Xarici işlər naziri hökumət başçısını hiylə işlətməkdə ittiham etdi
11-10-2017 17:34

İspaniyanın xarici işlər naziri Alfonso Dastis Çarlz Puiqemontu hiylə işlətməkdə günahlandırıb.
Nazir Kataloniya Muxtar Vilayətinin rəhbərinin müstəqilliklə bağlı etdiyi çıxışının yalan olduğunu bildirib.
A.Dastis Ç.Puiqemontun dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini bildirib.
Qeyd edək ki, müstəqillik elanını təxirə salan Puiqemontun yeni bir referendum keçirməsi niyyətində olduğu iddia edilir.
Nazir isə İspaniya konsitutsiyasının heç bir referenduma icazə vermədiyini bildirərək “kiçik bir Kataloniya bütün İspaniyanın taleyinə qərar verə bilməz” - deyib.