Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə BALLİSTİK RAKET ATILDI
Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb.
Raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan dairəsinə düşüb.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Rəsmi Ər-Riyaddan yayılan məlumata dair hələ ki, şərh verilməyib.
APA bildirir ki, ballistik raketin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığı ehtimal edilir. Bu ilin iyulunda Yəmən ərazisindən atılan raket Məkkə şəhəri ətrafında vurulub.Muxalifet2 - 10-10-2017
85 yaşlı qadın evində ölü tapıldı - BAKIDA
Bakıda meyit tapılıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1932-ci il təvəllüdlü Münəvvər Ağabek qızı Kərimovanın meyiti yaşadığı evdə aşkar edilib.Muxalifet2 - 10-10-2017
Qadın sürücü qadın PİYADANI VURDU
Bakının Suraxanı rayonunda qadın sürücü qəza törədərək piyadanı vurub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Səttar Bəhlulzadə küçəsi ilə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetməni itirərək əvvəlcə dirəyə çırpılıb, daha sonra isə yol kənarı ilə gedən 44 yaşlı Yusifova Nəzakət Nadir qızını vurub.
Piyada müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü saxlanılıb. Avtomobil isə cərimə meydançasına salınıb.Muxalifet2 - 10-10-2017
Mətbuatda ən çox tənqid olunan İCRA BAŞÇISI – Elmar Vəliyev ötən həftənin “lideri” oldu
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
Muxalifet3 - 10-10-2017
Atambayev daha bir siyasətçini həbs etdirdi - DÖVLƏT ÇEVRİLİŞİ
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi Mekençil Partiyasının üzvlərindən olan Melis Aspekovu həbs edib.
Bu barədə informasiyanı komitənin mətbuat xidməti yayıb. Komitə Aspekovun dövlət çevrilişinə cəhddə ittiham olunduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Qırğızıstanda deputat Kanatbek İsayevə qarşı kütləvi iğtişaşların təşkili və dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılıb və həbs edilib. O, ölkənin ana müxalifəti olan Ata-Yurd Partiyasının namizədi Omurbek Babanovun ən yaxın dəstəkçilərindən sayılırdı.Muxalifet2 - 10-10-2017
Atəşkəs 121 dəfə pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 121 dəfə pozub.
Muxalifet2 - 10-10-2017
Suriya-Türkiyə sərhədində "Yetimlər kəndi" tikilir- VİDEO
İdlibdə, Hatay sərhədləri yaxınlığında tikilən sirli binaların hansı məqasədlə tikildiyi məlum olub.
Qeyri-hökümət təşkilatlarının öz hesablarına inşa etdikləri bu binalar Suriyada gedən müharibələrdə atasını itirmiş yetim uşaqlar üçün nəzərdə tutulub.
Tikintisi bitmək üzrə olan binalar 5 mərtəbə, 11 blokdan ibarət olacaq. Yerli sakinlər bu ərazini "yetimlər kəndi" adlandırır.Muxalifet2 - 10-10-2017
Kişi arvadını güllələyərək öldürdü - BAKIDA
Bakıda əri tərəfindən güllələnən qadın ölüb.
Hadisə Yasamal rayonunda baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.
Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.
Fakt üzrə araşdırmalar davam etdirilir. (report)Muxalifet2 - 10-10-2017
ÖTƏN HƏFTƏNİN “QƏHRƏMANI” MİKAYIL CABBAROV OLDU – 10-cu sinif tarix dərsliyi onu həftənin “mətbuat ulduzu” etdi
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
Muxalifet3 - 10-10-2017
Yol qəzası zamanı avtomobillərdən biri yandı, YARALILAR VAR
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdən biri alışıb.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Belə ki, yüksək sürətdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobillə "Wolkswagen" markali avtomobil toqquşub. Zərbənin gücündən "Wolkswagen" alışıb. Qəza nəticəsində xəsarət alanlar var. Hadisə yerinə DYP və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub.Muxalifet2 - 10-10-2017
Türkiyədə daha 30 hərbçi tutuldu
Mərkəzi Konya olmaqla Türkiyənin 7 əyalətində əməliyyat keçirilib
Türkiyə Silahlı Qüvvələrinin 70 vəzifəli hərbçisinin saxlanılması barədə sanksiya verilib.
"Haber7" xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər.
Məlumata görə, mərkəzi Konya olmaqla Türkiyənin 7 əyalətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində 30 hərbçi tutulub.Muxalifet2 - 10-10-2017
ABŞ-ın “TERROR DƏHLİZİ”Nİ BİTİRƏN HƏMLƏ
Türkiyə-ABŞ arasındakı 15 İyul dövlət çevrilişi cəhdi ilə artan gərginlik, Bərzaninin 25 sentyabr referendumu və “Fərat Qalxanı” Hərəkatından sonra İdlib həmləsi ilə zirvə nöqtəsinə çatdı.
Müxalifət.az xəbər verir ki, “Yeni Şafak” qəzeti Türkiyənin İdlib həmləsi ilə terror dəlizinin bitirilməsindən yazıb.
