Axtarış
The search found 105785 results in 0.131 seconds.
Search results
Vergilər Nazirliyi "Turan"ın iddasına məhkəmə baxışını yubatmağa çalışır
Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Müseyib Bayramovun sədrliyi ilə "Turan" agentliyinin Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinə və Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamentinə qarşı iddiaları üzrə dinləmələr keçirilib.
Agentlik 7 avqust tarixli 2014-2016-cı illər üçün əlavə vergi borcunun hesablanması haqqında qərarın ləğvini, habelə agentlikdə növbədənkənar səyyar vergi yoxlaması haqqında qərarın qanunsuz və etibarsız hesab olunmasını xahiş edirdi.Muxalifet - 11-10-2017
Daniel Holtgen Azərbaycana: "Avropada siyasi məhbuslar ola bilməz"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanla bağlı gərgin keçən iclaslar fonunda Şuranın Baş katibinin Azərbaycana qarşı çağırışları yenidən gündəmə gəlib.
Çərşənbə günü səhəri AŞPA-da həmməruzəçilər Stefan Schennach və Cezar Florin Preda-nın hazırladığı "Azərbaycanda Demokratik Qurumların Fəaliyyəti" adlı hesabat və keçən ay AŞPA-dan istefa verən məruzəçi Alain Destexhe-nin Azərbaycanda insan haqlarına dair hesabatı üzrə qətnamə parlamentdə müzakirə edilərək qəbul edilib.Muxalifet2 - 11-10-2017
İsrail azanı yasaqladı – Səbəb
İsrail Qərbi Şeria adlanan bölgədəki bir kənddə yəhudilərin narahat olması səbəbindən məscid minarəsindən meqafonla azan oxunmasına qadağa qoyub.
Yerli icra orqanları kəndə basqın edərək şifahi şəkildə belə bir qərar qəbul etdiklərini bildiriblər.
İsrail əsgərləri qadağaya əməl olunmayacağı təqdirdə kəndə ikinci dəfə basqın edəcəkləri hədəsi ilə çıxış ediblər. Yerli müsəlman əhali İsrail əsgərlərinin təxribatlarına məruz qaldıqlarını da vurğulayıblar./teleqraf.comMuxalifet - 11-10-2017
ABŞ onların başına 12 milyon dollar mükafat qoydu
ABŞ İranın dəstəklədiyi Hizbullah terror təşkilatına xidmət edən iki komandirin tutulmasına yardım edən və ya onlar haqqında bilgi verən insanlara mükafat verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada “Ədalət üçün mükafat proqramı” çərçivəsində Təlal Hamiyənin həbs edilməsinə yardım edənə 7, Fuad Şükrünün həbs edilməsinə yardım edənə isə 5 milyon dollar mükafat veriləcəyi bildirilib.Muxalifet2 - 11-10-2017
İrandan növbəti antiAzərbaycan QƏRAR
Qərbi Azərbaycana yeni vali kürd təyin olundu
İranın Daxili İşlər Nazirliyi Qərbi Azərbaycanın vali postuna bir kürdü təyin edib.
Bununla bağlı İran DİN məlumat yayıb.
Məlumata görə, Məhəmməd Mehdi Şəhriyarizadə Qərbi Azərbaycana vali təyin edilib.
Nazirlik yerli əhali və azərbaycanlı millət vəkillərinin bütün etirazlarına baxmayaraq, belə bir qərar qəbul edib.
Şəhriyarizadə Şimali Xorasanda Bocnurdun Qurmanç kürdlərindəndir, Şimali Xorasan Əyalətinin Aşxana şəhərində anadan olub.Muxalifet - 11-10-2017
Rusiya-Türkiyə arasında "buğda" konflikti: Moskva təhdid edir
Rusiya və Türkiyə gömrük rejimini sadələşdirməlidir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçyov söyləyib.
“Əgər çətinliklər qalsa, Moskva Türkiyədən idxal etdiyi eyni tərəvəzlərə qarşı adekvat tədbirlər görəcək. Ankaranın Rusiyaya qarşı məhdudiyyətləri bu ölkəyə buğda tədarükünü çətinləşdirir”, – deyə o bildirib.Muxalifet2 - 11-10-2017
“Günahlarım yadıma düşəndə tər basır” - XALQ ARTİSTİNİN ETİRAFLARI
"Xalq artisti Ramiz Novruz bildirib ki, günahları yadına düşəndə onu tər basır və çox utanır".
