Axtarış

The search found 105785 results in 0.029 seconds.

Search results

  1. ​Türkiyəli güləşçi GÜLLƏLƏNDİ

    Türkiyə güləş yığmasının üzvü Cenk İldem silahlı hücuma məruz qalıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hadisə gecə saatlarında İstanbulda baş verib.
    Yunan-Roma güləşində 98 kq çəki dərəcəsində yığmasının şərəfini qoruyan pəhləvan şəhərdə düşdüyü tıxac zamanı bir neçə şəxslə mübahisə edib. Nəticədə qarşı tərəfdəkilər idmançıya silah çəkiblər. Onların açdıqları atəş İldemin ayaqlarına tuş gəlib. Hər iki ayağından yaralanan güləşçinin durumunun yaxşı olduğu və İstanbulda əməliyyat ediləcəyi açıqlanıb.

    Muxalifet2 - 11-10-2017

  2. ​Sumqayıtda yük avtomobili aşdı - SÜRÜCÜ ÖLDÜ

    Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, oktyabrın 11-də saat 5 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini Firuddin Qasımov idarə etdiyi “Dong Feng” markalı yük avtomobilini aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.
    DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır. 

    Muxalifet2 - 11-10-2017

  3. ABŞ “Kasperski”nin casusluğunu necə öyrəndi? - KƏŞFİYYATLARIN SAVAŞI

    Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum olub.
    “The New York Times”in verdiyi xəbərə görə, bu barədə ABŞ-ı İsrail kəşfiyyatı məlumatlandırıb.

    Muxalifet2 - 11-10-2017

  4. 21 evi qarət edən dəstə üzvləri tutuldu

    Paytaxtda evləri qarət edən dəstə üzvləri tutulub.
    Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiklərinə görə, tutulan Kamil Məmmədovun, Cəlal İbrahimovun və Elçin Hüseynovla bağlı Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin avqust ayından indiyədək olan müddətdə rayon ərazisindəki 21 evdən qızıl əşyalar, mobil telefon, elektrik naqili və qaz sayğacı oğurlamaları da müəyyən edilib. 

    Muxalifet2 - 11-10-2017

  5. MDB-nin sammiti başladı: Putin prezidentlərə əməkdaşlıq təklif etdi

    Rusiyanın Soçi şəhərində MDB ölkə rəhbərlərinin sammiti başlayıb.
    “RİA Novosti” xəbər verir ki, sammiti Rusiya prezidenti Vladimir Putin açıq elan edib.
    O, bildirib ki, sammitdə əsas diqqət iqtisadi məsələlərə və ticari-investisiya əlaqələrin gücləndirilməsi, həmçinin ticarət və xidmət sahələrində baryerlərin aradan qaldırılmasına yönələcək: “Bizim böyük ikitərəfli səmərəli layihələri işə salmaq üçün imkanımız var”.
    Qeyd edək ki, sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edirlər. 
     

    Muxalifet2 - 11-10-2017

  6. ABŞ-ın Türkiyə Səfirindən TƏCİLİ AÇIQLAMA

     ABŞın Türkiyədəki səfiri Con Bass prokurorluq tərəfindən ifadəyə çağrılan baş konsulluq əməkdaşı N.M.-nin ABŞ-ın İstanbul Baş Konsulluğunda saxlanıldığı iddialarına cavab verib.
     
    Müxalifət.az bildirir ki, bu barədə Türkiyə mediası son dəqiqə xəbər olaraq verib.

    Muxalifet - 11-10-2017

  7. Bakıda körpünün ulduzları yoxa çıxdı - FOTO

    Bakının 3-cü mikrorayon dairəsində körpünün üstündəki ulduzlar yoxa çıxıb. 
    Axar.az xəbər verir ki, körpüyə bəzək üçün vurulmuş ulduzların oğurlandığı güman edilir. 
    Bölgədəki sakinlər ulduzların kimlər tərəfindən götürüldüyünü bilmədiklərini deyiblər. 

    Muxalifet2 - 11-10-2017

  8. Çimərlikdə vəhşi quş gəzdirən saxlanıldı

    Bakı şəhər sakini Taleh Cəfərquliyev Qaradağ rayonu Şıxov çimərliyinin sahil zolağında vəhşi qırğı quşunu gəzdirərkən saxlanılıb.
    Publika.az xəbər verir ki, fakt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində keçirdiyi reyd zamanı aşkarlanıb.
    Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub.

