Axtarış
The search found 105785 results in 0.02 seconds.
Search results
Bərzanidən “YENİ ÇIXIŞ YOLU” PLANI: HAMINI TƏƏCÜBLƏNDİRƏCƏK
Bütün təpkilərə baxmayaraq israrla müstəqillik referendumunu həyata keçirən Bərzaninin 1 noyabr seçkilərində atacağı addım bəlli oldu.
Müxalifət.az xəbər verir ki, bu haqda Türkiyə mediası yazıb.
Bərzaninin planı hamını təəccübləndirəcək
Muxalifet - 10-10-2017
Suriyada Rusiya təyyarəsi partladı – SON DƏQİQƏ
Rusiyanın Su-24 bombardmançı təyyarəsi Suriyada Xmeymim bazasında uçuşa qalxan zaman qəzaya düşüb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik təyyarədəki iki pilotun təyyarədən çıxa bilmədiyini və həlak olduğunu bildirib.Muxalifet2 - 10-10-2017
Kişi həyat yoldaşını ehtiyatsızlıqdan GÜLLƏLƏDİ
Bakıda ehtiyatsızlıq faciə ilə nəticələnib.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Kərimov Həbib Yusif oğlu odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Kərimova Səbinə Fərhad qızının qarın nahiyəsinə dəyib.
Nəticədə S. Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.Muxalifet2 - 10-10-2017
Müdafiə Nazirliyinin polkovniki qəfildən VƏFAT ETDİ
Azərbaycanın ehtiyatda olan polkovniki qəfildən dünyasını dəyişib.
Muxalifət.az BakiPost.az-a istinadən xəbər verir ki, Mirzəyev Muxtar Namiq oğlu dünən gecə 52 yaşında, ürək tutmasından vəfat edib.
M.Mirzəyev uzun illər Müdafiə Nazirliyində yüksək postlarda xidmət edib, müharibə vaxtı döyüşüb.Muxalifet2 - 10-10-2017
“Türkiyədə hakimiyyət dəyişikliyi zamanı...” – Moskvadan CAVAB
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Dmitri Novikov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı bəyanatını şərh edib.
Rusiya KİV-i xəbər verir ki, parlament üzvü Ərdoğanın bəyanatının Moskvaya bir dərs olduğunu deyib.Muxalifet2 - 10-10-2017
İraqdan “Kürdüstan"a YENİ SANKSİYA PAKETİ
İraqın mərkəzi hakimiyyəti İKBY-də referendumu keçirən məmurlarla bağlı hüquqi prosedur başlatdıyıb və mobil telefon operatorlarını bölgədən çıxarma qərarı aldı
Müxalifət.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat verib.
Muxalifet - 10-10-2017
Rus ordusundan forpost uğrunda gərgin döyüş - MAYADİN
Rusiya ordusu Suriyada Deyr əz-Zorun 40 km cənub-şərqində yerləşən Mayadin qəsəbəsi yaxınlığında böyük bir forpostu azad etmək üçün əməliyyat aparır.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov danışıb.
Generalın sözlərinə görə, Mayadin bölgəsinə hər gün yeni İŞİD üzvləri gəlməyə çalışır. Onların arasında bir çoxu xaricdən gələn muzdlu döyüşçülərdir. Terrorçular zirehli nəqliyyat vasitələri, iriçaplı silahlarla təchiz edilmiş maşınlar vasitəsilə həmin əraziyə gəlirlər.Muxalifet2 - 10-10-2017
Şəkidəki polisin intihar səbəbi
Şəkidə intihar edən polis əməkdaşı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Dünən axşam saatlarında rayonun Turan qəsəbəsində özünü asaraq həyatına son qoyan polis serjantı, 1978-ci il təvəllüdlü Əliyev Həsrət Fəxrəddin oğlunun 4 övladından biri ağır xəstədir. Bildirilir ki, beyin iflicindən əziyyət çəkən uşağın vəziyyəti atasında böyük gərginlik yaradırmış.
Bundan başqa onun banka kredit borcunun olması da üzə çıxıb.Muxalifet - 10-10-2017
Əcnəbilərə daimi yaşamaq icazəsinin verilməsi tələbləri sadələşdirilir
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilir.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.Muxalifet2 - 10-10-2017
Telman İsmayılovun “Praqa-AST” şirkəti də MÜFLİS ELAN EDİLDİ
Moskvanın Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxil olan “Praqa-AST” şirkətini müflis elan edib.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, müflislik barədə hesabatın vaxtı gələn il marıtn 20-ə təyin edilib.
Xatırladaq ki, “Praqa-AST”nin müşahidə altına alınması prosedurunu Arbitraj Məhkəməsi bu ilin aprelində “BM-Bank”ın müraciəti əsasında işə salmışdı.
Qeyd olunur ki, T.İsmayılovun kreditorlar qarşısında 20 milyard rubla yaxın borc öhdəliyi var.Muxalifet2 - 10-10-2017
Maşını aşıran sürücü öldü - BAKIDA
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində qeydə alınıb. Bakı şəhər sakini, 35 yaşlı Xalid Haqverdiyev idarə etdiyi “Hova” markalı avtomobili aşırıb.
Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə keçinib.Muxalifet2 - 10-10-2017
Türkiyə üçün DƏHŞƏTLİ SSENARİ
Türkiyə və ABŞ arasında viza problemi ölkələr arasındakı münasibətləri getdikcə gərginləşdirir. Ölkələr arasında münasibətlərin inkişafı Rusiyada daha diqqətlə izlənilir. Təxminlərə görə, Vaşinqton-Ankara xəttində gərginliyin təməl səbəblərindən biri məhz son zamanlar Rusiya və Türkiyə arasındakı yaxınlaşmadır.
