bağlı narahatlığını ifadə edib
     
    ABŞ-ın dövlət katibi Reks Tilllersonla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
    “Gazeta.ru” xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert məlumat yayıb.
    Telefon danışığının gedişatında Tillerson Ankarada ABŞ səfirliyinin əməkdaşlarının həbsi ilə bağlı narahatlığını ifadə edib və Türkiyəni saxlanılanlara qarşı irəli sürülmüş ittihamlarla bağlı sübutları təqdim etməyə çağırıb.

    Muxalifet - 12-10-2017

  7. 43 yaşlı qadını avtomobil vurub - BAKIDA

    Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib
     
    Bakıda avtobusdan enərək yolu keçmək istəyən qadını avtomobil vurub.
    Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
    Belə ki, Bakıxanov qəsəbəsində, Seymur Bünyadov küçəsində sərnişin avtobusundan düşərək yolu keçmək istəyən 1974-ci il təvəllüdlü Rzayeva Natiqə Naib qızını minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Sabunçu Rayon Polis İdarərisində araşdırma aparılır.

    Muxalifet - 12-10-2017

  8. Tramp Ağ Evə nifrət etdiyini bildirib - KİV

     “Mən Ağ Evdə nifrət edirəm”, - deyə ABŞ prezidenti bildirib
     
    ABŞ prezidenti Donald Tramp özünün təhlükəsizlik xidmətinin rəisinə Ağ Evdə demək olar, hamıya nifrət etdiyini bildirib.
    Bu barədə “Vanity Fair” mənbəyə istinadən xəbər verib.
    “Mən Ağ Evdə nifrət edirəm. Bir sıra istisnalar var, amma onları görməyə gözüm yoxdur”, - deyə ABŞ prezidenti qəzəb içində bildirib.
    Ağ Ev belə bir bəyanatı rəsmən təsdiqləməyib.

    Muxalifet - 12-10-2017

  9. "Türkiyə ilə diplomatik mübahisələr hərbi əməkdaşlığa toxunmur" - PENTAQON

    Ceyms Mettis: “Bu ölkə NATO üzrə müttəfiqdir
     
    ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, diplomatik sahədə ABŞ və Türkiyə arasında yaranmış problemlər hərbi əməkdaşlığa zərər vurmur.
    “Bu ölkə NATO üzrə müttəfiqdir. Biz vahid düşmənə qarşı ümumi mövqe tutmaq üçün gərgin iş aparacağıq. Hərbçilərin xətti ilə birgə yaxşı işləyəcəyik”, - deyə o qeyd edib.
    O, həmçinin qeyd edib ki, ötən ildə də iki ölkə arasında diplomatik fikir ayrılıqları yaranıb. Lakin bu, ABŞ və Türkiyənin hərbi əməkdaşlığına təsir göstərməyib.

    Muxalifet - 12-10-2017

  10. ABŞ Rusiya bayraqlarını diplomatik binaların üzərindən söküb

    Rusiya XİN məsələ ilə bağlı kəskin etiraz edib
     
    Rusiyanın bayrağı bu ölkənin ABŞ-dakı diplomatik binasının üzərindən götürülüb.
    Bu barədə RİA "Niovosti" məlumat yayıb.
    Rusiyanı ABŞ-dakı səfirliyi məsələ ilə bağlı kəskin etiraz edib. 

    Muxalifet - 12-10-2017

  11. Rusiyadan təhdid: Gürcüstan-NATO əməkdaşlığı regional təhlükə yaradır

    Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə dair növbəti məsləhətləşmələr Cenevrədə keçirilib
     
    Gürcüstan-NATO əməkdaşlığının daha da dərinləşməsi Rusiya, qondarma Abxaziya və Cənubi Osetiya tərəfindən regionda təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.
    “RT” xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidməti bildirib.
    “Rusiya, Abxaziya və Cənubi Osetiya nümayəndə heyətləri Tbilisinin NATO ilə əməkdaşlığının daha da dərinləşməsini regional təhlükəsizliyə real təhdid kimi qəbul edir,”- deyə məlumatda bildirilir.

    Muxalifet - 12-10-2017

  12. “Razılaşma İranın nüvə silahını əldə etməsinə mane olmur” - Tramp

    Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə silahına yol açmasına mane olmur.
     
    Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
     “İranlılar çox cəld nüvə silahlarına yol açıblar. Razılaşma İranın nüvə silahına yol açmasına mane olmur və... 1,7 milyard dollar nağd pul”, deyə Tramp vurğulayıb. Adıçəkilən məbləğlə nəyi nəzərdə tutduğunu ABŞ prezidenti izah etməyib.
     “Bir sözlə bu ən pis sövdələşmədir. Biz ondan heç nə görmədik”, Tramp deyib.