    Muxalifet2 - 11-10-2017

  9. ​ABŞ Obamanın tapşırıqlarını icra edir - RUSİYA

    ABŞ-ın Suriyadakı Ət-Tanf bazası yaxınlığındakı fəaliyyəti ölkəni bölmək cəhdini xatırladır.
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Qeorqiy Borisenko deyib. Onun sözlərinə görə, Amerika tərəfi İŞİD-lə qarşılıqlı əlaqəni inkar etsə də, Rusiya öz təcrübəsinə əsaslanaraq Pentaqonun Suriyada müxtəlif ekstremist qruplarla tez-tez qarşılıqlı əlaqə qurduğunu yaxşı bilir:

    Muxalifet2 - 11-10-2017

  10. ​Lotereya bileti oğurladı - 10 min avro uddu

    İtaliyanın Milan şəhərində bir şəxsin oğurladığı lotereya biletlərindən biri uduşlu olub.
    Trend-in məlumatına görə, 44 yaşlı şəxs mağazadan bir neçə “poz-qazan” lotereya bileti oğurlayıb.
    Onlardan birində 10 min avro məbləğində uduş çıxıb.
    Təhlükəsizlik kameralarına düşən şəxs isə qısa müddət sonra polis tərəfindən saxlanılıb. 

    Muxalifet2 - 11-10-2017

  11. İRAQDAN ŞOK ADDIM: Referendum keçirənlər həbs olunur

    İraq Federal Məhkəməsi Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumu ilə bağlı yeni qərar qəbul edib. 
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mediası informasiya yayıb. 
    Məlumata görə, İraq Federal Məhkəməsi Kürd Muxtariyyətində müstəqillik referendumunu keçirən Ali Seçki komissiyasının sədri və komissiya üzvləri barədə həbs qərarı verib. 
    Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. 

    Muxalifet2 - 11-10-2017

  12. ​İdlib əməliyyatı: Sadəcə “Bordo Bereli”lərin anlayacağı işarələr...

    Türkiyə xüsusi təyinatlı dəstələrinin kəşfiyyat qrupları İdlib ərazisində kəşfiyyat işləri aparır.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, coğrafi şəraiti müşahidə edən kəşfiyyat qrupları ərazinin hərbçilərin keçidi üçün əlverişliliyini yoxlayır.

    Muxalifet2 - 11-10-2017

  13. ABŞ və Rusiya hərəkətə keçməsə, İrəvan... - Millət vəkili

    Prezidentlərin görüşü reallaşsa da, İrəvan yenə öz siyasi oyunlarına davam edəcək. 
    Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atmasa, İrəvan bu dəfə də danışıqları imitasiya edəcək: 

    Muxalifet2 - 11-10-2017

  14. ​Suya düşən smartfonu necə xilas etməli? - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

    Əgər smartfonunuz suya düşübsə, vaxt itirməyə dəyməz.
    İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, ekspertlər hesab edir ki, sadə qaydalara riayət etməklə suya düşmüş smartfonu xilas etmək mümkündür.
    İlk növbədə suya düşmüş smartfonu dərhal sudan çıxarmaq lazımdır. Çünki suda çox qalan telefonu xilas etmək şansları azalır.

    Muxalifet3 - 11-10-2017

  15. ​Azərbaycan alimi yeni vaksin əldə etdi

    Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ilk dəfə olaraq molekulyar bio texnologiyadan istifadə etməklə bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub.

    Muxalifet2 - 11-10-2017

  16. ABŞ Rusiya hakerlərini necə ifşa etdi? - ŞOK İDDİA

    Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum olub.
    Muxalifet.az xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri yazıb.

    Muxalifet2 - 11-10-2017

  17. Keçmiş bank müdiri məhkəmə önündə

    Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmdə təqsirləndirilən  VTB Bankın keçmiş filial müdiri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
    “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə baxış iclası davam etdirilib. 

    Muxalifet2 - 11-10-2017

  18. Lənkəranda məktəblilər qəza törətdi: 4 ŞAGİRD YARALANDI

    Lənkəranda məktəb şagirdləri qəza törədib. 
    Report-un xəbərinə görə, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib. 
    Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 nəfər şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

    Muxalifet2 - 11-10-2017

  19. Rusiyalı mühəndis 100 İL ZƏMANƏTLİ yolsuzluq avtomobili düzəltdi

    Alman şirkəti olan “Partisan” kifayət qədər qəribə “One” adlı yolsuzluq avtomobili təqdim edib.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, avtomobilin dizaynı rus mühəndis Yuri Postnikovun beyninin məhsuludur. Ordu istismarına hesablanmış “Partisan One” həm ekstremal hallarda, həm də "dünyada ən pis yollar" üçün nəzərdə tutulub.

    Muxalifet2 - 11-10-2017

  20. Şəmkir sakini BIÇAQLANDI

    Şəmkirdə bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 32 yaşlı Taleh Abbasov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Qohumları T. Abbasovun əmisi oğlu tərəfindən mübahisə zəminində bıçaqlandığını bildiriblər.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 11-10-2017

Pages