ABD-PKK-BARZANİ ittifaqını boşa çıxaran İdlib hərəkatına addım addım belə gəlindi.Muxalifet - 10-10-2017
Barselona meri Kataloniyanın müstəqilliyinə qarşı çıxdı
Barselona meri Ada Kolau Kataloniyanın müstəqilliyinin əleyhinə çıxıb.
Bunu jurnalistlərə açıqlamasında merin özü söyləyib.
Onun sözlərinə görə, müstəqillik referendumu hələlik müstəqillik üçün əsas ola bilməz. O, həmçinin Kataloniyada baş verənləri İspaniyada ən ciddi böhranlardan biri adlandırıb.Muxalifet2 - 10-10-2017
Nazarbayev satqın generalın qardaşını da cəzalandırdı
Astananın Yesilski rayon məhkəməsi Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbərinin qardaşı Rüstəmbek Dutbayevi həbs edib.
Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Agentlik Dutbayev haqqında 2 aylıq həbs qərarı verildiyini bildirib. Rüstəmbekin nədə ittiham olunduğu hələ də bilinmir.
Qeyd edək ki, Qazaxıstan MTK-nın keçmiş rəhbəri Nartay Dutbayev sentyabrda həbs olunmuşdu. O, dövlət sirrini yaymaqda ittiham edilərək 7,6 il azadlıqdan məhrum edilmişdi. Onun həmçinin general-leytenant rütbəsi də əlindən alınmışdı.Muxalifet2 - 10-10-2017
Операция в Идлибе: игра окончена
Началась операция в Идлибе. Если хотите, можете также рассматривать ее как стратегический ход блока, выступающего против проекта «Большой Ближний Восток» (BOP). Ведь текущий процесс выступает перед нами как демонстрация решимости к созданию новой структуры безопасности, по которой согласие было достигнуто после 27 июня 2016 года (Реджеп Эрдоган отправил послание Владимиру Путину с извинениями за сбитый Су-24 — прим. пер.), а с астанинскими встречами быстро происходит процесс институционализации этой структуры.
Muxalifet - 10-10-2017
ATV-yə yeni vitse-prezident təyin olundu - FOTO
"Azad Azərbaycan" müstəqil Teleradio Kompaniyasında (ATV) vitse-prezident təyinatı baş tutub.
Bu yerə bir neçə gün öncə "ARB Kəpəz"dəki vəzifəsindən uzaqlaşdırılan Fuad Cabbarov gətirilib. Bildirilir ki, F.Cabbarov artıq bu gündən işinin icrasına başlayıb.
Qeyd edək ki, ATV-də rəhbərliyin dəyişilməsindən sonra kanaldakı digər vitse-prezident vəzifəsini Vaqif Aydınoğlu icra edir. (axşam.az)Muxalifet2 - 10-10-2017
Ərdoğan bunu çox yaxşı bilir ki... - Puşkov
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrinə baxmayaraq Krımın statusu dəyişməyəcək.
Bunu Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov söyləyib.
Onun sözlərinə görə, Krım Rusiya dövlətinindir və türk lideri buna təsir edə bilməz:
"Ərdoğanın Krımın Rusiyaya mənsubluğunu tanıyıb-tanımaması Krımın statusunu dəyişdirmir. O bunu çox yaxşı bilir, sadəcə Poroşenkoya xoş getsin deyə belə deyir".Muxalifet2 - 10-10-2017
Nostradamusun proqnozu gerçəkləşir: "İrma", "Mariya", "Harvi" haqqında inanılmaz ÖNGÖRÜ
XVI əsrdə Fransada yaşamış həkim Mişel de Nostradamusun özünü doğrultmuş proqnozları onu bizə münəccim kimi tanıdıb. Tarix boyu ən önəmli hadisələr onun daha əvvəl verdiyi proqnozlara uyğun şəkildə cərəyan edib. 1503-1566-cı ilərdə yaşamış Nostradamusun 2017-ci il üçün verdiyi proqnozlar da düz çıxmağa başlayır.
Publika.az sizə Mişel de Nostradamusun 2017-ci il üçün dünyada, xüsusilə Amerika və Türkiyədə nələrin baş verəcəyinə dair proqnozlarını təqdim edir:Muxalifet2 - 10-10-2017
Şimali Koreyadan yeni nüvə sınağı XƏBƏRDARLIĞI - Yaxın günlərdə
Şimali Koreya oktyabrın 10-dan 18-dək növbəti nüvə sınaqlarını keçirə bilər.
Belə ki, Trend-in məlumatına görə, bu gün Pxenyanda hakim Əmək partiyasının yaranmasının ildönümü qeyd olunur. Oktyabrın 18-i isə Çində Kommunist partiyasının XIX qurultayı öz işinə başlayır.
Cənubi Koreya televiziyasının məlumatına əsasən, bu müddət ərzində Pxenyanın “hərbi təxribat” törətmək ehtimalı böyükdür.
Bununla əlaqədar olaraq cənub koreyalı və bölgədə olan ABŞ-lı hərbçilər döyüş hazırlığı səviyyəsini yüksək olaraq saxlayır.Muxalifet2 - 10-10-2017
Xırdalan və Masazırda 2 gün işıq olmayacaq
Oktyabrın 10-12-də 11:00-dan 15:30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən xəbər verilib.
Bildirilib ki, fasiləyə səbəb ”Azərenerji” ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.Muxalifet2 - 10-10-2017