Muxalifet.az-ın məlumatına görə, publika.az-ın “Üç nöqtə” layihəsində etiraflarını dilə gətirən aktyor hesab edir ki, həyatda ən böyük səhvi dostluğa layiq olmayan insanları dost bilməsidir.
Layihəmizin yarım qalmış cümlələrini tamamlayan R.Novruz onu narahat edən məqamlara toxunub.
- İndiki ağlım olsaydı...
- Yenə bu sənətə gələrdim.
- Zəmanət verə bilərəm ki...Muxalifet - 11-10-2017
Azərbaycan KİV-i niyə “LİV”-ə çevrilib? – “Dördüncü hakimiyyət"in hakimiyyətsizliyinin SƏBƏBİ
Azərbaycan KİV-lərinin vəziyyəti barəsində çox yazılıb, çox qeydlər olub. Bu gün də heç kimə sirr deyil ki, bu sahədə peşəkarlıq səviyyəsi getdikcə azalmaqdadır. Kütləvi informasiya vasitələrinin səviyyəsinin aşağı düşməsinin səbəbləri çoxdur, lakin bu prosesin ən mühüm aspekti odur ki, görkəmli, ağıllı, parlaq, yaradıcı peşəkarları total şəkildə KİV-dən uzaqlaşdırıb, maliyyədən məhrum edib, hələ jurnalistika tarixində görünməmiş kateqoriyaya salıblar. Sonuncular ya KİV-i tərk edir, ya da sevimli işlərindən ayrılmamaq üçün AzərTAc-AzTV standartlarına uyğunlaşırdılar.
Muxalifet3 - 11-10-2017
Fransa Kataloniya ilə bağlı qərarını verdi
Fransa Kataloniyanın müstəqilliyi haqqında bəyannaməsini qəbul etmir.
Muxalifet.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anyes Romate-Espan söyləyib. Onun sözlərinə görə, müstəqillik məsələsi İspaniyanın daxili işidir:
"Bu daxili böhranın həlli İspaniya Konstitusiyası çərçivəsində tapılmalıdır. Konstitusiyanın birliyi və qanuniliyinə hörmət edilməlidir. Katalon hakimiyyətinin birtərəfli müstəqillik bəyannaməsi heç bir halda tanınmamalıdır".Muxalifet2 - 11-10-2017
Sərkisyan MDB-nin iclasında yatdı - Video
Ermənistan Prezidenti Serj Sərkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib.
Prezidentlərin görüşündə diqqət çəkən məqam Sərkisyanın çıxışı yox, yuxuya getməsi olub.
Tacikistan Prezidenti İmaməli Rəhman çıxış edən zamanı Sərkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib.Muxalifet - 11-10-2017
18 yaşına çatmamış qızlarla evlilik qadağan olunur: Təcavüz sayılacaq
Hindistanın yeni qəbul olunmuş qanunlarına görə, 18 yaşına çatmamış qızlarla ailə qurmaq təcavüzə bərabər cinayət hesab olunacaq.
Muxalifet.az xəbər verir ki, ölkədə 23 milyondan artıq qadın 18 yaşından balacadır. Hindistan Ali Məhkəməsinin qərarı ilə 18 yaşından balaca qızlarla ailə qurmaq, cinsi əlaqədə olmaq cinayət hesab edilir.
Xatırladaq ki, Hindistanda rəsmi məlumatlara görə, 18-29 yaş arası qadınların 46%-i 18 yaşından tez ailə quranlardır.
Muxalifet2 - 11-10-2017
Zakir Həsənov Düşənbəyə getdi
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərinə yola düşüb.
Altun.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərin məqsədi MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının oktyabrın 12-də keçiriləcək növbəti iclasında iştirak etməkdir.
Muxalifet2 - 11-10-2017
Əli Həsənov: "AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib"
Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.
Muxalifet2 - 11-10-2017
Ərdoğanın əlində bununla bağlı sübutlar var - Baş katib
ABŞ Konsulluğunun nümayəndəsinin həbs olunması və Türkiyənin Rusiya ilə əməkdaşlığı Qərb ölkələrində narazılığa yol açır. Ərdoğan da Qərbi İŞİD və Əl Qaidə ilə PKK-nı dəstəkləməkdə günahlandırır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Türk Demokratlar Birliyinin Baş katibi Bülənt Bilgi deyib
Tərəfdaş ölkələr arasında bunun qəbul edilmədiyini bildirən Bilgi Qərbi İŞİD və Əl Qaidəni dəstəkləməklə günahlandıran Prezident Rəcəb Tayyib Ərdoğanın da əlində sübutlar olduğunu bildirib.
