Axtarış
The search found 105785 results in 0.038 seconds.
Search results
Avropada əməliyyat: GÜRCÜ OĞRULARI TUTULDU
Avstriyada 14 Gürcüstan vətəndaşı həbs edilib.
Onların hamısı ev soyğunçuluğunda təqsirkar biliniblər. Belə ki, gürcülərin soyğunçuluq hərəkətlərini Vyana və İnsbrukedəki 25 evdə həyata keçirdikləri vurğulanıb. Yaxalananlar 20-42 yaş arasındakı şəxslər olublar. Onların çoxu Avstriyaya Almaniya, Fransa və İtaliyadan gəliblər.
Qeyd edək ki, son günlər Avropada gürcü oğrulara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib. Keçirilən əməliyyatlar zamanı İspaniya, Almaniya, Fransa və İtaliyada yüzlərlə gürcü oğru həbs olunub.Muxalifet2 - 12-10-2017
İstanbul səhəri əməliyyatla açdı - SAXLANILANLAR VAR
İstanbul polisi bu gün səhər narko-tacirlərə qarşı əməliyyatı bərpa edib.
Muxalifet.az-ın məlumatına görə, bu barədə şəhər polis idarəsinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, müəyyən olunmuş ünvanlar üzrə əməliyyat yerli vaxtla səhər saat 06:00-da başlayıb.
Son məlumata görə, artıq saxlanılanlar var, lakin onların adları açıqlanmır.Muxalifet2 - 12-10-2017
Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.
Muxalifet2 - 12-10-2017
AXCP sədrindən islamçıya qarşı təhqiramiz hərəkət? – VİDEO
Milli Şuranın 23 sentyabr mitinqində maraqlı bir məqam izləyənlərin gözündən yayınmayıb.
Mitinqin aparıcısı İbrahim İbrahimli sözü Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədliyə verəndə, o, digər natiqlər kimi, tribunanın ortasına keçmək istəyir. Müqayisə üçün deyək ki, məsələn, Gültəkin Hacıbəyli çıxış edərkən düz ortada – Əli Kərimli ilə Cəmil Həsənlinin arasında dayanıb.Muxalifet3 - 12-10-2017
Rusiya təlimə ballistik raket çıxartdı
Rusiyanın Strateji Raket Qüvvələri Cənubi Sibirdə genişmiqyaslı hərbi təlimə başlayıb.
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik təlimə dünən start verildiyini bildirib.
4000 hərbçi və 400 texnika cəlb edilən təlimdə qitələrarası ballistik raket olan “Topol-M”-dən də istifadə ediləcək.Muxalifet2 - 12-10-2017
Bərzaniyə ən böyük ZƏRBƏ HAZIRLANIR
Türkiyə- İraq ticarətinin mənfəətini Habur sərhəd qapısı sayəsində təkbaşına yeyən Bərzaniyə ən böyük zərbə gəlir.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Kürdüstan”dan keçən yeganə ticarət qapısı dəyişdirilir
Bərzaniyə ən böyük zərbə vuracaq
Habur sərhəd qapısının qərbində açılacaq yeni yol Tel Afer və Mosuldan keçərək Bağdada uzanacaq. Yolun Mosul qovşağına qədər 120 kilometrlik hissəsi TSK-nın dəstəyi ilə İraq ordusu tərəfindən Peşmərgə güclərindən təmizlənəcək.Muxalifet - 12-10-2017
"Kürdlər vəfalı və köklü xalqdır" - RUHANİ
Biz 100 faiz sizə (İran kürdlərinə) inanırıq və heç vaxt bir qrup şəxsin İraq Kürdistanında yol verdiyi siyasi səhvi sizin hesabınıza yazmarıq.
Bu sözləri oktyabrın 11-də Nazirlər Kabinetinin iclasında çıxış edən İran Prezidenti Həsən Ruhani İraq Kürdistanında keçirilmiş müstəqillik referendumu haqqında danışarkən deyib.Muxalifet2 - 12-10-2017
Çingiz Qənizadənin vəkili: "Qalib Salahzadəyə qarşı iddia ərizəsini geri götürməmişik"
O bildirdi ki, Qalib Salahzadə qeyri-ciddi insandır
"Milli Məclisin deputatı Çingiz Qənizadə sabiq deputat Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsini bu gün məhkəmədə geri götürəcək. Hələ ərizəni geri götürməmişik".
Bunu "Report"a Ç.Qənizadənin vəkili Raqif Mustafayev bildirib.Muxalifet2 - 12-10-2017
ABŞ Rusiya sərhədinə ordu toplayır – RƏSMİ
ABŞ Rusiyanın Baltikyanı sərhədlərində diviziya yerləşdirib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən informasiya yayılıb.
Müdafiə Nazirliyinin bəyanatında ABŞ-ın bu addımının NATO və Rusiya arasında imzalanan əsas sazişə zidd olduğu bildirilib.Muxalifet2 - 12-10-2017
Bərzanidən TƏCİLİ AÇIQLAMA: GÖRÜŞMƏK İSTƏYİRİK
IKBY rəhbərliyi hava limanları və sərhədlərlə bağlı məsələləri Bağdadla müzakirə etmək istədiyini bildirib.
Müxalifət.az bildirir ki, bu haqda xəbəri Türkiyə KİV-i son dəqiqə məlumatı olaraq yayıb.