    Muxalifet - 12-10-2017

  13. Tramp İranla bağlı qərarını oktyabrın 13-də açıqlayacaq - NBC

    ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasına dair qərarını oktyabrın 13-də açıqlayacaq.
     
    Bu barədə NBC telekanalı Ağ Ev administrasiyasındakı mənbəyə istinadən xəbər verib.
     Bundan əvvəl  “The Washington Post” qəzeti yazıb ki, Tramp İranla nüvə sazişinin ləğv olunması barədə bəyanatla çıxış edəcək. Nəşrə görə, bu, nüvə sazişi ilə əlaqədar İrana qarşı ləğv olunmuş sanksiyaların bərpa edilməsi ilə nəticələnə bilər. /apa

    Muxalifet - 12-10-2017

  14. Referendum tarixə qovuşur: QARABAĞIN HƏLLİ YAXINLAŞIR

    Dünyada gedən proseslər böyük güclərin Dağlıq Qarabağ məsələsinin həllinə marağını artıracaq. 
    Muxalifet.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. 
    Ekspert bildirib ki, Avropada böyük əks-səda doğuran Kataloniya hadisələri Azərbaycana siyasi əsaslar verir: 

    Muxalifet2 - 12-10-2017

  15. Yanacaqdoldurma məntəqəsində BIÇAQLANMA

    Bakıda yanacaqdoldurma məntəqəsində orta yaşlı kişi bıçaqlanıb.
    Muxalifet.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
    Belə ki, "Xaqani" yanacaqdoldurma məntəqəsinin ərazisində 1982-ci il təvəllüdlü Ələkbərov Xəyal Ramiz oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı X.Ələkbərov bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

    Muxalifet2 - 12-10-2017

  16. Sabirabadda yol qəzası baş verib, XƏSARƏT ALANLAR VAR

    Hadisə nəticəsində 3 nəfər xəsarət alıb
    Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
    “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Zəngənə kəndində qeydə alınıb.
    Belə ki,”Jiquli” markalı avtomobilin yolda gedən inəyi vurması nəticəsində Zəngənə kənd sakinləri - 32 yaşlı Bəylər Əlrəhman oğlu Babayev, 26 yaşlı Turarxan Beyniş oğlu Əsədov və 22 yaşlı Mərhəməd Dəyanət oğlu Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Muxalifet2 - 12-10-2017

  17. Rusiya İrəvana yenə silah krediti ayırır – 100 MİLYON

    Ermənistan hökuməti Rusiyanın İrəvana 100 milyon dollar həcmində müdafiə krediti verməsi layihəsini müzakirə edəcək. 
    Bu barədə informasiyanı “Sputnik” agentliyi yayıb. Agentlik yeni kredit razılaşmasında Ermənistanın ilkin ödəmə kimi ümumi müqavilənin 10%-dən az olmayan hissəsini məsul olan Rusiya təşkilatına verməli olduğunu bildirib. Kredit 15 il müddətinə illik 3%-lə verilir. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq. 
    Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana eyni qaydada 200 milyon dollarlıq kredit vermişdi.

    Muxalifet2 - 12-10-2017

  18. 6 yaşlı qızı maşın vurdu

    Oğuzda 6 yaşlı qızı maşın vurub.
    Muxalifət.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 11-i saat 19.00 radələrində rayonun Padar kənd sakini, 2011-ci il təvəllüdlü Duyğu Nemət qızı Məmmədəliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın qəbul şöbəsinə gətirilib. Lakin onun öldüyü məlum olub.
    Məlum olub ki, Duyğu Məmmədəliyeva Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsini keçmək istəyən zaman onu minik avtomobili vurub.

    Muxalifet2 - 12-10-2017

  19. ​İki türk ölkəsi arasında qovğa: HƏRBÇİLƏR SƏRHƏDƏ YERİDİLDİ

    Qazaxıstanın Qırğızıstanla sərhəddə yerləşən Korday kəndində hərbçilərin nəzarət etdiyi blokpostlar yerləşdirilib.
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosu yayıb. Hərbçilərin burada 10 oktyabrdan post qurduğu bildirilib. Sosial şəbəkələrdə isə artıq Qazaxıstanın Qırğızıstanla sərhədə ordu yeritdiyi iddia edilib.

    Muxalifet2 - 12-10-2017

  20. ABŞ-ın ballistik raketləri Rusiya və Çini hədəf aldı

    ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi “THAAD” nüvə sistemi Rusiya və Çini hədəf alıb.
    Bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Dairəsinin rəhbəri Corci Borisenko deyib.
    Onun bildirdiyinə görə, ABŞ Rusiya və Çin sərhədlərinə ballistik raketlər yerləşdirmək üçün Şimali Koreyadan gələn təhdidləri bəhanə edib:

    Muxalifet2 - 12-10-2017

Pages