Viza problemini qiymətləndirən “Rossia Today” (RT) kanalının köşə yazarı İqor Molotov Türkiyənin gerçək müstəqillik yolunda addımlar ataraq Yaxın Şərqin təməl gücü halına gəldiyini bildirib.Muxalifet - 10-10-2017
Bank borcuna görə həbslər BİTƏCƏK – Əkrəm Həsənov
Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir, deyə "Antikollektor" şirkətinin rəhbəri Əkrəm Həsənov "Facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, Avropa Məhkəməsi onun verdiyi 3 şikayətlə bağlı kommunikasiyaya başlayıb.
"Avropa İnsan Haqları Məhkəməsi üç işi bir kommunikasiyada birləşdirib. Bunlar "Rabitəbank"a borcu olan Vahid Kərimov, "Unibank"a borcu olan Mübariz Bayramov və digər vətəndaşa borcu olan Mahir Abbasovun işidir", deyə o bildirib.Muxalifet - 10-10-2017
Azərbaycanlı gənc Rusiya kanalında millətini təhqir etdi
Rusiyanın “THT” kanalında azərbaycanlı gənc atasının timsalında həm azərbaycanlıları, həm də müsəlmanları təhqir edib.
23 yaşlı Ruslan Həsənov “Açıq Mikrafon” yarışmasına qatılıb. Yarışmada iştirakçıya verilən vaxt ərzində studiyada əyləşən münsif və tamaşaçıları güldürməlisən. Çıxışına ilk olaraq atasından başlayan gənc sanki dedikləri ilə hansısa mesajı verməyə çalışıb:Muxalifet - 10-10-2017
"Biz İrəvanda erməni olmadıq..." - BAXÇALI
Türkmaneli Milliyyətçi Hərəkat Partiyasının (MHP) şərəf məsələsidir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı söyləyib.
“Türkmanelinin talanına izn verməyəcəyik. Türkiyə vətənimiz, Türkmaneli davamızdır. MHP Brüsseldə avropalı, Vaşinqtonda amerikalı, İrəvanda erməni, Ərbildə peşmərgə olmayıb. MHP türk millətinin son qalasıdır. İraq və Suriya dağılsa, Türkiyə buna səssizcə kənardan baxa bilməz. Kərkük, Mosul, Qərbi Trakya, Kipr heç vaxt ağlımızdan çıxmamalıdır”, - Baxçalı bildirib.Muxalifet2 - 10-10-2017
Dövlət başçısının başı kəsiləcək - Məxfi müharibə planları ƏLƏ KEÇDİ
Hakerlər Cənubi Koreyada Şimali Koreya ilə genişmiqyaslı müharibə planlarını oğurlayıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurlanmış məlumatların həcmi təxminən 235 GB təşkil edir. Məlumatlarda Seul və Vaşinqtonun müharibə planları yer alıb.
Orada Pxenyanla müharibənin necə qazanılması və Şimali Koreya lideri Kim Çen Inın “başının kəsilməsi”ndən təfərrüatı ilə danışılır.Muxalifet2 - 10-10-2017
18 YAŞLI GƏNC NAXÇIVANA RƏHBƏRLİK EDƏ BİLƏCƏK - Konstitusiya dəyişdirilir
Azərbaycan Milli Məclisində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılacaq.
APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Milli Məclisə göndərdiyi konstitusiya layihəsi oktyabrın 20-də plenar iclasda müzakirəyə çıxarılacaq.Muxalifet3 - 10-10-2017
Deputatın qardaşı oğlunun 42 min manatını mənimsəyən direktor MƏHKƏMƏDƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttiham aktına əsasən, o, şirkətin 42 min manat pulunu mənimsəyib.Muxalifet2 - 10-10-2017
Çində müsəlmanlara Quran qadağası - POLİS EVLƏRƏ BASQIN EDİR
Çinin Sinçzyan əyalətində polis uyğurlara qarşı yeni qadağalar tətbiq etməyə başlayıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, müsəlmanlara evlərindəki Quran kitabı və canamaz xalçalarını təhvil vermələri əmr olunub. Bildirilib ki, sözügedən əşyaları evində saxlayanlar qanunu pozmuş hesab olunaraq ağır cəzalandırılacaqlar. Qərara görə, etnik azlıqlardan olan müsəlman ailələr Quran və dini kitabların surətlərini, İslam dininə məxsus digər atributları könüllü təhvil verməlidir, əks təqdirdə onların evində axtarış aparılmasına göstəriş verilə bilər.Muxalifet2 - 15-07-2018
“Reket jurnalistlər” haqqında sensasion araşdırma – ONLARI MƏTBUAT ŞURASI İLƏ NƏ BAĞLAYIR?
Azərbaycanda “reket jurnalistlər”in fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə sensasion məlumat yayılıb. Belə ki, Aynur Eldarqızı adlı Facebook istifadəçisi öz profilində son vaxtlar “reket jurnalistlər”in fəaliyyətinin daha da genişləndiyini yazır: “Azərbaycanda ölkənin KİV sahəsində “reket jurnalistikası”nın imkanlarından geniş istifadə edilməsi artmaqdadır. Məhz onların (“reket jurnalistlər”in – red.) kimlərinsə maraqları daxilində böhtan və şantaj xarakterli məlumatları yaymaqla siyasi proseslərə cəlb edilmələri açıq görünür.
Muxalifet3 - 10-10-2017