IKBY-də həyata keçirilən qanunsuz referendumdan sonra yeni hadisələr baş verir. Ərbil rəhbərliyi hava limanları və sərhədlərlə bağlı məsələləri Bağdadla müzakirə etmək istədiyini açıqlayıb.Muxalifet - 12-10-2017
"Azərbaycan" Nəşriyyatının rəhbərliyində DƏYİŞİKLİK – AĞABƏY ƏSGƏROVU SÜLEYMAN SALMANOV ƏVƏZLƏYİR
Yaxın günlərdə "Azərbaycan" Nəşriyyatının rəhbərliyində dəyişiklik gözlənilir. Muxalifet.az xəbər verir ki, bu haqda hurriyyet.org mötəbər mənbələrdən məlumat əldə edib.
Mənbənin sözlərinə görə, "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov tezliklə vəzifədən uzaqlaşdırılacaq. Hətta artıq onun yerinə təyin olunacaq şəxsin kimliyi də bəllidir. Belə ki, A.Əsgərovu “Azərmətbuatyayım” firmasının rəhbəri Süleyman Salmanovun əvəzləyəcəyi bildirilir.Muxalifet3 - 12-10-2017
Türkiyə İraq sərhədinə zirehli tanklar göndərdi - GƏRGİNLİK DAVAM EDİR
İraq-Türkiyə sərhədindəki Habur sərhəd qapısına çox sayda zirehli avtomobil və piyadadaşıyanlar, həmçinin və tanklar göndərilib.
Türkiyədən gələn hərbi karvan gecə saatlarında Silopi bölgəsindəki Tank Taburuna yerləşdirilib.
Tanklar sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək və hərbi dəstələrə yardım məqsədilə sərhəd xəttinə göndəriləcək.
Qeyd edək ki, bölgədə çıxan gərginlikdən sonra başladılan hərbi təlimlər davam etməkdədir.Muxalifet2 - 12-10-2017
ABŞ Hizbullah liderlərini hədəf alır
Birləşmiş Ştatlar Hizbullaha qarşı təzyiqi gücləndirmək üçün səylərini artırır. Bu günlərdə Vaşinqton İranın himayə etdiyi terror qruplaşmasının yüksək rütbəli rəsmilərindən ikisinin həbsinə gətirib çıxaracaq məlumat üçün milyonlarla dollar təklif edib.
Muxalifet2 - 12-10-2017
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdı
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tam yekunlaşıb.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (SOCAR) sədri Cavid Qurbanov Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.
C.Qurbanov bildirib ki, bu ayın sonunda dəmir yolunun istismara verilməsi mərasimi keçiriləcək.Muxalifet2 - 12-10-2017
"Rusiya ABŞ-ı işsiz qoymayacaq" - AZƏRBAYCANLI MİLYARDER
Rusiyaya qarşı sanksiyalar yaxın 10 ildə ləğv edilməyəcək.
Bunu Britaniyanın “Faynənşıl Tayms” qəzetinə müsahibəsində “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov söyləyib.
“Sanksiyalar yaxın illərdə ləğv edilməyəcək. Bu, uzunmüddətli və çətin proses olacaq. Üç il əvvəl mən Vaşinqtonda oldum və orada Amerika sanksiyalarına məsul olan şəxslə görüşdüm. Bu, Ukrayna hadisələrinin tam başlanğıcında baş vermişdi. O mənə dedi ki, əgər Rusiya Ukraynada hansısa addımlar atsa, biz cavab verəcəyik. Mən isə ona dedim ki, ölkəm sizi heç vaxt işsiz qoymayacaq”, – deyə o bildirib.Muxalifet2 - 12-10-2017
50 min nəfərlik ORDU HƏRƏKƏTƏ KEÇDİ
50 min nəfərlik İraq ordusu Türkiyə ilə yeni sərhəd qapısı olacaq Ovaköyün qarşısındakı Dayrabun və Baciddə əməliyyata hazırlaşır.
Müxalifət.az bildirir ki, bu haqda Türkiyə mediası xəbər verib.
50 min nəfərlik ordu hərəkətə keçdi
Muxalifet - 12-10-2017
Tanınmış müğənni avtomobilində güllələndi - FOTOLAR
Türkiyəli müğənni Gökhan Doğanay hücuma məruz qalıb.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində müğənni 3 güllə yarası alıb.
Hadisə İstanbulda, gecə saat 3 radələrində baş verib. Müğənni bir barda çıxış etdikdən sonra dostları ilə birlikdə lüks avtomobilinə minərək yola çıxıb. Onun avtomoili Kadıköy istiqamətində gedərkən hücuma məruz qalıb.
Hücumun kimin tərəfindən həyata keçirildiyi isə hələ ki, məlum deyil(publika.az).Muxalifet3 - 12-10-2017
“Qızıl Top”un sahibi ölkə prezidenti seçildi
İtaliya klubu “Milan”ın əfsanəvi futbolçusu Corc Vea ən mötəbər vəzifəyə seçilib.
Publika.az xəbər verir ki, futbolçu Liberiyanın prezidenti olub.
C.Vea ölkəsində Demokratik Dəyişiklik Konqresinin baş nazirliyə namizədi idi. O, 2005-ci il prezident seçkilərinə qatılsa da, Ellen Conson Sirlifə uduzaraq ikinci olmuşdu.
Muxalifet2 - 12-10-2017
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Muxalifet2 - 12-10-2017
ABŞ-dan “VİZA” BÖHRANI İLƏ BAĞLI MÜHÜM QƏRAR
ABŞ-dan bir nümayəndə heyətinin viza böhranının həlli üçün gələn həftə Türkiyəyə gəlməsi gözlənilir.
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə KİV-i xəbər verib.
Məlumata görə, ABŞ-dan bir heyət viza böhranının həlli üçün Türkiyəyə gələcək. ABŞ nümayəndə heyətinin önümüzdəki həftə Türkiyədə olması gözlənilir.Muxalifet - 12-10-2017