Muxalifet2 - 11-10-2017
Bağlanan bankların əmanətçilərinə 748 mln. manat ödənilib
Fonddan Muxalifet.az-a verilən məlumata görə, ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. manat olmaqla, onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2,099 mln. manatı kompensasiya olunan əmanətlərdir. 10 oktyabr 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1,837 mln. manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262,485 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Muxalifet2 - 11-10-2017
Ermənistan ordusunda daha bir HADİSƏ
Ermənistan ordusunda daha bir insident baş verib.
Muxalifet.az Ermənistan mediasına istinadən xəbər verir ki, erməni əsgər Hovanes Qasparyan əlində qumbaranın partlaması nəticəsində yaralanıb.
Hadisə Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilən hərbi hissələrin birində baş verib.
Muxalifet2 - 11-10-2017
Erməni xalq artisti: "Bakıya çağırsalar..."
Əgər sabah məni Bakıya dəvət edəcəklərsə, gedəcəm.
Bu barədə erməni aktyor, SSRİ xalq artisti Armen Ciqarxanyan deyib.
Onun sözlərinə görə, kimsə gülə, kimsə ağlaya, kimsə nəsə deyə bilər: “Amma mən gedəcəm. Nifrət etmək asandır, amma sevmək çətindir.
Amerikada yaşayan bir erməni dostumun anası xəstələnmişdi. Ondan soruşdum ki, “sən öz ananı türk həkimin müalicə etməsinə razı olarsan?”. O mənə baxdı və dedi: “İndi mənim anamı türklər müalicə edir”. Biz Türkiyə və Azərbaycanla yanaşı yaşayırıq. Bunu dəyişdirmək mümkün deyil”.Muxalifet2 - 11-10-2017
Antarktidada nəhəng deşik tapıldı - FOTO
Antarktida ərazisində ölçülərinə görə ABŞ-ın Men ştatının ərazisi ilə (təxminən 90 min kvadrat kilometr) müqayisə edilə bilən ölçüdə deşik yaranıb.
Muxalifet.az xəbər verir ki, bu haqda “Motherboard” nəşri yazıb.
Toronto Universitetindən professor Kent Murun sözlərinə görə, bu cür deşiklər adətən Antarktidanın sahilboyu regionlarında yaranır. Ancaq deşik “naməlum proseslər” nəticəsində sahildən yüzlərlə kilometr içəridə ortaya çıxıb.
“Əgər bizdə peyk görüntüləri olmasaydı, biz orada nə olduğunu bilməzdik”, - Mur qeyd edib.Muxalifet2 - 11-10-2017
Tatamidə QALMAQAL - Ana uduzan oğlunu döydü - VİDEO
Rusiyanın Novqorod vilayətinin Boroviçi şəhərində uşaqlar arasında keçirilən cüdo yarışlarında qalmaqal baş verib.
Muxalifet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, yarışda uduzan uşaqlardan biri anası tərəfindən döyülüb.
“Uşaq qalib gəlirdi və sonra son saniyələrdə təmiz fəndlə uduzdu. Məğlubiyyətə dözməyərək orta barmağını hakimə göstərdi. Bunu görən anası onun dərsini vermək qərarına gəldi”, - cüdo üzrə məşqçi Viktoriya Çistyakova deyib.
“Böyük Novqorod” portalının məlumatına görə, qadını oğlunun uduzması deyil, idmançıya yaraşmayan davranışı özündən çıxarıb.Muxalifet2 - 11-10-2017
Rus snayper qrupu Donbasa yerləşdirildi
Donbasda Ukrayna zabitlərinə atəş açan snayper qrupu peyda olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukraynanın “TSN” televiziyası informasiya yayıb.
Snayper atəşləri Pavlopoldan Vodyanova qədər olan ərazilərdə müşahidə edilib. Atəşlərin hədəfi məqsədyönlü şəkildə Ukrayna zabitləri seçilib. Hətta bəzi ərazilərdə rabitə kanalları vasitəsilə zabitlərin təhdid olunduğu bildirilib.
“Zabitləri hədəfə almaq üçün təxminən 15 snayperdən ibarət xüsusi qrup gəlib”, - xəbərdə deyilib.
Muxalifet2 - 11-10-2017